Modern.az

FHN Ədliyyə Nazirliyindəki yanğınla bağlı məlumat yaydı

FHN Ədliyyə Nazirliyindəki yanğınla bağlı məlumat yaydı

Aktual

26 Avqust 2020, 12:10

Fövqəladə Hallar Nazirliyi (FHN) Ədliyyə Nazirliyinin inzibati binasında baş verən yanğınla bağlı açıqlama verib.

 

FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva Modern.az-a bildirib ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar xəttinə məlumat daxil olub:

 

“Əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub. Binanın 1 otağında yanğın hadisəsi baş verib. Operativ müdaxilə nəticəsində yanğının ətrafdakı otaqlara yayılmasının qarşısı alınıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı