Arxiv
21 İyul 2020, 13:12 | ANALİTİKA
Ermənistan döyuşlərin Tovuzdan Dağlıq Qarabağa keçə biləcəyindən narahatdır - TƏHLİL

Hikmət Hacıyevin 3 mesajını necə oxumaq lazımdır?


Azərbaycanla Ermənnistan arasında sərhəd savaşı 4 gün çəkdi. 2016-ci ilin aprel savaşı da 4 gün çəkmişdi. Ancaq bu son deyil, iyulun 21-də Azərbaycan ordusunun Ermənistana məxsus iki pilotsuz uçuş aparatını Azərbaycan səmasında neytrallaşdırması vəziyyətin sabitləşmədiyindən xəbər verir.


Pilotsuz uçuş aparatlarından biri Ağdam rayonu istiqamətində vurulub. Bu o deməkdir ki, Ermənistan hakimiyyəti döyuşlərin Tovuz istiqamətindən Dağlıq Qarabağ istiqamətinə keçə biləcəyindən narahatdır və ona görə işğal altındakı ərazilərdən kəşfiyyat uçuşları həyata keçirirlər. Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı erməni separatçıları Azərbaycan ordusunun Dağlıq Qarabağda hücuma hazırlaşa biləcəyindən ehtiyatlanır. Təsadüfi deyil, Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutunyan az qala hər gün işğal altındakı hərbi məntəqələrin hazırlıq səviyyəsini şəxsən yoxlayır.


Ermənilər narahatlıqlarında yanılmırlar. Torpaqların azad olunması Azərbaycan cəmiyyətinin əsas tələbidir. Generalımızın şəhid olması bu tələbi daha da gücləndirir. Ermənistanla sərhəddə gərginlik Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycan ordusunun əsas hədəfi Dağlıq Qarabağ və ətraf rayonlardır. Ermənistan hakimiyyəti sadəcə, Tovuz istiqamətində təxribatlar törətməklə Azərbaycan ordusunun əsas gücünün Dağlıq Qarabağ istiqamətində cəmlənməsinə mane olmağa çalışırlar və istisna deyil ki, bu təxribatlarını davam etdirsinlər. Ona görə də Azərbaycan ordusu yaxın gələcəkdə həm sərhəddə düşmənin təxribatlarına cavab verməli, həm də Dağlıq Qarabağ istiqamətində hücum əməliyyatlarını həyata keçirməli olacaq. Başqa sözlə yaxın gələcəkdə iki istiqamətdə savaş aparmaq məcburiyyətində qalacağıq.


Bu arada, prezidentin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuat konfransı keçirməsi diqqəti cəlb edir. Hikmət Hacıyevin mətbuat konfransında söylədiyi mesajları belə qruplaşdırmaq olar:


Birincisi, Azərbaycan bundan sonra imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində deyil.


İkincisi, Minsk prosesində iştirak edən 11 dövlətin iştirakı ilə geniş formatda iclasın keçirilməsinə ehtiyac var.


Üçüncüsü, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır.


Hikmət Hacıyevin bu 3 şərti söyləməsi ondan xəbər verir ki, rəsmi Bakı artıq danışıqları perspektivinə inanmır. Əgər rəsmi Bakı Minsk Qrupunun geniş formatda toplanmasını istəyirsə, bu o deməkdir ki, Azərbaycan hakimiyyəti ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə davam edən danışıqlardan nəticə gözləmir. Rəsmi Bakı danışıqların məzmunun və hazırki formatın dəyişdirilməsini istəyir. Məsələn, Azərbaycan Türkiyənin də həmsədrlər formatına qatılmasında maraqlıdır. Ancaq 3 həmsədr nə Türkiyənin onlara qoşulmasına, nə də özlərinin başqa ölkələrlə dəyişdirilmələrinə imkan verəcək.


Buna baxmayaraq, rəsmi Bakının Minsk Qrupunun geniş formatda toplanması təklifi müsbətdir. Həmin toplantıda deyilməlidir ki, Ermənistan “mərhələli həll” planını qəbul etməsə, vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərində qalacaq. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün mexanizmə yenidən baxılması da köhnə tələbimizdir. Ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxacağı problematikdir.


