Arxiv
27 mart 2021, 19:47 | ANALİTİKA
“Rusiyalı siyasətçinin Dağlıq Qarabağla bağlı açıqlamasını qulaqardına vurmaq olmaz” - ŞƏRH

Rusiyada sentyabr ayında parlament seçkisi keçiriləcək. Partiyalar hazırlıq mərhələsində əsas şüarlarını müəyyənləşdirirlər. Dövlət Dumasında təmsil olunan və Sergey Mironovun sədri olduğu “Ədalətli Rusiya” partiyası özünəməxsus şüar seçib: “Rusiya ərazilərinin genişləndirilməsinə nail olmaq!”.


Modern.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu deyib ki, dünyanın ən böyük dövləti olan Rusiya hazırkı ərazilərini inkaf etdirməkdə, əhalinin tamamını mimimum yaşayış imkanları ilə təmin etməkdə çətinlik çəksə də, bu ölkədə bir qrup siyasətçi hələ də ərazilərin daha da böyüdülməsi xəyalı ilə yaşayır.

“Bəs Rusiya prezidenti Vladimir Putinin Sank-Peterburqlu dostu Sergey Mironovun partiyası “böyümə” dedikdə hansı “yeni əraziləri” nəzərdə tutur? Bunu gizlətmirlər: “Abxaziya, Cənubi Osetiya, Dnestr bölgəsi, Donbas və... Dağlıq Qarabağ”... Yəni keçmiş SSRİ məkanında harda separatçı bölgə varsa, oranı Rusiyaya birləşdirməyi hədəf seçiblər”.

“Yaxşı Abxaziyanın, Cənubi Osetiyanın və Donbassın Rusiya ilə birbaşa sərhəddi var, bəs Dağlıq Qarabağı Rusiyaya necə “birləşdirməyi” planlaşdırırlar? Azərbaycanın bir parçası olan Qarabağın ki, Rusiya ilə sərhəddi yoxdur. Tutaq ki, Moskvadakı qüvvələr Dağlıq Qarabağdakı erməniləri “birləşdirməyə” həvəsləndirdilər və ermənilər yeni şüar ortaya atdılar, bəs azad etdiyimiz ərazilər necə olacaq? Mironov və onun havadarları Şuşasız və Laçınsız Qarabağın dağlıq hissəsini Rusiyaya necə “birləşdirməyi” təsəvvür edirlər?”, - E.Şahinoğlu sual edib.
 
Politoloqun sözlərinə görə, Sergey Mironov tez-tez fikir dəyişdirən siyasətçidir:

“Onun 2010-cu ildə Dağlıq Qarabağla bağlı verdiyi açıqlamaya diqqət yetirək: “Dağlıq Qarabağ problemini yalnız münaqişə tərəfləri həll edə bilər və onlar da qarşılıqlı maraqların təmin olunması şərti ilə bunu etməlidir. Onlar razılaşmaya gəldikdən sonra Rusiya bu razılaşmaların qarantı rolunda çıxış etməyə hazırdır. Lakin əraziyə qoşun yeritmək yolverilməzdir, bu düzgün olmazdı”.


Üstündən 10 il keçdikdən sonra, müharibə 2 gün idi ki başlamışdı, Mironov artıq fərqli açıqlama verirdi: “Ölkələr arasında atəşkəs və əsgərlərin çıxarılması barəsində razılığın əldə olunmasından sonra, Rusiya tərəfindən sülhməramlı qüvvələrin daxil edilməsinin lazım gəlməsi mümkündür”.


Mironov müharibə günlərində ermənilərə xoş gəlsin deyə Türkiyənin münaqişənin həllindəki rolunu da mənfi yöndə dəyərləndirmişdi: “NATO-nun üzvü Türkiyə bu köhnəlmiş münaqişənin inkişafına imkanlar yaradır”.


Əslində Mironovun dediyini daha əvvəl qatı şovinist Vladimir Jirinovski səsləndirmişdi. Jirinovski həm Dağlıq Qarabağı Rusiyaya “birləşdirməyə”, həm də Türkiyəni uzaq tutmağı təklif etmişdi. Əraziləri “ilhaq” etmək Rusiyanın köhnə siyasətidir. Kreml Krımdan sonra Donbası da ilhaq etməyə çalışır, artıq Ukraynanın şərqində vəziyyət gərginləşib, separatçıların təxribatları nəticəsində atəşkəs intensiv pozulur, ölənlərin sayı artır. Ona görə rusiyalı rəsmilərin Dağlıq Qarabağ haqqındakı açıqlamalarını qulaqardına vurmaq olmaz. Unutmayaq ki, Kreml məhz Jirinovski və Mironov kimilərin vasitəsilə mesajlarını yollayır. Rusiyanın təsir imkanlarının azaldılmasına və Türkiyə ilə ittifaqın gücləndirilməsinə var gücümüzlə çalışmalıyıq!”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02 Haaqada “Vətənə dəstək” aksiyası keçirilib - FOTO 21 Oktyabr 2021, 16:56 Nazirlikdən güclü külək XƏBƏRDARLIĞI 21 Oktyabr 2021, 16:50 Şəhidin xanımı ərinin il mərasiminə gedərkən qəzada öldü - FOTO 21 Oktyabr 2021, 16:46 Son sutkada peyvənd OLUNANLAR 21 Oktyabr 2021, 16:40 Yoluxma azaldı, ölü sayı çoxaldı - Bu günün statistikası 21 Oktyabr 2021, 16:36 Azərbaycan və Qazaxıstan arasında MEMORANDUM 21 Oktyabr 2021, 16:30 Naməlum virus DƏHŞƏTİ: 165 uşaq öldü 21 Oktyabr 2021, 16:24 Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ! 21 Oktyabr 2021, 16:19 Pambıqçılıqla bağlı yeni LAYİHƏ 21 Oktyabr 2021, 16:14 Metro gücləndirilmiş rejimə keçir 21 Oktyabr 2021, 16:08 Milyarder Vahid Ələkbərov Bakıdadır - FOTO 21 Oktyabr 2021, 16:02 Bu şəxslər dövlət rüsumu ÖDƏMƏYƏCƏK 21 Oktyabr 2021, 15:56 Vitse-spikerin məqaləsi Qazaxıstan MƏTBUATINDA 21 Oktyabr 2021, 15:50 Lirə dollara qarşı minimuma düşdü 21 Oktyabr 2021, 15:45 Şəhid ailələrinə üstünlük veriləcək - Prezident qanunu təsdiqlədi 21 Oktyabr 2021, 15:40 Avropanın gənc liderləri Azərbaycanda toplaşacaqlar 21 Oktyabr 2021, 15:35 Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılıb - FOTO 21 Oktyabr 2021, 15:30 Meyxanaçı narkotiklə tutuldu - VİDEO 21 Oktyabr 2021, 15:24 Agentliklə Fond arasında MEMORANDUM 21 Oktyabr 2021, 15:18 Zooparkdakı izdihama direktordan ÇAĞIRIŞ: “Həftəsonları gəlməyin!” 21 Oktyabr 2021, 15:13 Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi öldü 21 Oktyabr 2021, 15:08 Azərbaycanda koronavirusa qarşı kollektiv immunitet nə vaxt yaranacaq? 21 Oktyabr 2021, 15:04 Prokurorluqdan Nərmin cinayətilə bağlı iddialara CAVAB 21 Oktyabr 2021, 14:58 “Delta plyus” daha tez yayılır - TƏBİB-dən xəbərdarlıq 21 Oktyabr 2021, 14:52