Arxiv
6 Avqust 2020, 09:57 | MÜSAHİBƏ
“Azərbaycanda əsgəri hər kəs sevir, ona Qarabağı azad edəcək qəhrəman kimi baxır” - Polkovnik Zakir Vəliyev

Zakir Vəliyev peşəkar hərbçidir. 1949-cu ildə Cəbrayılın Balyand kəndində anadan olub. Politexnik İnstitutunu (Azərbaycan Texniki Universiteti) və Bakı Ali Hərbi Məktəbini bitirib. Uzun xidmət yolu keçən polkovnik Vəliyev 1980-1986-cı illərdə SSRİ-nin Almaniyanın Frankfurt şəhərindəki hədbi hissəsində komendant müavini, komendant olub. Salyan, Qaradağ hərbi komissarlığnda çalışıb. Cəbrayıl və Füzulinin hərbi komissarı işləyib. Hazırda təqaüddə olan polkovniklə Qarabağdan danışmışıq. Modern.az onunla söhbəti təqdim edir:


- Zakir müəllim, təcrübəli hərbçi kimi son günlər cəbhə bölgəsində baş verən hadisələri necə qiymətləndirərdiniz?

- Bu gün Azərbaycan ordusu çox güclü texniki imkanlara sahibdir. Eyni zamanda əsgərlərimizdəki ruh yüksəkliyi mənə onu deməyə əsas verir ki, bu gün Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etmək imkanlarına sahibdir. Ali Baş Komandanın da dediyi kimi, biz öz torpaqlarımızı hər an işğaldan azad etməyə hazırıq. Bir hərbçi olaraq deyə bilərəm ki, ordumuzun gücünü, qüvvəsini və yenilməzliyini düşmənlərimiz bilir və onlar bundan daima narahatdırlar. Mən SSRİ dövründən hətta hərbdə də ermənilərin hər zaman bizə qarşı düşmən münasibətdə olduğunu görmüşəm. Frankfurtda komendatı əvəz edirdim. Postda bir erməni əsgərinin dayandığını gördüm, ona salam verib, rus dilində “Necəsən, zemlyak” deyib, keçdim. Əsgər olmağına baxmayaraq, o mənə “Biz niyə yerli oluruq, siz azərbaycanlı, mən erməniyəm” dedi. Etiraf edim ki, otağıma gəlib, bu hadisəni çox düşündüm. Bir az keçdikdən sonra özümü toparlayıb, onu otağıma çağırdım. Ciddi tənbeh etdikdən sonra, ona 15 günlük həbs cəzası verdim. Çünki əsgər bölücülük hissində idi. Daha bir hadisəni sizinlə bölüşmək istəyirəm. O vaxt tanıdığım bir erməni sürücü var idi. Bakıdan rayonların birinə getmək üçün onunla danışmışdım. Mən o zamanlar zabit olaraq çalışırdım. Biz rayona getdik və bizi orda çox yaxşı qarşıladılar. Qayıdanda əsgər mənə dedi ki, “Yoldaş komandir, mən azərbaycanlıların bu qədər qonaqpərvər, mehriban və canayaxın bir xalq olduğunu bilmirdim. Mənə çox yaxşı davrandılar. Gördüm ki, bizə sizin haqqınızda heç vaxt doğruları danışmayıblar”. Mən bunları ona görə danışıram ki, hətta o vaxtlar hərbdə belə erməni əsgərlərinin azərbaycanlı hərbçilərə qarşı nifrət dolu olduğunu görürdüm. Ona görə mən sərhəddə baş verənləri yeni hadisə kimi qiymətləndirə bilmirəm. Mənfur düşmənimiz bizə qarşı hər zaman bu hiyləgərliklərə əl atıb, bizim doğma torpaqlarımızı öz dədə-baba torpaqları kimi qələmə veriblər. Ermənilər düşmənçilik siyasətlərini artıq neçə illərdir ki, davam etdirirlər. Bu da növbəti bir təxribat idi. Bu zaman bizim qəhrəman oğullarımız – generalımız, polkovnikimiz, rütbəli hərbçilərimiz şəhid oldular. Allah onlara rəhmət eləsin! Ermənilər Azərbaycan-Ermənistan sərhəddindən atəşkəsi pozub, nəyəsə nail olmaq istəsələr də, niyyətlərinə çata bilmədilər. Çünki Azərbaycan ordusunun peşəkarlığını, döyüş qabiliyyətini, əzmini artıq onlar sındıra bilməzlər. Ordumuz indi daha güclü, qüdrətli və yenilməzdir. Bir şeyi də bildirim ki, sizlər də bu təxribatın ermənilərin öz gücünə söykənən məsələ olmadığının fərqindəsiniz. Ali Baş Komandan da bildirdi ki, Ermənistan Azərbaycanla təkbətək vuruşa bilməz, onların buna qüdrəti çatmaz. Onlar hansısa qüvvələrin göstərişi ilə bu təxribatı törədirlər. Hətta düşündürdülər ki, illər keçəcək və bu hadisələr unudulacaq, azərbaycanlılar daha Qarabağı və işğal edilmiş digər ərazilərini geri istəməyəcək. Amma indi Azərbaycan xalqı, ordusu işğal edilmiş torpaqlarımızın geri qaytarılmasını 30 il əvvəllə müqayisədə daha çox istəyir. Bu da çox sevindirci haldır ki, artıq ordumuzda, millətimizdə çox böyük ruh yüksəkliyi var, onlar hər an döyüşə hazırdırlar. Bunu artıq Ermənistan da, onlara dəstək olan şər qüvvələr də başa düşürlər və bu məsələdən çox narahatdırlar. Azərbaycan xalqı istər ölkə daxilində, istərsə də ölkə xaricində ordumuza çox ciddi dəstək olur. Qarabağın işğal edilməsi istiqamətində keçirilən aksiyalar bunu sübutudur. Bu aksiyalar dünyaya səs saldı. Və bu aksiyaların vasitəsilə biz bir daha bildirdik ki, Azərbaycan sülh yolu ilə torpaqlarının geri qaytarılmasının tərəfdarıdır. Mən bir hərbçi olaraq,heç zaman sülhün tərəfində ola bilmərəm. Hətta indiki vaxtımda belə torpaqlarımızın işğaldan azad edilməsi üçün hər an müharibəyə getməyə hazıram. Ermənistanın atdığı addımlar, həyata keçirdikləri təxribatlar onu deməyə əsas verir ki, biz torpaqlarımızı sülh yolu ilə işğaldan azad edə bilməyəcəyik. Ona görə torpaqlarımızı ancaq müharibə yolu ilə geri ala bilərik. Sevindirici bir hal da ondan ibarətdir ki, bu gün torpaqlarımız uğrunda həm öldürməyə, həm də canlarından keçməyə hazır olan Azərbaycan ordusu, Azərbaycan gəncləri var.

