Modern.az

Fəzail Ağamalı yenidən partiya sədri seçildi

Fəzail Ağamalı yenidən partiya sədri seçildi

Aktual

23 Noyabr 2020, 17:00

Ana Vətən Partiyası videokonfrans formatında VII Qurultayını keçirib.

Partiyadan Modern.az-a verilən məlumata görə, qurultayda rayon və şəhər təşkilatından seçilən nümayəndələr iştitak edib.


Qurultayda Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı çıxış edib.

Mərkəzi Şuranın hesabatını Mərkəzi Aparatın rəhbəri Elçin Ağamalı təqdim edib.

Hesabat ətrafında Ana Vətən Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Arzuman Abdulkərimov, Ali Məclisinin sədri Rəşadət Yaqublu, Sumqayıt şəhər təşkilatından Əhməd Quliyev, Şabran rayon təşkilatından Nazim Muradəlizadə, Qubadlı rayon təşkilatından Səbinə Kərimova, Bərdə rayon təşkilatından Orxan Əhmədov, Zərdab rayon Təşkilatından Coşqun Məmmədov çıxış edib.


Nəzarət Təftiş Komissiyasının hesabatını komissiyanın sədri Ülvi Bayramov təqdim edib.


Qurultayda təşkilat məsələlərinə də baxılıb.


Fəzail Ağamalı Ana Vətən Partiyasının sədri, Elçin Ağamalı sədrin Təşkilati məsələlər üzrə müavini, Arzuman Abdulkərimov Siyasi məsələlər üzrə müavini,  Yalçın Hacızadə Hüquq məsələləri üzrə müavini, Rəşadət Yaqublu Ali Məclisin sədri, Günay Ağamalı Qadınlar Şurası İdarə Heyətinin sədri, Səbinə Kərimova Qadınlar Şurası İdarə Heyətinin sədr müavini seçiliblər.


Qurultayda Ana Vətən Partiyasının bəyanatı səsləndirilib və səsə qoyularaq qəbul olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir