Arxiv
4 İyun 2020, 08:45 | MÜSAHİBƏ
Deputat: “Kadr islahatlarını istəməyən qüvvələr var” - MÜSAHİBƏ

“Mən bir neçə dəfə maliyyə amnistiyası, gəlir deklarasiyası haqda mətbuata danışmışam, bu haqda qanunlar qəbul edilməlidir və icra olunmalıdır”.

Modern.az-ın məlumatına görə, bunu “Azadlıq” radiosuna müsahibəsində Milli Məclisin deputatı Vahid Əhmədov söyləyib.

Onun sözlərinə görə, gəlir deklarasiyası haqqında qanun var, amma icra edilmir, o normativ sənəd işlənib hazırlanmır.

- Vahid müəllim, son zamanlar Azərbaycanda bir sıra icra başçıları, nazir müavini, idarə rəisi saxlanılıb, onlar korrupsiyada, külli miqdarda dövlət əmlakını mənimsəmədə ittiham olunur. Amma bəziləri hesab edir ki, icra başçılarının və ya başqa vəzifəli şəxslərin korrupsiyaya bulaşması məlum idi və son həbslər gecikmiş addım idi. Siz nə fikirləşirsiniz bu haqda?


- Mən elə hesab etmirəm. Hər dövrün öz şəraiti var. O şəraitə uyğun olaraq da hərəkət edilməlidir. Dövlət başçısı müəyyən tövsiyələr verdi. Hələ bir il, ilyarım bundan qabaq icra başçılarına, həm yerli, həm də mərkəzi icra orqanlarına xəbərdarlıq etdi ki, özünüzü yığışdırın, problem yaratmayın, əhaliylə işləyin, əhalinin problemləri ilə məşğul olun. Amma görünür, bəziləri bundan ibrət götürmədi, işlərini davam etdirdilər və dövlət başçısı da tamamilə düzgün qərar qəbul etdi. O işlərini davam etdirənlər mütləq cəzalarını çəkməliydilər və adekvat olaraq həbslər həyata keçirildi. İndi mərkəzi icra orqanlarında yoxlamalar aparılır. Bir şey başa düşülməlidir. Azərbaycan 29 ildir müstəqil dövlətdir. Amma elə dövrlər, mərhələlər olub ki, Azərbaycanda korrupsiyaya, rüşvətə qarşı mübarizə aparmaq o qədər də əhəmiyyət kəsb etməyib. Çünki Azərbaycanın müstəqilliyini, sabitliyi qorumaq lazım olub. Bundan istifadə edənlər də həddən artıq çox olub. Xəbərdarlıq edilməsinə baxmayaraq, əməllərini davam etdiriblər. Mən hesab edirəm, dövlət başçısı, cənab İlham Əliyevin atdığı addım düzgündür. Kim bu yolla hərəkət etmək istəmirsə, yəni, korrupsiyadan, rüşvətdən əl çəkmək istəmirsə, istefa verib getməlidir. Düzdür, bizdə hələ o istefa mədəniyyəti yoxdur, axırıncı günə kimi kreslodan yapışacaqlar. Ancaq başa düşməlidirlər, bunun geci-tezi var.


- Siz dediniz ki, m
əmurlara prezident səviyyəsində xəbərdarlıq edilib. Bəlkə elə xəbərdarlıq olunmadan, dərhal korrupsiyada suçlu bilinən məmurlar işdən uzaqlaşdırılmalı, cəzalandırılmalıydılar?


- Doğru addım idi. Mən bayaq qeyd etdim, biz müstəqillik dövründə elə periodlardan keçmişik ki, hakimiyyətə basqınlar olub, kənardan müdaxilələr olub, Azərbaycanın dövlət müstəqilliyini məhv etmək istəyən dövlətlər olub. Amma indi şərait yetişib. Əvvəl Azərbaycanın iqtisadi şəraiti o qədər yüksək olmayıb, siyasi cəhətdən gərginliklər olub. İndi dövlət ayaq üstdə durub və qərar verilib ki, bu məsələni həll etmək, qurtarmaq lazımdır.


- Bel
ə iddialar da səslənir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə bağlı kadrlar korrupsiya suçlamaları ilə hakimiyyətdən uzaqlaşdırılır, təmizləmə aparılır.


- O iddialar da var. Mən sizə açığını deyim, bunu Milli Məclisdə də hiss edirəm, digər təbəqələrdə də. O da ola bilər. Amma ümumi mövqe bir olmalıdır, o da Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır. Biz ölkənin müstəqilliyinin daimi və əbədi olmasını istəyiriksə, mübarizə aparılmalıdır. Üzdə şüar deyib, arxada başqa işlərlə məşğul olmaq olmaz. Müstəqilliyin daimi, əbədi olması üçün demokratik dövlət qurulmalıdır, rüşvət, korrupsiya olmamalıdır. Olsa da, bu, lap minimuma endirilməlidir ki, hiss edilməsin.


- Korrupsiyada suçlanan m
əmurların hakimiyyət daxilində dəstəkçiləri, dayaqları varmı, Sizcə. Dəstək olmadan onlar...