- Zakir müəllim, bildirdiniz ki, torpaqlarımız ancaq müharibə yolu ilə geri qaytarıla bilər. Bu da Ermənistanın destruktiv siyasətinin nəticəsidir ki, Azərbaycan sülh istəsə də onlar bu addımı atırlar. Siz SSRİ dönəmində zabit olaraq çalışıbsınız. Almaniyada, Gürcüstanda uzun hərbi xidmət yolu keçibsiniz. Bugünkü Azərbaycan ordusu ilə SSRİ ordusunu necə müqayisə edərdiniz?

- Çox maraqlı məqama toxundunuz. Mən SSR ordusunda xidmət etmişəm və ora daha çox bağlı idim. Azərbaycanda isə hərbi komissarlıqlarda çalışmışam. Yəni Azərbaycan Milli Ordusu ilə bağlı kifayət qədər məlumatlarım var. Azərbaycan Milli Ordusu müstəqil Azərbaycan ordusu bizim hər birimizin qürur yeridir. O zamanlar insanlarda ideoloji məsələlərlə bağlı belə bir düşüncə var idi ki, niyə biz SSRİ ordusuna xidmət etməliyik? Niyə özümüzün müstəqil ölkəmiz, ordumuz yoxdur? İndi bizim müstəqil ölkəmiz var, artıq hər bir əsgər o müstəqil ölkənin atributu, eyni zamanda qoruyucusudur. Və insanlarda gələcəyə böyük ruh yüksəkliyi, inam var. Ordumuzda, gənclərimizdə bu cürə ruh yüksəkliyi olduqdan sonra Azərbaycan ordusu heç vaxt yenilməz. Hərbdəki son quruculuq işləri onu deməyə əsas verir ki, müstəqil Azərbaycan ordusu heç də SSRİ ordusundan zəif deyil. Əksinə bir çox məsələlərdə, xüsusilə ordumuzun yüksək standartlara cavab verən texnika ilə təmin olunması bizim bir daha düşməni necə yerində oturda biləcəyimizin sübutudur. Azərbaycan ordusu təkcə fiziki deyil, mənəvi cəhətdəndə də döyüşə hazırlanır. Mən bütün bunlara görə Cənab Ali Baş Komandana minnətdarlığımı bildiririəm, çünki məhz onun sayəsində bu gün Azərbaycanın qürur mənbəyi olan, yenilməz ordusu var. Bu gün insanlarımız küçədə bir əsgərə rast gəldikdə ona qayğı, sevgi ilə yanaşır. Çünki əsgərə hər kəs Qarabağımızı işğaldan azad edəcək bir qəhrəman kimi baxır. Mən Azərbaycan ordusu ilə qürur duyuram!

- Siz əslən Cəbrayıldansınız. Təbii ki, Sizin vətən sevginiz, torpaq həsrətiniz bir çoxları ilə müqayisə edilməyəcək qədər ağrılıdır. Siz necə düşünürsünüz, biz torpaqlarımızı işğaldan azad edə biləcəyikmi?

- Mən söhbətimizin əvvəlində bu suallarınızı cavablandırdım. Biz mütləq şəkildə torpaqlarımızı işğaldan azad edəcəyik. Bunu Ali Baş Komandan, Azərbaycan ordusu, Azərbaycan xalqı istəyir. Bunu vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu istəyir. Onların qanı yerdə qalmamalıdır. Bizim o torpaqları işğaldan azad etməməyə haqqımız yoxdur. Mən Ermənistanın ordusuna bələdəm, bilirəm ki, onlar bizim ordumuzla bacara bilməyəcək, çünki zəifdirlər. Onlar bizlə təkbətək vuruşa bilməzlər və əminəm ki, onlar hətta o torpaqları qoyub qaçarlar. Bu gün Təbrizdə, Borçalıda, eləcə də digər yerlərdə yaşayan azərbaycanlılar ruhları, canları ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdırlar. Hətta bu ruh yüksəkliyi məni belə bu yaşımda böyük sevinc, qələbə qazanmaq əzmi ilə müharibəyə sövq edir. Biz elə bir ruhla silahlanmışıq ki, əminəm ki, bu silah bizi mütləq işğal olunmuş torpaqlarımıza aparacaq!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56 Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00