Modern.az

Ermənistan XİN rəhbəri Qarabağa görə Ukraynanı sərt TƏNQİD ETDİ

Ermənistan XİN rəhbəri Qarabağa görə Ukraynanı sərt TƏNQİD ETDİ

Dünya

1 Avqust 2020, 09:44

Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyi tənqid edib. Modern.az Ermənistanın “Şant” televiziyasına istinadən xəbər verir ki, o, Kiyevin natamamlıq kompleksindən əziyyət çəkdiyini düşünür.

Tovuz təxribatına görə, diplimatik təcrid vəziyyətinə düşən rəsmi Yerevan Ukrayna XİN-nin Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanatından daha da qıcıqlanıb. 

 

“Ukraynanın Qarabağ münaqişəsinin mahiyyətini anlamaqla bağlı kompleksləri var. Bu komplekslər münaqişənin tarixi, əhəmiyyəti və s. özünü biruzə verir. Bu baxımdan aramızda fikir ayrılığı var”.

 

Mnatsakanyan son 2 ildə Kiyevlə danışıqlar apardığını və Kiyevin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəyişdirməyə çalışdıqlarını əlavə edib. 

Xatırladaq ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. 

 

 

                         

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi