Modern.az

Çilidə sunami təhlükəsi: bazalar təxliyyə edildi

Çilidə sunami təhlükəsi: bazalar təxliyyə edildi

24 Yanvar 2021, 09:16

Çilinin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi baş vermiş 7 bal gücündə zəlzələ ilə əlaqədar ölkənin antarktik bölgəsi üçün sunami təhlükəsi elan edib.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qurumun “Twitter” səhifəsində bildirilib.

 

“Fövqəladə Hallar İdarəsi antarktik bölgədəki çimərlikləri tərk etməyi xahiş edir”, - deyə qurumun məlumatında qeyd olunub.

 

Təbii fəlakət Cənubi Amerika ilə Antarktida arasında yerləşən Cənubi Şetland adalarında baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə saat 23:36-da (Bakı vaxtı ilə 03:36) 40 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin episentri Çilinin Punta-Arenas şəhərindən 1328 kilometr məsafədə yerləşib.

 

Ölkənin Milli Geologiya İdarəsi Frey, O'Hiqqins, Fildes və Prat bazalarının təxliyəsini elan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi