Arxiv
26 Dekabr 2020, 10:52 | MÜSAHİBƏ
Bizim əsgər: “Balamın qanı tökülən yerə gedib, o torpağı öpmək ən böyük arzumdur” - Şəhid anası - FOTOLAR

“Müharibə başlamışdısa, Sübhanı heç kim döyüşdən saxlaya bilməzdi”

Modern.az saytında “Bizim Əsgər” rubrikasına davam edirik. Budəfəki qonağımız şəhid anası Mehriban Abdurahmanlıdır. O bizə Füzuli uğrunda gedən döyüşlərdə canını fəda edən oğlu, oktyabrın 7-də Üçüncü Fəxri xiyabanda torpağa tapşırılan “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurahmanlı haqqında danışacaq.

 

- Mehriban xanım, oğlunuz Sübhan Abdurahmanlı haqqında keçmişdə danışmaq ağırdı, amma Vətən var olduqca, şəhidlərimiz də olacaq. İstərdik, igidimizi anasının dilindən tanıyaq.


- Sübhan 1992-ci il oktyabrın 18-də Müstəqillik günündə Bakı şəhərində dünyaya gəlib. O, uşaq vaxtlarından çox qayğıkeş və vətənpərvər olub. Həmişə birinci olmağı xoşlayırdı. Hər zaman təriflənməyini istəyirdi. Xətaidə - NZS qəsəbəsində 165 nömrəli məktəbdə oxuyub. Həmişə məktəbdəki tədbirlərdə bayrağı Sübhan götürürdü. Bir gün müəllimi ona deyib ki, Sübhan, bayrağı ver başqa uşaqlar da götürsünlər. Sübhan isə ona deyib ki, indi mən bayrağı götürürəm, vaxt gələcək o bayraq məni götürəcək. Sübhan şəhid olanda da, məhz bir vaxtlar sevərək daşıdığı bayrağa büküldü.


- Bəs hərbiyə necə, uşaqlıqdan  həvəsli idi?

- Keçmiş ombudsman Elmira xanımın “Sülh şəbəkəsi” adlı təşkilatı var idi, Sübhan da uşaq olanda o təşkilatın üzvü idi. Bir gün həmin təşkilata üzv olan uşaqları əsgərlərlə görüşə aparıblar. Sübhan həmən vaxt dayanmadan əsgərlərin necə yaşadıqları, nə yedikləri, nə cür məşq etdikləri ilə maraqlanıb. Ümumiyyətlə, onda hərbiyə həvəs çox böyük idi. Mənim atam və qardaşım da hərbçi olublar və hərbçi ailəsində doğulması da, onun hərb sahəsinisevməsinə təsir etmişdi.



- Şəhidimizin Vətən Müharibəsində iştirakı necə oldu?


- Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında başa vurub, qayıtdıqdan sonra Daxili qoşunlarda MAXE kimi qulluq etməyə başladı və 3 il orada işlədi. TGM-i oxuyandan sonra isə təyinatını Beyləqandakı hərbi hissələrdən birinə aldı, orada kəşfiyyatçı idi. Əslində müharibə başlayanda oğlum anbar rəisi idi və o, döyüşlərə ən sonda gedə bilərdi. Sadəcə, Vətən sevgisi Sübhanı cəbhə bölgəsinə apardı. İşlədiyi yerdən ona bildiriblər ki, sən bizə burada lazımsan. Əsgərlərimizi çay, su və lazım olan digər zəruri qidalarla təmin edirsən. Sübhan isə onlara deyib ki, “silaha sarılıb müdafiəyə qalxmasaq, sən vuruşmasan, mən vuruşmasam, bəs Vətəni kim qorusun? Evdə anamız və bacılarımızın rahat yatması üçün mən döyüşməliyəm”.


- Bəs siz, oğlunuzun döyüşlərə qatıldığını biləndə hansı hissləri keçirdiniz?


- Vətən müharibəsində qalib olacağımızı bilirdim. Lakin onu da bilirdim ki, müharibə başlayıbsa, Sübhanı heç kim döyüşməkdən saxlaya bilməyəcək.Vətənpərvərlik və qeyrət kimi hisslər oğlumda çox qabarıq idi və düşündüyüm kimi, onu heç kim döyüşməkdən saxlaya bilmədi. Lakin şəhid olacağını ağlıma belə gətirmirdim.


- Müharibə müddətində oğlunuzla telefonda danışa bilirdiniz?


- Mənə zəng vurub deyirdi ki, hər şey yaxşıdır, narahat olma. Axırıncı dəfə mən onunla oktyabrın 1-ində danışdım. Gülərək mənimlə danışdı və hiss etdim ki, əhvalı çox yaxşıdır. Amma mən təssəvvür etməzdim ki, məhz bu zəng onun son zəngi olacaq.



- Oğlunuz Qarabağın hansı bölgələrində gedən döyüşlərdə iştirak etdi? Nə vaxtsa onun azad etdiyi torpaqlara getmək istəyəcəksiniz?


- Oğlum Füzulidə şəhid olub. Müharibə başlayandan keçmiş Ağdərə rayonu ərazisində və Cəbrayılın azad edilməsində gedən döyüşlərdə iştirak edib. O, Füzulidə mühasirəyə düşüb və snayper gülləsinə tuş gələrək şəhid olub. Ümumiyyətlə, o mühasirəyə düşən bütün əsgərlərimiz şəhid olublar. Allah bütün şəhid Azərbaycan oğullarına rəhmət etsin.

Çox istərdim ki, oğlumun uğrunda canını qurban verdiyi, şəhid olduğu, qanının töküldüyü o torpağa gedim. O torpağı öpüm. Balamın qanı tökülən o torpağı yalayım. Oğlumun uğrunda şəhid olduğu torpağı görmək mənim ən böyük arzumdur. Bundan sonra oğlumun qoxusunu uğrunda öldüyü torpaqlardan alacağam.


- Mehriban xanım, oğlunuzun həyat devizi hansı ifadələr idi?


- Sübhanın bir dənə devizi var idi: “Hər şey yaxşı olacaq!”.
Məhz bu ifadə də onun şəhadətinə çevrildi. Yorğun olduğum, bəzən ümidimi itirdiyim vaxtlarda oğlum mənə məhz bu sözləri ilə təskinlik verərdi. Mən isə onun varlığından, dağ kimi ürəyindən, qürurundan və qeyrətindən güc alıb yaşayırdım.


- 2020-ci il oktyabrın 18-ində oğlunuzun 28 yaşı tamam olacaqdı və çox təəssüf ki, doğum gününə 11 gün qaldığı bir vaxtda oğlunuz şəhid oldu. Sözlərin bitdiyi yerdə isə ana duası başlayır.


- Doğulduğu gündən həmişə həm duam, həm də nəfəsim oğlumun üzərində olub. İndi də duam onunladır, amma təəssüf ki, nəfəsimi heç cürə ona toxundura bilmirəm.

Oğluma demək istərdim ki, rahat yat. Qanın yerdə qalmadı. Uğrunda can qoyduğun torpaqlar artıq bizdədir. Əgər torpaqlar alınmasaydı, düşünərdim ki, balamın qanı yerdə qaldı. Sübhan kimi oğullar dünyaya çox gələcək. İgid və qəhrəman Sübhanlarımız çox olacaq, amma əsas odur ki, Azərbaycanımız yaralı qalmayacaq. Bilirik ki, torpaqlarımızda böyüyən körpə balalarımız daha şəhid olmayacaq. Analarımız mənim kimi gözü yaşlı qalmayacaq. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olundu.



- 2020-ci ilin sonuncu ayı olan soyuq dekabrda Sübhan kimi şəhidlərimizin qanı bahasına qazandıqları torpaqlarımızı qoruyan əsgərlərimizə  Şəhid anasının “Əsgər salamı”nı eşidək.

- Hər bir ana övladını dünyaya gətirəndə öz körpəsinə Vətən sevgisinin bütün sevgilərdən öndə olduğunu öyrətməlidir.
Əziz əsgərim, vətəni sevin. Vətən anadır. İndi sən həm Vətənini, həm də özünü qorumalısan ki, səni böyüdən və sənin üçün dua edən ananın gözləri yaşlı qalmasın.
Allah sizə yar olsun, sağ-salamat evlərinizə qayıdın.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SOCAR-ın maliyyə işlərini nəzarətdə saxlamağa ehtiyac var - Deputat 25 Yanvar 2021, 15:21 Baş Prokurorluq xaricdə gizlənmiş 30 nəfərin ekstradisiyasına nail olub 25 Yanvar 2021, 15:11 AŞPA-ya yeni prezident seçildi 25 Yanvar 2021, 15:06 Masallının baş həkimi belə həbs edilib - VİDEO 25 Yanvar 2021, 15:01 Azərbaycan Livana NOTA VERİB 25 Yanvar 2021, 14:56 Azərbaycan xalqına qarşı müharibə cinayəti törədənlər AXTARIŞA VERİLİB 25 Yanvar 2021, 14:45 Koçaryan siyasətə qayıdır - Baş nazir olmaq İSTƏYİR 25 Yanvar 2021, 14:42 Komitə sədri gördüyü işlərdən danışdı 25 Yanvar 2021, 14:38 Azərbaycan və Türkiyə “feyk-nyus”larla birgə mübarizə aparacaq 25 Yanvar 2021, 14:33 “Ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməli qoyulacaq” 25 Yanvar 2021, 14:28 “Sizin təklifinizə uyğun olaraq, 6 ölkəni ziyarət edəcəyəm” -  Cavad Zərif 25 Yanvar 2021, 14:22 “AzerGold” ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib 25 Yanvar 2021, 14:16 Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI 25 Yanvar 2021, 14:10 Bakıda evdən 2 600 manatlıq oğurluq edildi 25 Yanvar 2021, 14:04 Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36