Arxiv
14 Oktyabr 2020, 15:04 | ANALİTİKA
Rusiya Azərbaycana təzyiqləri ARTIRIB - TƏHLİL

Prezidentin köməkçisi Hikmət Hacıyev son mətbuat konfransında Azərbaycan hakimiyyətinə təzyiqin olduğunu gizlətmədi. Söhbətin Rusiyadan getdiyi aydındır. Kreml müharibənin ilk günlərində prosesə müdaxilə etmədi, hətta prezident Vladimir Putin jurnalistin sualına cavab olaraq “müharibə Ermənistanda getmir ki” deməklə sanki məsələyə aydınlıq gətirdi. Ancaq müharibənin başlandığı ilk günlərdə “Atlas” Araşdırmalar Mərkəzi sonrakı mərhələdə Rusiyanın Azərbaycana yönəlik təzyiqlərin artacağını ehtimal etmişdi.

Birincisi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov son müsahibəsində deyib ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlılarının yerləşdirilməsi vacibdir. Bunu işğalçı Ermənistan da istəyir. Ancaq bu Azərbaycanın maraqlarına cavab vermir. Sülhməramlılar mövzusunü gündəmə gətirənlər münaqişəni dondurmaq, işğalın ömrünü uzatmaq istəyirlər. Digər tərəfdən Rusiyalı hərbçilər Dağlıq Qarabağda yerləşdirilsə, onlar bir daha torpaqlarımızı tərk etməyəcəklər. Bu isə bizə gələcəkdə daha ağır problemlər yaradacaq. Gürcüstan 2008-ci ildə Cənubi Osetiyanı ram etmək istədi, qarşısını məhz həmin rusiyalı sülhməramlılar kəsdilər, nəticədə Moskva Gürcüstana qarşı müharibəni genişləndirdi, Cənubi Osetiyanın “müstəqilliyini” tanıdı və bu bölgədə hərbi bazaları yaratdı. Başqa sözlə Gürcüstan Cənubi Osetiyanı, o cümlədən Abxaziyanı itirdi. Eyni səhvi biz təkrarlaya bilmərik. Münaqişənin danışıqlar mərhələsində nə zamansa sülhməramlılar mövzusu müzakirə olunarsa neytral dövlətlərin, məsələn Skandinaviya, Baltikyanı və ya Şərqi Avropa ölkələrinin hərbçilərinin bölgəyə gəlişindən danışmaq olar. Bu ATƏT-in 1994-cü ildəki Budapeşt sammitinin qərarrına da uyğundur ki, sülhməramlıların tərkibi neytral dövlətlərdən formalaşmalıdır.

İkincisi, Lavrovun “bölgədə rusiyalı sülhməramlıların yerləşdirilməsi vacibdir” açıqlamasının yayınlandığı saatlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistanın Müdafiə nazirləri Zakir Həsənov və David Tonoyanla telefon danışığı aparıb. Sergey Şoyqu telefon danışığı zamanı oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar atəşkəslə bağlı müvafiq öhdəliklərin tam icra olunmasına dair azərbaycanlı və erməni həmkarlarına çağırış edib. Bunun çağırış və ya tələb olduğunu söyləmək çətindir. 2016-cı ilin aprelində də məhz Şoyqnunun Bakıya zəngindən sonra ordumuzun hücumu dayandırıldı, halbuki daha çox ərazini işğaldan azad edə bilərdik.

Beləliklə, Kreml Lavrov və Şoqyu vasitəsilə Azərbaycana təzyiqi artırıb. Moskvanın məqsədi Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarını dayandırmaq və Ermənistanı ağır məğlubiyyətdən xilas etməkdir. Ermənistan və Rusiya sülhməramlıların bölgədə yerləşdirmək istəyə bilərlər, ancaq biz bunu istəmiriksə bu müddəanı zorla bizə qəbul etdirə bilməzlər.

Rusiyanın Azərbaycana artan təzyiqi Ankaranı da narahat etməyə başlayıb. Moskvada nazirlər görüşərkən Ankaradan belə bir açıqlama gəldi: “Üçüncü dövlət müdaxilə edərsə Türkiyə ordusu Dağlıq Qarabağa daxil olar”. Bu Moskvaya mesaj idi. Türkiyədə hakimiyyətin ortağı olan Milliyətçi Hərəkat Partiyasını lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında hamıya mesaj yollayıb: “Atəşkəsin və danışıqların vaxtı deyil, işğalçı Ermənistanı başından əzmək lazımdır”. Bu bizə də mesajdır ki, Türkiyə olmadan Rusiyanın birtərəfli vasitəçilyini qəbul etmək olmaz. Bakı kimi Ankarada münaqişənin hərbi yolla həllini dəstəkləyir. Sergey Lavrov müsahibəsində müharibənin davamıyla bağlı Türkiyənin siyasətini bölüşmədiklərini bildirib. Elə Lavrovun bu münasibəti bizə onu diqtə edir ki, Rusiyanın təktərəfli vasitəçiliyi Azərbaycanın maraqlarına cavab vermir. Rusiya bir tərəfdən “məsələ danışıqlar yoluyla həll edilməlidir” deyərkən, digər tərəfdən Ermənistana “humanitar yük” adıyla hərbi texnika daşımaqda davam edir. Azərbaycan ordusu isə işğal altındakı bölgələrimizdə həmin texnikanı zərərsizləşdirməklə məşğuldur.

