Arxiv
17 mart 2021, 17:18 | ANALİTİKA
Ermənistan üçün tranzit: Bakının İrəvan üzərində təsir strategiyası - TƏHLİL

Rusiya qazı Ermənistana növbəti üç həftə ərzində Azərbaycan vasitəsilə çatdırılacaq: səbəb “Şimali Qafqaz – Cənubi Qafqaz” kəmərində təmir işlərinin aparılmasıdır.


Bakının ermənilərin soyuq havada donmaması üçün tranzit olması yaxın və uzaq perspektiv üçün yeni imkanlar yaradır.

Yaxın perspektiv: Rusiya, Ermənistan və beynəlxalq ictimaiyyət:

  • 1. Ermənistanın qaz tədarükünün texniki problemə görə dayanmamasını Moskva Bakıdan istəyib, Azərbaycan razılaşır və bununla üç həftə qazsız qalacaq Ermənistanda Rusiyaya qarşı arta biləcək narazılığın qarşısını almaqla Moskvaya jest edir, həm də regional əməkdaşlıqda maraqlı olduğunu göstərir.

  • 2. Eyni jest Ermənistanla bağlı Bakının strateji planında xüsusilə önəmlidir:

  • - ermənilər üç həftə qazsız qalacaqlarsa, bu, onsuz da ciddi təzyiqlə üzləşən Paşinyan hakimiyyəti üçün əlavə problem yarada bilər: Bakı Ermənistan hakimiyyətini çətin vəziyyətdən xilas edir və Nikolun revanşist qüvvələrin qarşısında əlini gücləndirir;

    - Paşinyan ermənilər üzərində münaqişənin həll edilməsi və Ermənistanın blokadadan çıxmasının müsbət tərəflərini əyani şəkildə göstərmək imkanı əldə edir;

    - bu, Bakının “erməni xalqı bizim düşmənimiz deyil” tezisinin ermənilərə açıq şəkildə nümayiş etdirilməsidir;

    - ermənilər münaqişənin həllindən sonra blokadanın aradan qaldırılmasının ilk nəticələri ilə qarşılaşacaq.

    Beləliklə, Ermənistan hakimiyyəti regionda normal münasibətlərin qurulmasının xeyirlərini öz xalqına göstərə, Azərbaycan da belə imkan yaratmaqla Ermənistan üzərində təsir imkanları qazana bilər.

  • 3. Bakı bununla beynəlxalq ictimaiyyətə əməkdaşlığa açıq olduğunu əyani şəkildə göstərir: diplomatiya üçün önəmli istinad nöqtəsidir.

  • Azərbaycan üç həftəlik tranzit gedişi ilə müharibədən sonra həyata keçirdiyi regional əməkdaşlıq strategiyasında ciddi addımlarından birini atır.

    Və burada uzaq perspektivdə mümkün imkanların qazanılması da var: Azərbaycan qazı üçün Ermənistan bazarı;

    Ermənistan üçün uzaq Rusiya qazındansa qonşu Azərbaycan qazını almaq perspektivi açılır: üç həftəlik təchizatla erməni cəmiyyətinə belə imkanların olduğunu göstərmək imkanı var;

    Azərbaycanın Ermənistan bazarına çıxışı bu ölkənin iddialarından əl çəkməsi, ümumilikdə, Bakı-Ankara təsir dairəsinə daxil olması baxımından əhəmiyyətlidir;

    Önümüzdəki bir il ərzində İğdır-Naxçıvan boru kəmərinin inşası başa çatdırılacaq. Naxçıvanın qaz təchizatına hesablanan bu kəmər Azərbaycan qazının gələcəkdə Ermənistan bazarına çıxarılması üçün də infrastruktur ola bilər.

    Asif Nərimanlı

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Polisə tabe olmayan sürücüyə HƏBS 21 Oktyabr 2021, 19:51 Elnur Əşrəfoğlu “Qarabağ”ın oyunundan əvvəl anıldı 21 Oktyabr 2021, 19:50 Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq 21 Oktyabr 2021, 19:41 "Qarabağ" və "Kayrat"ın start heyətləri  21 Oktyabr 2021, 19:26 Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq” 21 Oktyabr 2021, 19:20 Əli İnsanovun da partiyası qeydiyyata alındı 21 Oktyabr 2021, 19:15 Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06 Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova 21 Oktyabr 2021, 19:03 Futbolçulardan ibarət millimiz UDUZDU 21 Oktyabr 2021, 19:00 “Rusiya atəşkəsin pozulmaması üçün hər şeyi edir” - Zaxarova 21 Oktyabr 2021, 18:55 Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50 Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40 Şəhidin anım günüdür - FOTO 21 Oktyabr 2021, 18:35 İctimai Şuranın üzvləri Lənkəranda - FOTO 21 Oktyabr 2021, 18:30 “Sabah”ın baş məşqçisi istefa verdi 21 Oktyabr 2021, 18:25 Fuad Qəhrəmanlının qızına təcavüz edən şəxslə bağlı QƏRAR VERİLDİ 21 Oktyabr 2021, 18:20 Prezidentlə xanımı bu radioya qulaq asdılar - VİDEO 21 Oktyabr 2021, 18:13 Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU 21 Oktyabr 2021, 18:07 “Azərsu” yanında İctimai Şuranın iclası keçirilib 21 Oktyabr 2021, 18:02 Kamran Əliyevdən 3 rayona prokuror TƏYİNATI 21 Oktyabr 2021, 18:00 Qanunsuz ov edən ərəblər SAXLANILDI 21 Oktyabr 2021, 17:55 AzTV-dən deputata ironiyalı CAVAB 21 Oktyabr 2021, 17:50 Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alındı 21 Oktyabr 2021, 17:40 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02