Arxiv
28 Oktyabr 2020, 00:33 | ANALİTİKA
“Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ

“Dövlət başçısı İlham Əliyevin zərgər dəqiqliyi ilə yürütdüyü dünya miqyaslı uğurlu xarici siyasət strategiyası, əvvəlki illərdən fərqli olaraq, Azərbaycanın hərbi əməliyatları aparmaqda zaman məhdudiyəti amilini aradan qaldırmışdı.

Bununla, Azərbaycanın başlatdığı hərbi əməliyatları siyasi-diplomatik yollarla dayandıra bilməyən Ermənistanın baş strateji hesabı boşa çıxmış, məğlubiyəti labüdləşmişdir”.

Modern.az xəbər verir ki, bu fikirləri Qarabağ döyüşçsüsü, polkovnik-leytenant Nazim Bayram bildirib.

Onun sözlərinə görə, Ermənistanın hazırki çabaları “uduzulmuş partiyanın oynanılmasıdır”.

“Təəsüf ki, (bəlkə yaxşı ki) irrasional faşist ideyaları ilə xəstə olan erməni hərbi-siyasi rəhbərliyi, qeyri-adekvatdır, hərbi məğlubiyətin qaçılmazlığını artıq tam anlasa da, danışıqlar masasına gəlmir, “son erməniyə qədər” döyüşməyi tərcih edir.

Lakin bilavasitə döyüş meydanında Silahlı Qüvvələrimizin massiv, yüksəkdəqiqli, effektiv zərbələri altında düşmən qüvvələri hərbi-texniki və mənəvi-psixoloji cəhətdən dərindən sarsıdılıb, mütəşəkkil müqavimət və döyüş qabiliyətini hər yeni günlə itirməkdədir”.

Nazim Bayram deyir ki, Azərbaycan Ordusu strateji hücum təşəbbüsünə tamamilə sahibdir və əməliyat baxımından düşmənə iradəsini diktə edir. Qarşı tərəf yalnız reflektor müdafiə olunur, faktiki isə döyüş meydanını pərakəndə şəkildə tərk edərək, qaçır.


“Erməni rəsmiləri “bəzi cəbhə istiqamətlərində geriçəkilmələri” etiraf etsələr də, mənzərəni izləyən istənilən hərbi müşahidəçi üçün aydındır ki, bu, “geriçəkilmə” manevri yox, texnikanı, silah-sursatı atıb, canlarını qurtarmaq üçün döyüş meydanından tez-tələsik qaçışdır.

Əməliyat baxımından hazırki hücum əməliyatlarımızın istiqamətləri birinci müharibədəkindən ciddi fərqlənir. Bunun bir səbəbi birinci müharibədən fərqlənən cəbhə konfiqurasiyasıdırsa, digər (əsas) səbəb, əməliyat planının optimal qurulmasıdır. Mahiyəti ondan ibarətdir ki, düşmənin illərlə möhkəmləndirdiyi müdafiə-istehkam xətti bütün cəbhə boyunca deyil, bir neçə əsas istiqamətdə yarıldıqdan sonra, qoşunlarımız Dağlıq Qarabağın dərinliklərinə düşmənin cinahlarından və arxasından nüfuz edir. Bununla düşmən, hazır olmadığı, müdafiə istehkamları qurmadığı istiqamətlərdən hücum olunur, müdafiə rayonlarında (inzibati rayonlarla səhv salınmasın) lokallaşdırılır, arxası və qonşuları ilə əlaqələri tam ya qismən kəsilir, vahid müdafiə sistemi parçalanır, əməliyat mühasirəsinə salınır (ya bu təhlükə ilə üzləşəcəyindən), tutduğu mövqeləri tərk edir.

Yuxarıda qeyd etdiyim kimi, hərbi əməliyatların aparılmasında vaxt məhdudiyəti amili qaldırıldığından, Silahlı Qüvvələrimiz qabaqçıl müharibə vasitələri ilə düşmən qüvvələrini maksimum kontaktsız, sistematik və metodik şəkildə məhv etməklə, az itkilərlə irəliləyir, ancaq hücum tempini yüksək olaraq, saxlayır.

Hazırda düşmənin heç bir istiqamətdə əks-hücum cəhdlərinin perspektivi yoxdur. Belə cəhdlər ona heç nə vermir, əksinə, açıq əməliyat məkanına çıxmaqla, məhv olunması şanslarını artırır”.


Polkovnik-leytenant bildirib ki, cəmiyətimizin tam qələbə xəbərini, digər rayonlarımızın işğaldan azad olunması xəbərini gözləməkdə səbirsizliyi anlaşılandır.

“Ancaq az itki vermək üçün hərbi əməliyatlarımız tələskənliksiz aparılır. Buna görə, cəmiyət də tələsməsin, 30 il gözlədiyimizi, bir neçə gün də səbrlə gözləyək. Ən əsası odur ki, Ordumuzun qarşısıalınmaz hərəkəti davam edir və torpaqlarımızın azad olunması artıq zaman məsələsidir!

Allah qəhrəman millətimizi, şanlı ordumuzu, Ali Baş Komandanımızı və haqq işimizdə bizə arxa və dəstək olan Türkiyəmızı, qardaş Pakistanı, bütün dostlarımızı qorusun, bizə tezliklə böyük zəfər nəsib eləsin.

Bu qələbəmizlə birinci müharibədən bu yana verdiyimiz bütün Şəhidlərimizin və günahsız qurbanlarımızın qanı alınacaq, Vətən bütövlüyü ilə ruhları şad olacaq.

Azərbaycan əsgərinə eşq olsun!”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan virusun cəngində: 351 yoluxma 17 Yanvar 2021, 11:12 “Fənərbağça” klubu Məsul Özili transfer etdi 17 Yanvar 2021, 11:00 Gürcüstanda koronavirusa yoluxma sayı artdı 17 Yanvar 2021, 10:51 Dələduzlar bankların adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər 17 Yanvar 2021, 10:39 Martına qədər virus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlərdən xəbərdarlıq 17 Yanvar 2021, 10:29 Co Baydenin itinin “indoqurasiya” mərasimi keçiriləcək 17 Yanvar 2021, 10:20 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü 17 Yanvar 2021, 10:10 İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50