Arxiv
16 Aprel 2021, 17:44 | ANALİTİKA
Bakıya Qarabağdan, Ankaraya Aralıqdan hücum... - TƏHLİL

Aprelin 14-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Toyvo Klaar İrəvanda Qarabağdakı separatçıların “xarici işlər naziri” David Babayanla qeyri-rəsmi, qapalı görüş keçirib. Detallar bəlli deyil, amma bunun münaqişənin davam etməsi üçün atılan addım olduğu şübhəsizdir.


Bir gün sonra – aprelin 15-də Ankaraya gələn Yunanıstan xarici işlər Niko Dendias kameralar önündə Türkiyəyə hücum etdi. Yunan nazirin hücumunun iki hədəfi var:

  • 1. Yunan ictimaiyyətinə “türklərə evində dərs verdiyini” göstərmək: canlı yayımda Çavuşoğlunun Nikonun dərsini necə verdiyini gördük;

  • 2. Avropa İttifaqını arxasına alaraq, Şərqi Aralıq dənizinin şərqində gərginliyi artırmaq.

  • Türkiyənin Liviya ilə anlaşmasından sonra Aralıq dənizinin şərqində qızışan Ankara-Afina qarşıdurması NATO-nun çağırışları ilə səngidi. Türkiyə dialoqa açıqdır, Yunanıstan isə məcburi gəlir. Yunan nazirin dialoq üçün gəldiyi Ankarada hücuma keçməsi də məhz dialoqu pozmaq, gərginliyi artırmaq məqsədi daşıyır. Çünki Türkiyənin Misirlə qurduğu təmaslar bölgədə arxasında Fransanın dayandığı “yunan oyunu”nu tamamilə pozur.


    Toyvo Klaarın Babayanla görüşü ilə Dendiasın Aralıq dənizinin şərqində gərginliyi artırmağa hesablanan hücumu eyni pazlın hissələridir.


    Cənub Qaz Dəhlizinin işə düşməsi ilə Bakı və Ankaranın Avropanın enerji təhlükəsizliyində rolu praktiki mərhələyə keçdi. Azərbaycanın Şərqi Aralıq məsələsində Türkiyənin yanında olması o bölgədə Ankaranın əlini gücləndirir. Prezident İlham Əliyev Qarabağ müharibəsindən öncə Bakıda Yunanıstan səfirinə dediyi “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” sözləri də təkcə Afinaya yox, Şərqi Aralıqda yunanları Ankaranın üzərinə göndərən Avropaya (daha çox Fransaya) mesaj idi. Bu mesajın açması belə idi ki, “Şərqi Aralıqda Türkiyənin maraqlarının təhlükə altına düşməsi və istənilən hərbi riskin yaranması, Avropanın enerji təhlükəsizliyinin də təhlükə altına düşməsi deməkdir”.


    Qarabağ müharibəsi, Türkiyənin Liviya ilə razılaşmasından sonra Misirlə danışıqlara başlaması Fransa-Yunanıstan-Ermənistan üçlüyünün prosesdə uduzan tərəfə çevrilməsi ilə nəticələndi. İndi bu üçlük yenidən hərəkətə keçir.


    - Yunan-erməni lobbisi Türkiyənin “Türksat 5B” peykinin kosmosa göndərilməsinin qarşısını almaq üçün Elon Muska təzyiq edir;


    - Fransanın Ermənistandakı səfirliyi Bakıda açılan Hərbi Qənimətlər Parkına görə Bakını ittiham edir;


    - Aİ nümayəndəsi İrəvanda Babayanla, Azərbaycan ərazisindəki separatçı-terrorçularla görüşür.


    Proses daha da gərginləşəcək. Avropadan Bakıya müxtəlif mövzularda, xüsusilə insan haqları üzərindən təzyiqlərin güclənəcəyi, Minsk qrupunun Qarabağ məsələsi üzərindən təxribatları davam etdirəcəyi, paralel olaraq, Şərqi Aralıqda gərginliyin artacağı gözləniləndir. Bu kontekstdə ABŞ-ın Qara dənizə göndərməkdən vaz keçdiyi iki hərbi gəmisinin Aralıq dənizinə göndərməsi də təsadüfi deyil.


    Azərbaycan Xankəndidəki separatçı-terrorçuların neytrallaşdırılması istiqamətində addımları qaçılmazdır.



    Asif Nərimanlı

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Ramazanın 25-ci günün duası - İmsak və iftar vaxtı 8 May 2021, 04:02 Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07