Modern.az

İtaliya da Avropa İttifaqından çıxa bilər

İtaliya da Avropa İttifaqından çıxa bilər

4 İyun 2020, 16:15

İtaliyada ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı referendum keçirilə bilər. Modern.az xəbər verir ki, mayın 27-də “Italia Libera” siyası hərəkatı Ali Kassasiya Məhkəməsinə İtaliyanın Avropa İttifaqından çıxması ilə əlaqədar referendumun keçirilməsini tələb edən qanun layihəsi təqdim edib. Uzunillik müzakirələrdən sonra, italiyalılar  nəhayət ki, Aİ-da qalmaq istədiklərini və yaxud Böyük Britaniyadan örnək götürəcəklərini bildirmək imkanı qazanacaqlar.   
        

Qanun layihəsinin hazırlanmasında iştirak etmiş hüquqşünas Can Luk Proyetti Toppi yaxın günlərdə komandasının sadə italyanlara Avropa İttifaqı üzvlüyünün bütün mənfi cəhətlərini izah edəcəyini bildirib. Onun sözlərinə görə, bu ittifaqa üzvlük qarşılıqlı kömək və sevgiyə yox, yalnız maddi marağa söykənir.

Parlamentin ölkənin Aİ-dan çıxması məsələsini müzakirəyə çıxarması üçün ən azı 50 min imza toplanmalıdır. İmzaların toplnamsının əsas təşkilat komitəsi olan  “Italia Libera” hərəkatı ölkənin Aİ-dən çıxdıqdan sonra idarərtmədə çətinliklərin yaranacağını da nəzərə alıb. Bu üzdən adıçəkilən hərəkat artıq müxtəlif mütəxəssislərə Aİ-dan çıxdıqdan sonra italyanların əmanətlərini qoruyacaq və onları əlavə borclardan sığortalayacaq fəaliyyət planı hazırlamağı tapşırıb.      
           

Toppinin fikrincə, Aİ illərdir ki, təkcə İtaliyanı deyil, həmçinin Fransa istisna olmaqla bütün Aralıq dənizi Avropasını maliyyə baxımından istismar edir. Ona görə də “Italia Libera” qanun layihəsini məhz Avropa İttifaqının bərpa fondu yaradacağını bildirdikdən sonra təqdim edib. Belə bir fondun yaradılmasına isə pandemiya zamanı İttifaqın aparıcı ölkələrinin, xüsusən də Almaniyanın Cənubi Avropa dövlətlərinə qarşı birlik nümayiş etdirməməsinin kütləvi tənqidindən sonra ehtiyac duyulub.

Toppi bildirib ki, İtalyaya yeni borclar lazım deyil. Çünki bu, ölkəni beynəlxalq spekulyantlardan daha asılı vəziyyətə salacaq. İtalyanlar hələ də Avropa Mərkəzi Bankının rəhbəri Laqardın martın 13-də, pandemiyanın ən qızğın - İtaliya xəstəxanalarının dolu olduğu bir dövrdə  “koronovirus yalnız italyanların problemidir” deməsini unutmayıblar.

Əgər İttifaqın fəaliyyətində ciddi dəyişikliklər olmasa, İtaliya Aİ-nı tərk edəcək ilk Avrozona ölkəsi olacaq. İtaliyanın bu təşkilatı tərk etməsi Avropa İttifaqının tamamilə süqutuna səbəb ola bilər.

 
A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu