Modern.az

DTX-nın həbs etdiyi icra başçının həbs müddəti UZADILDI

DTX-nın həbs etdiyi icra başçının həbs müddəti UZADILDI

Hadisə

12 İyun 2020, 17:40

Bu gün Səbail rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə həbs olunan digər vəzifəli şəxslər barəsində istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.

 

Modern.az-ın məlumatına görə, keçirilən prosesdə təqdimat təmin edilib.

 

İ. Vəliyev və digərləri barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

 

 16:17

 

***

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxsləri barələrində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimat ilə əlaqədar Səbail Rayon Məhkəməsinə gətiriliblər. 

 

Modern.az xəbər verir ki, məhkəmə təqdimata baxaraq qərar qəbul edəcək. 

 

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçrdiyi əməliyyat nəticəsində saxlanılıblar.

 

Onlara qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

 

Həmçinin rayonun digər vəzifəli şəxsləri - icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov da bu cinayət işi üzrə təqsirləndirilirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?