Modern.az

Qarabağa xaricdən gətirilən etnik ermənilər məskunlaşdırılır - Ceyhun Bayramov

Qarabağa xaricdən gətirilən etnik ermənilər məskunlaşdırılır - Ceyhun Bayramov

Aktual

26 Avqust 2020, 16:24

“Təəssüflə qeyd etməliyəm ki, münaqişənin nizamlanmasında irəliləyiş nəzərə çarpmır. Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamağa davam edir”.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında deyib.

 

Nazir qeyd edib ki, yerli azərbaycanlılar o ərazilərdən didərgin salınıb, onların evlərində isə xaricdən, o cümlədən Yaxış Şərqdən gətirilmiş etnik ermənilər məskunlaşdırılır: “Bu isə öz növbəsində beynəlxalq humanitar hüququn, ilk növbədə isə Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı