Arxiv
25 Fevral 2021, 20:42 | ANALİTİKA
Ermənistanda revanşistlərin A planı baş tutmadı, B planına əl atdılar - ŞƏRH

“Hərbi çevriliş cəhdi Ermənistandakı revanşistlərin B planıdır”.

Modern.az-ın məlumatına görə, bunu siyasi icmalçı Şahin Cəfərli Yerevanda baş verənləri şərh edərkən deyib.


Onun sözlərinə görə, böyük xalq kütlələrini arxalarına ala bilmədikləri üçün onların A planı – baş naziri ictimai təzyiqlə kənarlaşdırmaq cəhdi baş tutmadı.


“Rusiyaya bağlı millətçilərin toplumda nüfuz qazana bilməməsinin təməl səbəbi budur ki, onlar erməni xalqına yenə qan və gözyaşı vəd edirlər. Düzdür, bu qüvvələr 10 noyabr bəyanatını açıq şəkildə təftiş etmirlər və edə də bilməzlər, çünki sənədin altında Putinin imzası var. Amma mövqeləri bu mənaya gəlir ki, "güclənib, yenidən cəhd edək". Ən azı, hesab edirlər ki, yaxın gələcəkdə Rusiyanın köməyi ilə Hadrutu və Şuşanı geri alıb, oyuncaq “respublika”nın saxta sərhədlərini bərpa etmək şansı var”.


Ş.Cəfərlinin fikrincə, başı daşa dəyən ermənilərin bir çoxunun ayıldığını və soyuq başla vəziyyəti dəyərləndirə bildiklərini düşünür:

“Əsgər valideynlərinin övladlarını Qarabağa göndərmək istəməməsi də bunun əlamətidir. Gənc nəsil ermənilər də əksəriyyət etibarilə rusiyayönümlü deyil. Paşinyan bu sosial bazaya xitab edir və əsas resursu da onlardır. Müxalifətdən fərqli olaraq, o, xalqa perspektiv təqdim edir, onlara sülh və inkişaf vəd edir.


Bu gün Paşinyan yenidən xalqa müraciət edərək əvvəlki səviyyədə olmasa da, dəstək ala bildi. Hər halda, o, radikal müxalifətdən daha böyük kütlə topladı. Məhz bu mitinqdən sonra Müdafiə Nazirliyi bəyanatla çıxış edərək ordunu siyasətə cəlb etməyin yolverilməz olduğunu bildirdi. Bununla nazirlik özünü qiyamçı Baş Qərargahdan ayırdı. Digər güc strukturları - Baş Prokurorluq və Milli Təhlükəsizlik Xidməti də qanunçuluğun qorunmasının zəruriliyini açıqladılar.


Paşinyan qiyam cəhdini dəf etmək üzrədir, amma öz gücünü nümayiş etdirməsi üçün xuntanın başını və üzvlərini həbs etdirməsi zəruridir. Əgər buna qadir olduğunu göstərə bilsə, deməli bu mərhələdə xətər sovuşdu. Amma istənilən halda, siyasi böhrandan yeganə çıxış yolu erkən seçkiyə getməkdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə zəncirvari qəza - ölən və xəsarət alanlar var 23 Aprel 2021, 21:39 Bakı limanı özəl idarəetməyə verilə bilər 23 Aprel 2021, 21:25 Baydendən Ermənistan prezidenti barədə sensasiyalı açıqlama – VİDEO 23 Aprel 2021, 21:07 Güləşçimiz Avropa çempionatının finalına yüksəldi 23 Aprel 2021, 20:52 Erməni patriarx 1915-ci il hadisələrini siyasi alətə çevirməməyə çağırdı 23 Aprel 2021, 20:38 Moskvadan Bakıya gələn təyyarə Rusiyada təcili eniş etdi 23 Aprel 2021, 20:23 Müəllimlər koronavirusa yoluxdu, məktəb bağlandı 23 Aprel 2021, 20:09 Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini ilə  məsləhətləşdilər 23 Aprel 2021, 20:00 Ünvanlı dövlət sosial yardımları ödənildi 23 Aprel 2021, 19:50 Lənkəran Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE 23 Aprel 2021, 19:41 Hüseynbala Mirələmovun YAP-dan çıxarılmasına bu şəxslər “HƏ” deyiblər - SİYAHI 23 Aprel 2021, 19:09 Naxçıvan Qarnizonu Qoşunlarında rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - VİDEO 23 Aprel 2021, 19:00 Qubada “Sadiq dost” açıldı 23 Aprel 2021, 18:52 Senat sədrinin fəlsəfəsi: respublikaçılıq yoxsa şovinizm?! 23 Aprel 2021, 18:45 Nazirlik acından ölən atlara yardım göstərdi - FOTOLAR 23 Aprel 2021, 18:38 Merkel Almaniya Bundestaqında dindirildi 23 Aprel 2021, 18:30 Ramazana məxsus ibadətlər hansılardır? - AÇIQLAMA 23 Aprel 2021, 18:21 İranla sərhəddə bu ərazinin təhlükəsizliyi Azərbaycana həvalə OLUNDU 23 Aprel 2021, 18:14 Qarabağda daha 5 erməni cəsədi tapıldı 23 Aprel 2021, 18:07 Əli Əsədov qərar imzaladı 23 Aprel 2021, 18:00 Aİ Azərbaycanda yeni layihənin icrasına başlayır 23 Aprel 2021, 17:56 Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək 23 Aprel 2021, 17:52 Ağdamdakı erməni vəhşiliyi Fransa mətbuatında 23 Aprel 2021, 17:46 Koronaviruslu xəstədən rüşvət alan daha bir həkim TUTULDU 23 Aprel 2021, 17:40 Rusiyalı həkimlər Qarabağda erməniləri müalicə edirlər 23 Aprel 2021, 17:34 Prezident Universitetə rektor TƏYİN ETDİ - FOTO 23 Aprel 2021, 17:28 Yeni Səhiyyə naziri kimdir? - DOSYE 23 Aprel 2021, 17:23 Azərbaycanda 200-dək jurnalist peyvənd olunub 23 Aprel 2021, 17:20 Havadakı tozun miqdarı axşam saatlarında azalacaq 23 Aprel 2021, 17:18 Azərbaycanlı güləşçi erməni rəqibini məğlub etdi 23 Aprel 2021, 17:12 “İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər” 23 Aprel 2021, 17:06 Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir 23 Aprel 2021, 17:00 İcra başçısı müşavirə keçirdi - FOTO 23 Aprel 2021, 16:54 Navalnı aclıq aksiyasını dayandırdı 23 Aprel 2021, 16:48 Səhiyyə nazirinin səlahiyyətləri bu şəxsə həvalə olundu 23 Aprel 2021, 16:43