Modern.az

Bu səfər o qədər də Zərif deyil... - ŞƏRH

Bu səfər o qədər də Zərif deyil... - ŞƏRH

25 Yanvar 2021, 16:32

İranın xarici işlər naziri Cavad Zərifi Bakıya gətirən səbəblərə regionda planlaşdırdığı səfər marşrutu kontekstində baxa bilərik: Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistan.

  1. 1. 44 günlük müharibədən sonra regionda “altılıq” platforması gündəmə gəldi: Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistan.

    Zərif bu platformada adıçəkilən 4 ölkəyə gedir, Türkiyədən başqa, səbəb Ərdoğanın Bakıda dediyi “Araz” şeiri deyil...

  2. 2. Səbəb bir şeirə İranın niyə bu qədər sərt rekasiyası və İranda məhz Zərifin reaksiya verməsidir (İranda “ərazi iddiası” hesab olunan məsələlərə ilk və sərt reaksiyanı dini dairələr (mühafizəkarlar) verir, bu dəfə onların əvəzinə Zərif danışdı);

  3. 3. Və o vaxt danışdı ki, ABŞ-da artıq Tramp dönəminin qapandığı məlum idi;

  4. 4. Regiona səfər ABŞ-da Baydenin (demokratların) gəlişindən və İranla nüvə anlaşmasına qayıdacaqlarını açıqlamasından sonra gerçəkləşir;

  5. 5. İran, daha doğrusu, İranın islahatçı qanadını təmsil edən mövcud hakimiyyət regionda Türkiyəsiz platforma istəyir;

  6. 6. Bu, Zərifin təmsil olunduğu “islahatçı İranın” yox, “demokrat ABŞ”ın istəyidir;

Yəni bu səfər o qədər də Zərif deyil...



Asif Nərimanlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir