Modern.az

Bakıda 2 məktəb bağlanıb - 4 direktor işdən çıxarılıb 

Bakıda 2 məktəb bağlanıb - 4 direktor işdən çıxarılıb 

12 İyun 2020, 15:00

2019-2020-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib.

 

İdarədən Modern.az-a verilən məlumata görə, 12 direktorun iş yeri dəyişdirilib.

 

111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

 

4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib, 2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi