Arxiv
27 Aprel 2021, 13:15 | İQTİSADİYYAT
Deputat “Zəngəzur dəhlizi”nin əhəmiyyətindən DANIŞDI

Son günlər “Zəngəzur dəhlizi”nin açılması günümüzün ən aktual mövzusuna çevrilib. Prezident İlham Əliyev də çıxışlarında “Zəngəzura qayıdacağıq”  mesajını vermişdi.

Zəngəzura qayıtmaq necə reallaşa bilər? Bunun üçün hansı işləri görülməlidir?

Zəngəzurluları deportasiya etməklə ermənilər hansı cinayətləri törədiblər?

Əslən Qərbi Azərbaycandan olan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanatda “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı xüsusi bir bənd olduğunu söyləyib:

“O bəndin icrasında Azərbaycan israrlıdır. Birmənalı olaraq bu iş icra olunacaq və “Zəngəzur dəhlizi” açılacaq. “Zəngəzur dəhlizi”nin qurulması təkcə Azərbaycanın deyil, bütövlükdə bölgə ölkələrinin həm iqtisadi, həm siyasi, həm də mədəni birgəyaşayış münasibətlərinin formalaşmasında çox mühim rol oynayacaq. Burada Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü 5 və ya 5+1 formulu ilə region dövlətlərinin əməkdaşlıq çərçivəsi də müəyyənləşəcək. Bu da öz yerində müsbət rolu oynayacaq”.

M.Quliyev Azərbaycan prezidentinin son vaxtlar bütün çıxışlarında bu məsələni vurğuladığını qeyd edib:

“Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean ölkələri üçün sosial-iqtisadi inkişafına dair xüsusi sessiyasında cənab prezident çıxışı zamanı “Zəngəzur dəhlizi”nin “Şərqi və Qərbi Azərbaycan dəhlizi”nin xüsusi bir mərhələsi olduğunu vurğuladı. Azərbycan xalqı da birmənalı olaraq bunu dəstəkləyir. Çünki “Zəngəzur dəhlizi”nin bölgədə sülh və əmin-amanlığın uzunmüddətli təmin olunmasına zəmanət verən çox ciddi faktorladan biri olduğunu bilirlər.

Prezident çıxışlarının birində artıq Azərbaycan tərəfindən dəmiryolunun və quru yolunun çəkilməsi ilə bağlı işlərin başladığını bildirib.Bu çox vacib məsələdir. Təkcə Azərbaycanın, Türkiyənin həyatı üçün deyil, eyni zamanda İranın, Rusiyanın da burada maraqları var.

1905-1906 və 1918-20-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində ermənilər tərəfindən böyük qətliamlar törədilib. 1918-20-ci illərdə indiki Qərbi Azərbaycanda yaşayan 600 mindən çox azərbaycanlı deportasiya olunub. Onlardan 50 min nəfəri öldürülüb və yaxud da deportasiya nəticəsində xətəlikdən dünyasını dəyişib. O cümlədən Zəngəzurda yaşayan 50 mindən çox insan deportasiya olunub. 10 min nəfər isə ermənilər tərəfindən qətlə yetirilib və vəhşicəsinə işgəncələrə məruz qalıb. 1926-cı ildə 50 min insandan yalnız 5 mini  geri qayıtmışdı. Qayıdandan sonra əhalinin sayında yenidən artım müşahidə olundu. Soydaşlarımız 1988-ci ildə ikinci dəfə deportasiyaya məruz qaldılar”.


Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentlər Şuşada mətbuata birgə bəyanatlarla çıxış etdilər 15 İyun 2021, 17:14 Yaşasaydı bu gün 23 yaşı olacaqdı - UNEC-in şəhid MƏZUNU 15 İyun 2021, 17:07 Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi İMZALANDI 15 İyun 2021, 17:02 “Ermənilər buraları dağıtdılar ki, biz qayıdanda tanımayaq” - Prezidentlər Şuşaya belə getdilər - VİDEO 15 İyun 2021, 16:56 Ermənistanın xarici borcu rekord həddə ÇATDI 15 İyun 2021, 16:50 Hərbçilər Milli Qurtuluş gününü qeyd ediblər 15 İyun 2021, 16:47 Gürcüstanda azərbaycanlı kişi həyat yoldaşını qətlə yetirib 15 İyun 2021, 16:42 Azərbaycanda peyvənd olunanların sayı 3 milyona çatır 15 İyun 2021, 16:36 Bu günün yoluxma sayı açıqlandı 15 İyun 2021, 16:30 Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam” 15 İyun 2021, 16:24 Şuşada Prezidentlərin təkbətək görüşü olub - FOTO 15 İyun 2021, 16:18 Ərdoğan: “Milli Qurtuluş Günündə Şuşadayıq” 15 İyun 2021, 16:12 Şuşaya gəlmiş türk sərkərdələri - Nuru paşa və Ərdoğan 15 İyun 2021, 16:06 Türkiyədə 35 milyondan çox şəxsə koronavirus vaksini vurulub 15 İyun 2021, 16:00 “Neftçi”nin Çempionlar Liqasındakı ilk oyunu bu tarixdə keçiriləcək 15 İyun 2021, 15:30 İlham Əliyev və Ərdoğan Şuşadadır - VİDEO-YENİLƏNİB 15 İyun 2021, 15:25 Sarkiasyan Paşinyanı TƏHQİR ETDİ: “Əlindən alıb başına çırpmalıyıq!” 15 İyun 2021, 15:20 Boksçularımız Avropa çempionatına yollandı 15 İyun 2021, 15:15 Avro-2020-nin bugünkü oyunlarını göstərəcək telekanallar 15 İyun 2021, 15:10 Bakıda daha bir yol təmir olunur - FOTO 15 İyun 2021, 15:05 Azərbaycan əhalisinin gəlirləri açıqlandı 15 İyun 2021, 15:00 Türkiyəli professor Ərdoğanın Şuşa səfərinin önəmindən DANIŞDI 15 İyun 2021, 14:54 Gürcüstanda Hindistan ştammına 18 nəfər yoluxdu 15 İyun 2021, 14:48 İranda son sutkada COVID-19-dan 134 nəfər öldü 15 İyun 2021, 14:42 Teledərslərin sabaha olan cədvəli 15 İyun 2021, 14:36 UNEC-də Milli Qurtuluş Günü qeyd olunub 15 İyun 2021, 14:30 Putindən 120 min azərbaycanlını sevindərəcək QƏRAR 15 İyun 2021, 14:25 “Bayrağınız hər zaman uca olsun, şanlı vətən Azərbaycan” 15 İyun 2021, 14:20 Şuşa Türkiyə mətbuatının gözü ilə belə təsvir edildi 15 İyun 2021, 14:17 Leyla Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM 15 İyun 2021, 14:12 Xalq artisti Flora Kərimova vəsiyyət etdi 15 İyun 2021, 14:06 Tibb işçiləri COVİD-19-a yoluxma şübhəsi olan xəstədən necə qorunmalıdır? 15 İyun 2021, 14:00 Naftalanda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib 15 İyun 2021, 13:55 Ərdoğanın Bakıda futbol matçını izləməsi də dünyaya ayrıca mesajdır - Deputat 15 İyun 2021, 13:52 Mərhum telejurnalist Çingiz Mustafayevin anım günüdür   15 İyun 2021, 13:46
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?