Modern.az

Minsk qrupundan niyə imtina etməməliyik? - ŞƏRH

Minsk qrupundan niyə imtina etməməliyik? - ŞƏRH

Analitika

14 Yanvar 2021, 17:54

“Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu son açıqlamasında deyib ki, “lazım gəlsə ATƏT-in Minsk qrupu yenə də rol oynaya bilər”.

Çavuşoğlu və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son illər haqlı olaraq həmsədrləri tənqid edir, 25 ildə onların fəaliyyətinin yarıtmaz olduğunu vurğulayırdılar”.

Modern.az-ın məlumatına görə, bu fikirləri ATƏT-in Minsk qrupunun fəaliyyətini şərh edən politoloq Elxan Şahinoğlu verib.

O, xatırladıb ki, eyni açıqlamalar Bakıdan da səsləndirilib:

“Ərdoğan son açıqlamasında onu da xatırladıb ki, Minsk Qrupunun 30 ildə uzatdığı problem Türkiyənin dəstəyi ilə 44 günə həll edildi.

Buna baxmayaraq, Ankara Minsk Qrupu formatından imtina edilməsini də lazım bilmir. Doğru yanaşmadır. Elə Azərbaycan prezidenti də həmsədrləri tənqid etsə də, bu formatdan imtina etməyi lazım bilmir. Müharibəyə qədər danışıqların getdiyi təxminən 26 ildə həmsədrlərdən tələbimiz o olub ki, Ermənistanın işğalına son qoysunlar, BMT-nin 4 qətnaməsini yerinə yetirsinlər. Etmədilər, 44 günə biz məsələni böyük ölçüdə həll etdik. Ona görə də bundan sonra Minsk Qrupundan artıq heç bir tələbimiz və gözləntimiz yoxdur.

Ancaq bu formatdan imtina da doğru olmazdı, bu halda böyük güclərin təzyiqi ilə üzləşə bilərik. Böyük güclər simvolik də olsa, rollarını davam etdirmək istəyir, bu yolla oyundankənar vəziyyətdə qalmaq istəmirlər. Həmsədrlərdən imtina bizə lazım deyil. Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək, onsuz da status məsələsi yaxın illərdə həll olunmayacaq. 25 il heç bir nəticə əldə etməyən qurum qoy bir elə o qədər turistik səfərlərlə məşğul olsun. Əvvəl bu səfərlərin nəticəsiz qalması bizi rahatsız edirdi, indi isə qoy Ermənistanı rahatsız etsin”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi