Modern.az

Gələn həftədən komitə iclasları başlayır

Gələn həftədən komitə iclasları başlayır

Parlament

24 Mart 2021, 10:30

Növbəti həftədən etibarən Milli Məclisin komitələri öz işinə başlayacaq.

 

Modern.az-ın xəbərinə görə, Novruz tətilindən sonra Milli Məclisin İnsan hüquqları komitəsində İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatı dinləniləcək.

 

Qeyd edək ki, martın 10-da İnsan hüquqları komitəsində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi” dinlənilib.

 

Növbəti həftələrdə isə parlamentin plenar iclasında Ombudsmanın hesabatının təqdim edilməsi gözlənilir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI