Arxiv
26 mart 2021, 12:12 | ANALİTİKA
Cəbrayılda “svilizasiyaların müharibəsi” ssenarisi... - TƏHLİL

Ermənilər Azərbaycanın Cəbrayılda “kilsə”ni dağıtdığını iddia edirlər.

İşğal dövründə bütün dini-mədəni irsi məhv edən bir ölkənin belə bir iddiası həyasızlıq olmaqla yanaşı, məkrli planlarından da xəbər verir: kampaniyanın hədəfi xristian dünyasının diqqətini Qarabağa çəkmək və Azərbaycana qarşı mübarizədə dəstək qazanmaqdır. Hətta belə planların işğaldan öncə bu günlər üçün hazırlandığını da deyə bilərik.

Dağıdıldığını iddia etdikləri “kilsə”ni Zoravor Surp Astvatsatsin (Qüdrətli Tanrının Müqəddəs Anası) adlandırırlar (əslində bunun əsgərlərin istifadə etdikləri tikili olduğu haqda da məlumatlar var). Bu adda kilsə İrəvanda yerləşir və vaxtilə Alban katolikosluğuna məxsus olub. Çar Rusiyası tərəfindən Alban katolikosluğunun ləğvi və bütün mülkiyyətinin erməni qriqorian kilsəsinə verilməsindən sonra kilsə də erməniləşdirildi: Zoravor (qüdrətli) sözü də ermənilərin sonradan əlavə etdiyi ifadədir.

Ermənilər Cəbrayılda dağıdılığını iddia etdikləri “kilsəni” 2017-ci ildə tikiblər. Sual yaranır: düzənliyə çevirdikləri və yalnız heyvandarlıq üçün istifadə etdikləri ərazilərdə niyə kilsə tikmişdilər?

Cavabın bu torpaqları qriqorianlaşdırmaq (erməniləşdirmək) olduğu məlumdur, lakin istisna deyil ki, bu ərazilərin nə vaxtsa azad ediləcəyi ehtimalına qarşı indi aprdıqları kampaniyanın təməlini də atmaq planları olub.

Və bu, bir neçə il öncə tikdikləri “kilsənin” müharibədən öncə, yaxud müharibənin gedişatında ermənilər tərəfindən dağıdıldığını ehtimalı yaradır. Azərbaycan Ordusunun Cəbrayılı azad edəndə hər şeyin yerlə-bir edildiyi mənzərəsi ilə qarşılaşması da bu ehtimalı gücləndirir.

Erməni təbliğatı maksimum sürətlə davam edir: kampaniyaya hazırlıq və arxasında hansı qüvvələrin olduğu maraqlıdır.

- Döyüşlərin getdiyi vaxt müharibəni xristian-müsəlman qarşıdurması kimi qələmə vermək cəhdləri edilirdi: bunun arxasında həm də bir sıra ölkələr, xüsusilə Fransanın dəstəyi var idi;

- Müharibə başa çatsa da, eyni cəhdlər davam edir və yenə eyni qüvvələrin ortaq hərəkəti görünür: “kilsə şousu” dünən başladı və eyni gündə Ermənistan xarici işlər naziri Ara Ayvazyan baş separatçı Araiklə müzakirə apardı; Qasparyanın “hərbi qiyamı” başladığı ilk günlərdə çətin vəziyyətə düşən Nikol Paşinyana qarşı Ayvazyanın Avropadakı səfirlərlə “bunt” hazırladığı və sifarişin Fransadan gəldiyi haqda yazmışdıq, münaqişənin həllindən, həm də bölgədən uzaq düşən Makron Ermənistanda diplomatlar vasitəsilə fors-major situasiyaya hazırlaşırdı; indi Ayvazyanın və idarəsinin “kilsə şousu”nu diplomatik kanallarla dünya gündəminə çıxarmaq cəhdləri təsadüfi deyil;

- Martın əvvəlində Avropada erməni diaspor təşkilatları və Eçmiəzdin kilsəsi “Dağlıq Qarabağ və ətraf ərazilərində xristian tarixi və mədəni irsi” adlı veb-simpoziumlar təşkil edirdi: bu, şounun Avropa paytaxtlarında hazırlandığı versiyasını önə çıxarır;

Və ən maraqlı məqam Paşinyanın Azərbaycanla kommuniksiyanın açılmasına dair müsbət mesajları, bölgədə əməkdaşlığı gücləndirəcək növbəti addımların atılacağı xəbərlərinin yayılmasından dərhal sonra bu kampaniyanın başlanmasıdır.

Proseslərin inkişafı kampaniyanın arxasında təkcə Ermənistanın yox, həm də bölgə üzərində maraq müharibəsi tərəflərinin olduğunu deməyə əsas verir: “sivilizasiyaların müharibəsi” ssenarisini oynayırlar...


Asif Nərimanlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yanğınla bağlı qərargah yaradıldı, sakinlər təxliyyə edildi 16 Oktyabr 2021, 10:04 Bu marşrut xətlərinin istiqaməti dəyişdirilib 16 Oktyabr 2021, 09:55 Məsciddə ölənlərin sayı 63-ə çatdı 16 Oktyabr 2021, 09:41 4 Rusiya vətəndaşı oteldə ölü tapıldı 16 Oktyabr 2021, 09:38 “Rus aləmi”: Kreml “yumşaq gücü”nü sərtləşdirir 16 Oktyabr 2021, 09:29 Baş qazi Etimad Əsədovun vəfatından üç il ötür... 16 Oktyabr 2021, 09:24 Bakıda ticarət mərkəzi yanır 16 Oktyabr 2021, 09:18 118 əfqanıstanlı Azərbaycandan sığınacaq İSTƏYİB 16 Oktyabr 2021, 09:15 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri BAŞLAYIB 16 Oktyabr 2021, 08:46 Beyrutda 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 Gəncədə prorektor öldü 16 Oktyabr 2021, 00:08 Türkiyənin koronavirus statistikası 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda evlənir- FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək İSTƏDİLƏR   15 Oktyabr 2021, 22:40 "Biz"ə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına ETİRAZ 15 Oktyabr 2021, 22:08 Üç ölkə parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara CƏHD 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Onların Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı BƏYANAT 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00