Hikmət Hacıyevin söylədikləri ona deməyə əsas verir ki, rəsmi Bakı danışıqların perspektivinə inanmasa da, hər halda yeni təkliflərinə BMT və ATƏT-dən reaksiya gözləyir. Bu zaman alacaq. Görünür, bu zaman kəsiyi Azərbaycan ordusu üçün hərbi planları hazırlamaq üçün zəruri hesab edilir.

“Atlas” Araşdırmalar Mərkəzi

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhər və rayonlarımıza atəş açan düşmən məhv edildi - VİDEO 28 Oktyabr 2020, 19:07 Qəlbimizin çırpıntısı – Qarabağ 28 Oktyabr 2020, 19:04 Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb 28 Oktyabr 2020, 19:00 Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini ilə danışdı 28 Oktyabr 2020, 18:48 Ermənistan rəhbərliyi vicdanını itirmiş şəkildə hərəkət edir - Türkiyə XİN 28 Oktyabr 2020, 18:41 Bərdə qətliamının qurbanları – ADLAR 28 Oktyabr 2020, 18:36 Uşaq Evinə əvvəlcədən xəbərdarlıq etmədən baş çəkilib 28 Oktyabr 2020, 18:17 Dövlət Komitəsindən Azərbaycan diasporuna və dost xalqlara MÜRACİƏT 28 Oktyabr 2020, 18:10 Ön cəbhə ilə əlaqəsini kəsməyən Qusar - FOTO 28 Oktyabr 2020, 18:03 Türkiyə XİN-dən həmsədrlərə çağırış - Ermənistana reaksiya verin 28 Oktyabr 2020, 18:00 Dolların məzənnəsi sabit qaldı 28 Oktyabr 2020, 17:54 Azərbaycan Ordusu irəliləyir - VİDEO 28 Oktyabr 2020, 17:50 Pakistanın Azərbaycandakı səfiri Bərdə terrorundan YAZDI 28 Oktyabr 2020, 17:44 Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTO 28 Oktyabr 2020, 17:38 Ermənistan mülki insanları qətlə yetirməyə davam edir - Türkiyə Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 17:33 XİN Bərdənin vurulması ilə bağlı bəyanat yaydı 28 Oktyabr 2020, 17:30 “Ali Baş Komandanımızdan sülh istəyənlər Bərdədəki səhnəni görməlidirlər” - Zahid Oruc 28 Oktyabr 2020, 17:24 Azərbaycan 80 yaşlı erməniləri qoruyur, Ermənistan onlardan imtina edir 28 Oktyabr 2020, 17:18 Həftə sonları 8 şəhər və 13 rayonda ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 28 Oktyabr 2020, 17:12 Fransada türklər və ermənilər arasında DAVA 28 Oktyabr 2020, 17:06 Daha 1 şəhərə və 2 rayona giriş-çıxış BAĞLANIR 28 Oktyabr 2020, 17:00 Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-dək UZADILDI 28 Oktyabr 2020, 16:55 Bərdədə 26 nəfər ölüb - Baş Prokurorluq 28 Oktyabr 2020, 16:49 “Qarabağda qırmızı xətt keçilsə, atamın oğlu da olsa, gözünə baxmaram” - Ərdoğan 28 Oktyabr 2020, 16:43 Astarada evi tərk edən koronavirus xəstəsi saxlanıldı 28 Oktyabr 2020, 16:37 Prezident daha 13 kəndin işğaldan azad olunduğunu xəbər verdi - SİYAHİ 28 Oktyabr 2020, 16:32 Ermənistanda vətəndaşların əmlakı ordu üçün müsadirə olunacaq 28 Oktyabr 2020, 16:27 Prezidentdən XƏBƏRDARLIQ - Bərdə sakinlərinin qisası yerdə qalmayacaq 28 Oktyabr 2020, 16:22 Azərbaycanda koronavirus: 988 yeni yoluxma, 11 ölüm 28 Oktyabr 2020, 16:20 Ermənistan Tərtəri Qrad-dan atəşə tutur - YENİLƏNİB  28 Oktyabr 2020, 16:20 Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olunublar 28 Oktyabr 2020, 16:17 Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır 28 Oktyabr 2020, 16:14 Baş Prokurorluq: Bərdədə ölənlərin sayı 21-ə yüksəldi - YENİLƏNİB 28 Oktyabr 2020, 16:10 "Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir"   28 Oktyabr 2020, 16:08 Azad olunmuş rayonlarda öncə təhsil ocaqları bərpa ediləcək - Şahlar Əsgərov 28 Oktyabr 2020, 16:03