- Ona şübhəniz olmasın. Hiss olunur ki, son vaxtların kadr islahatlarını istəməyən kənar qüvvələr var. Onlar sabah məsuliyyətə cəlb olunmaqdan qorxurlar. Siz fikir verin də, istənilən biri rəhbər vəzifədən uzaqlaşan kimi milyonları, milyardları üzə çıxır. Haradandır bu vəsaitlər? Niyə bu qədər vəsait məndə yoxdur? Mən baş nazirin birinci müavini işləmişəm, baş naziri əvəz etmişəm, 10 ildən çox zavod direktoru, böyük müəssisələrin rəhbəri olmuşam. Amma bu adamlarda bu qədər pul haradan əmələ gəlir? Korrupsiya hallarıdır, istifadə ediblər. Bir də, mən bir neçə dəfə maliyyə amnistiyası, gəlir deklarasiyası haqda mətbuata danışmışam, bu haqda qanunlar qəbul edilməlidir və icra olunmalıdır. Gəlir deklarasiyası haqqında qanun var, amma icra edilmir, o normativ sənəd işlənib hazırlanmır. İnsanlar bilməlidir ki, qazandığı hər manat nəzarətdə olacaq. Ona görə maliyyə, əmlak amnistiyasına, gəlir bəyannaməsinə çox böyük ehtiyac var.


- 15 ildir g
əlir bəyannaməsi ilə bağlı qanun qəbul edilsə də, qaydalar işləmir. Sizcə, buna səbəb nədir?


- Dövləti idarə etmək - mən idarəçilikdə iştirak edən adamam, – elə asan məsələ deyil. Xarici təzyiqlər var, daxili təzyiqlər var. Dövlətin müstəqilliyinin qorunması üçün iqtisadi amillər vacibdir. Bu da Azərbaycanda indi yaranır, son iki-üç ildir. Bundan qabaq yox idi axı, təzyiqlər güclü idi və s. İndi imkan var, bu problemlər həll edilməlidir. Azərbaycanda rüşvət, korrupsiya halları aradan qaldırılmalıdır.


- M
əmur övladlarının əmlakları son günlərdə medianın gündəmindədir. Böyük Britaniyada təxminən 100 milyonluq əmlakı olduğu üzə çıxan keçmiş nazir Eldar Mahmudovun övladları deyib ki, bu varidat onlara babalarından qalıb. Bu mümkündürmü? Eldar Mahmudov da nazir olub və vəzifəyə gələndə...


- Ola bilər, Eldar Mahmudova dədəsindən-babasından miras qalıb. Çar Rusiyası dövründə Azərbaycanda kifayət qədər varlı adamlar, neft maqnatları olub. Amma bu araşdırılmalıdır, həqiqətən də vəsait oradanmı qaynaqlanır. Bunu araşdırmaq böyük iş deyil. İstənilən ekspertlər, beynəlxalq maliyyə qurumları araşdıra bilərlər. Amma hesab edirəm ki, bu məsələləri kənara qoymaq lazımdır. İndiki dövrdə pandemiya var, başqa siyasi proseslər baş verir, 2021-ci ildə yeni düzən yaranacaq. Ona görə həmin vəsaitləri ölkəyə gətirmək lazımdır, burda iş yerləri açılmalıdır, zavodlar-fabriklər tikilməlidir. Bununla bağlı qanun qəbul edilməlidir. Bu yaxınlarda çox hörmətli (iqtisadiyyat naziri) Mikayıl Cabbarov prezidentə məruzə edəndə bu məsələ üzərində işləndiyini dedi. Bunlar lazımdır, dövlət üçün, millət üçün lazımdır.


- Maliyy
ə amnistiyasını nəzərdə tutursunuz?


- Bəli. Maliyyə, əmlak amnistiyasına çox böyük ehtiyac var, nə qədər tez olunsa, o qədər yaxşıdır. Düzdür, qanun qəbul olunsa, deyiləcək ki, bu, qaçaqmalçılıqda, narkoticarətdə istifadə edilə bilər və s. Ona görə də o vəsait Azərbaycanda yalnız investisiya şəklində istifadə oluna bilər. İkincisi də, xaricdə vəsaiti olanlar başa düşməlidir ki, onlara moratoriumlar, həbslər qoyulur, ondan istifadə edə bilmirlər. Bunu başa düşməlidirlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SOCAR-dan partlayış baş verən qaz kəməri ilə bağlı AÇIQLAMA 7 Avqust 2020, 23:04 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 7 Avqust 2020, 22:49 Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB 7 Avqust 2020, 22:32 Xəzərdə batan yeniyetmənin meyiti tapıldı 7 Avqust 2020, 22:13 Hacıqabulda SOCAR-a məxsus kəmərdə partlayış - YENİLƏNİB 7 Avqust 2020, 21:59 İri ticarət mərkəzləri bağlı qaldı   7 Avqust 2020, 21:47 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28 Dolların manata qarşı məzənnəsi açıqlandı 7 Avqust 2020, 17:12 Milli Məclisin sədr müavini UFC-nin rəhbərinə müraciət etdi 7 Avqust 2020, 17:01 Azərbaycana 30 kq narkotik vasitə gətirən şəxs yaxalandı - VİDEO 7 Avqust 2020, 16:53 Yoluxma sayı 129-a düşdü: 421 sağalma, 4 ölüm 7 Avqust 2020, 16:44 2020-ci il tarixə bəşəriyyətin sınaq ili kimi yazılmaqdadır 7 Avqust 2020, 16:43 “Bakubus” sürücü axtarır 7 Avqust 2020, 16:39 Azərbaycanda məscid, kilsə və sinaqoqların sayı AÇIQLANDI 7 Avqust 2020, 16:37