Əlbəttə, hansısa mərhələdə danışıqlar zəruri olacaq. Ancaq həmin mərhələyə qədər Azərbaycan ordusu daha böyük əraziləri işğaldan azad etməlidir ki, masada şərtlərizi diqtə edə bilək. Digər tərəfdən həmsədrlər formatı artıq işləmir. “Atlas” Araçdırmalar Mərkəzinin keçmiş illərdə yayınladığı analizlərdə danışıqların 2 + 2 (Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya) formatını təklif edib. Bu format hazırda xeyli aktualdır. Türkiyə prezidentinin köməkçisi İbrahim Kalın da son açıqlamasında bu formulu təklif edib və bunu belə əsaslandırıb: “Rusiya Ermənistanı dəstəkləyirsə, Türkiyə də Azərbaycanı dəstəkləyir, deməli masada 4 ölkə olmalıdır”.

Rusiya və Türkiyə Suriya probleminin həllində də eyni formuldan istifadə ediblər. Ermənistan hakimiyyəti kimi Suriya rejimi də masada Türkiyəni istəmirdi, ancaq bu Dəməşqin istəyindən asılı olmadı, Moskva və Tehran Türkiyənin masada olmasını qəbul etdilər. Rusiya və Türkiyənin Cənubi Qafqaza təsir imkanları genişdir, masada Rusiya varsa, mütləq Türkiyə də olmalıdır. Bundan sonra Türkiyəsiz masada oturmaq Azərbaycanın maraqlarına cavab verməyəcək. Türkiyənin masada olması Azərbaycana artan təzyiqlərin neytrallaşdırılması deməkdir.

“Atlas” Araşdırmalar Mərkəzi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş Nazir qərarına dəyişiklik etdi 24 Oktyabr 2020, 10:50 Kəlbəcərin təbii sərvətlərinin təhlili 24 Oktyabr 2020, 10:42 “Ərazilər dronla işğaldan azad edilmir, onu əsgərlər azad edir” - İlham Əliyev 24 Oktyabr 2020, 10:36 ABŞ “Hizbullah”la bağlı məlumata görə 10 milyon dollar verəcək 24 Oktyabr 2020, 10:30 Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 10:23 “İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik” - “Figaro” qəzetinə MÜSAHİBƏ 24 Oktyabr 2020, 10:15 Cəlilabadda karantin qaydalarına riayət etməyənlərlə bağlı reyd keçirilib 24 Oktyabr 2020, 10:10 20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq 24 Oktyabr 2020, 10:05 Düşmənin zərbə pilotsuz uçuş aparatı ZƏRƏRSİZLƏŞDİRİLDİ 24 Oktyabr 2020, 10:00 Azərbaycanın Böyük Britaniyadakı səfiri növbəti videobrifinq keçirib  24 Oktyabr 2020, 09:54 Neft yenidən ucuzlaşdı 24 Oktyabr 2020, 09:47 Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu keçdi - STATİSTİKA 24 Oktyabr 2020, 09:40 Bolqarıstanın Baş naziri özünü izolyasiya etdi 24 Oktyabr 2020, 09:33 Bakıda kişi arvadını qətlə yetirib, intihara cəhd etdi 24 Oktyabr 2020, 09:25 Bakıda minik avtomobili yanıb 24 Oktyabr 2020, 09:20 Ceyhun Bayramov ABŞ-da azərbaycanlılarla görüşdü 24 Oktyabr 2020, 09:15 Paytaxtda siqaret yanğına səbəb oldu 24 Oktyabr 2020, 09:07 Bakının küçələri yenidən dezinfeksiya edilir - FOTOLAR 24 Oktyabr 2020, 09:00 “Ermənistanın atdığı “Smerç” yaşayış evinin həyətinə düşüb” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 08:38 Cəbhədə ağır döyüşlər davam edir - vacib yüksəkliklər azad edildi 24 Oktyabr 2020, 08:01 Hulusi Akar NATO-da Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirdi 24 Oktyabr 2020, 07:52 “Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq 24 Oktyabr 2020, 07:43 Ceyhun Bayramov Nensi Pelosi ilə Qarabağ münaqişəsini müzakirə etdi 24 Oktyabr 2020, 07:32 Azərbaycanın Xarici İşlər naziri həmsədrlərlə görüşdü 24 Oktyabr 2020, 06:42 Cəbhə gündəliyi: 23 oktyabrda nələr oldu... 24 Oktyabr 2020, 02:06 Fransa və Almaniyada yaşayan ermənilər Qarabağa yardım adı ilə silah göndərir - FOTO 24 Oktyabr 2020, 02:04 “İrəvan Moskvanı münaqişəyə cəlb etmək istəyir” - Mustafa Şentop 24 Oktyabr 2020, 00:59 “Trampın Qarabağla bağlı hansı irəliləyişdən danışdığını bilmirik” - Kremldən açıqlama 24 Oktyabr 2020, 00:48 Türkiyədə COVID-19-a yoluxanların sayı artır 24 Oktyabr 2020, 00:32 Akar NATO nazirləri ilə danışdı: “Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir” 24 Oktyabr 2020, 00:20 “Ermənistanla müharibəyə bu əsasda son qoyula bilər” - Ceyhun Bayramov 24 Oktyabr 2020, 00:07 Aviasiyamız düşmənin artilleriya bölmələrini darmadağın etdi - VİDEO 23 Oktyabr 2020, 23:54 “Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana xəbərdarlıq 23 Oktyabr 2020, 23:46 Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşdü 23 Oktyabr 2020, 23:38 Düşmənin könüllü dəstələri və texnikası belə məhv edildi – VİDEO 23 Oktyabr 2020, 23:29