Arxiv
6 Oktyabr 2020, 13:11 | MÜSAHİBƏ
Milli Qəhrəmanın xanımı: “Ermənilər böyük bir səhv etdilər” - MÜSAHİBƏ

Xankəndinin sabiq deputatı, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Dəstək Fonduna köçürüb.


Modern.az
-ın suallarını cavablandıran Flora Qasımova bildirib ki, cəbhədən gələn qələbə xəbərləri, azad olunan ərazilərimizin siyahısının hər gün artması onu qürurlandırır.

- Flora xanım, cəbhədən hər gün yeni və xoş xəbərlər gəlir. Qələbə əhval-ruhiyyəsini hiss edirsinizmi?


- Əlbəttə. Biz hər keçən gün qələbəyə bir az da yaxınlaşırıq. Torpaqlarımızın azad olunması məni çox sevindirir. Bu sevinci bizə yaşadan Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevə, Azərbaycan ordusunun rəhbərliyinə, əsgər və zabitlərimizə minnətdarlığımı bildirirəm.


- Ordumuz Qarabağı tamamilə azad etdikdə, doğma torpaqlarımıza getdiyiniz ilk gün üçün planınız nədir? İlk hara getməyi fikirləşirsiniz?


- İlk olaraq Xankəndində əzizlərimizin dağıdılmış qəbirlərini ziyarət edəcəyəm. İki min ildən çox tarixi olan Xankəndi bulağının suyundan içəcəyəm.


- Ermənilərin törətdiyi təxribatlara baxmayaraq, cəbhə bölgəsində yaşayan insanlarda ruh yüksəkliyi müşahidə olunur. Bu haqda nə düşünürsünüz?


- Ermənilərin bu illər ərzində törətdiyi qəddarlıqlar xalqımızı elə bir həddə çatdırıb ki, artıq onlar heç nədən qorxmurlar. Düşünürlər ki, təki ordumuz torpaqlarımızı azad eləsin. Dağıdılmış evlər, küçələr yenidən bərpa oluna bilər. Təəssüf ki, itkilərimiz geri qayıtmayacaq. Lakin bu torpaq uğrunda şəhid olanların ruhlarının şad olduğuna əminəm.


- Əksəriyyət hesab edirdi ki, illər keçdikcə, Qarabağ gənclərimizin yadından çıxacaq, unudulacaq, yeni nəsillər Qarabağ uğrunda mübarizəyə o qədər də maraqlı olmayacaq. Lakin döyüşlər başlayandan bəri bunun tamamilə əksini müşahidə edirik...


- Ermənilər sadəcə gənclərimizin deyil, bütün xalqımızın bu qəddarlığı unutmasını gözləyirdi. Onlar böyük bir səhv etdilər. Bugünkü müharibə, bu torpaqda doğulan, yaşayan hər insanın müharibəsidir. Gənclərimiz illərdir gözlərimiz önündə törədilən vəhşilik haqqında oxuyurlar, izləyirlər, araşdırırlar. Bizim genlərimizdə, dinimizdə dövlət quruculuğu var. Ona görə də mən çox mərd, vətənpərvər bir gənclik yetişdiyinə əminəm.


- Bir şəhid xanımı kimi əsgər yolu gözləyən valideynlərə, şəhid analarına müraciətiniz varmı?


- Şəhid anaları heç vaxt əyilməyiblər. Həmişə şəhid xəbərini alanda ilk sözləri “Vətən sağ olsun!” olub. Bu gün əziyyətlə böyütdüyü oğullarını xeyir-dua ilə cəbhəyə yola salan anaların əllərindən öpürəm. Bu 30 ildə canını mərd-mərdanə vətən uğrunda fəda etmiş hər bir şəhid qarşısında baş əyirəm. Torpaqlarımızın son qarışınadək işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirik. Allah əsgərlərimizi qorusun!”.


Aysel Aslan

Fidan Əli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlikdən Daşkəsəndəki yanğınla bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 17:14 Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Xalq müraciətin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib 26 Oktyabr 2020, 17:04 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06 Fransa milli komandasının məşhur futbolçusundan Makrona ETİRAZ 26 Oktyabr 2020, 15:00 İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb 26 Oktyabr 2020, 14:54 Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir - FOTO 26 Oktyabr 2020, 14:48 Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı 26 Oktyabr 2020, 14:42 Qubada qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular 26 Oktyabr 2020, 14:36 “Heydər Əliyev vəzifələrdən gedəndən sonra Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı” - Prezident 26 Oktyabr 2020, 14:30