Modern.az

Övladlarını məktəbə göndərməyən valideyinlər sənəd imzaladılar

Övladlarını məktəbə göndərməyən valideyinlər sənəd imzaladılar

Təhsil

26 Yanvar 2021, 12:40

“Hansısa valideyn övladının səhhətiylə bağlı təhlükə hiss edirsə, distant təhsili seçə bilər”.

 

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Real İntervyu” verilişinə müsahibəsində bildirib. 

 

O qeyd edib ki, bu məqsədlə valideyn iltizam sənədi imzalamalıdır: “Həmin valideyn övladının distant təhsilinə cavabdehdir. Övladı məktəbə gəlməsə də, qiymətləndirmədə iştirak etməlidir”.

 

"Şagird distant təhsildən kənardısa, qiymətləndirmədə necə iştirak edəcək?" sualına M.Vəliyeva belə cavab verib: "Bildirim ki, fevralın 1-dən sonra distant təhsil zamanı qiymətləndirmədə iştirak etməyənlər 1 ay ərzində qiymətləndirmədə iştirak edə biləcəklər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır