Modern.az

Toylarda yemək və oynamaq qadağan olundu

Toylarda yemək və oynamaq qadağan olundu

Aktual

26 Avqust 2020, 08:28

Türkiyənin koronavirusa yoluxma sayında yenidən artım müşahidə edilir. Məhz bu səbəbdən bu gündən etibarən Türkiyədə yenidən məhdudiyyətlər tətbiq olunacaq.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Daxil İşlər Nazirliyinin yeni qərarına əsasən Adana, Ankara, Ağrı, Bursa, Çorum, Diyarbakır, Erzurum, Gaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van və Yozqatda toy, xına, nişan mərasimləri bir saatdan artıq keçirilməyəcək. Toy və nikah zamanı yemək verilməyəcək, həmçinin rəqslər qadağan olunacaq.

 

Bəylə gəlinin birinci dərəcəli qohumları istisna olmaqla 65 yaş və ondan yuxarı, eləcə də 15 yaşdan aşağı şəxslərin toylara gəlişi qadağandır.

 

Məclislərdə maska və sosial məsafə qaydalarına əməl olunması vacibdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır