Arxiv
4 May 2021, 15:04 | ANALİTİKA
Putinlə Makronun Qarabağda bağlı “yeni təşəbbüslər”i nələrdi… - ŞƏRH

Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində bildirib ki, Rusiya və Fransa prezidentləri tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər. İki ölkənin prezidentləri Vladimir Putin və Emmanuel Makron aprelin 26-da telefonla danışmışdılar.

Modern.az xəbər verir ki, məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, prezidentlərin telefon danışığından sonra Kremllə Parisin mətbuata açıqlamalarında fərq ortaya çıxmışdı.

“Kremldən yayınlanan açıqlamada prezidentləri müxtəlif mövzuları, o cümlədən Ukrayna və Qarabağdakı vəziyyəti müzakirə etdikləri bildirilmişdi. Parisin mətbuata ötürdüyü açıqlamada isə fərqli cümlə yer almışdı: “Prezidentlər Qarabağda bağlı “yeni təşəbbüslər” hazırlanması barədə razılığa gəliblər”.

Kremlin açıqlamasında məlum cümlə yox idi. Ancaq Kreml Parisdən “yeni təşəbbüslərlə” bağlı cümləyə etiraz etmədi. Yəni prezidentlər hər hansı “yeni təşəbbüsləri” müzakirə etməmişdilərsə, Kreml Parisin açıqlamasına düzəliş etməliydi. Misal üçün Rusiya prezidentinin fəal mətbuat katibi Peskov məsələyə aydınlıq gətirə bilərdi. Bunlar edilməyiblərsə, deməli prezidentlər həqiqətən Qarabağla bağlı “yeni təşəbbüslər” barədə nəsə danışıblar. Sadəcə, Kreml bu cümləni ona görə yaymayıb ki, Bakının sualları ilə üzləşməsin. Parisi isə Bakının necə reaksiya verəcəyi çoxdan maraqlandırmır. Fransa prezidenti Emmanuel Makron tərəfini ilk gündən seçib. Ona görə də açıqlamada “yeni təşəbbüslər” cümləsinə istinad ediblər”.

Bəs Paris “yeni təşəbbüslər” dedikdə nələri nəzərdə tutur?

E.Şahinoğlu deyir ki, bunu Fransanın Ermənistandakı səfirinin sözlərindən aydınlaşdırmaq olar.

“Diplomatın sözlərinə görə, Fransa prezidenti “hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması” məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb. Səfir vurğulayıb ki, Minsk qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir.

Beləliklə, Fransanın Ermənistandakı səfiri nə deyibsə, hamısı Azərbaycan əleyhinədir. Fransa rəsmiləri və diplomatları “hərb əsirlər, humanitar yardım və mədəni irsin qorunması” dedikdə bütünlüklə ermənilərin maraqlarını nəzərdə tuturlar. Paris balansı qorumaq naminə bu sıraya minalanmış ərazilərin xəritələrini əlavə etmək istəməyibsə, bununla bir daha ermənilərin tərəfini tutduğunu ortaya qoyub”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İstanbulda azərbaycanlı güllələndi - VİDEO 24 İyun 2021, 00:40 Almaniyada "Delta" ştammına yoluxanların sayı iki dəfə artdı 24 İyun 2021, 00:29 Senat Yunanıstana hərbi yardım qanununu təsdiqlədi 24 İyun 2021, 00:16 Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür 24 İyun 2021, 00:01 Ronaldo Buffonun rekordunu qırdı 23 İyun 2021, 23:54 AŞPA Krım tatarlarına qarşı işgəncələri pislədi 23 İyun 2021, 23:40 Lənkəran sakini qohumlarını güllələyib öldürdü 23 İyun 2021, 23:25 Azərbaycanda dəhşətli cinayət: Qadını 29 bıçaq zərbəsi ilə öldürdü 23 İyun 2021, 23:14 Bu ölkədə 16,7 milyon nəfər tam peyvəndləndi 23 İyun 2021, 23:07 Türkiyədə daha 65 nəfər virusdan öldü 23 İyun 2021, 22:58 Emil Avropa çempionatları tarixində ikinci ən erkən qolu vurdu 23 İyun 2021, 22:44 Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020 23 İyun 2021, 22:28 Cəlilabadda yanğın oldu 23 İyun 2021, 22:16 Hulusi Akardan Qara dənizdəki gərginliklə bağlı açıqlama 23 İyun 2021, 22:10 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 21:57 Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək 23 İyun 2021, 21:48 Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15 İlham Əliyev Putinlə telefonla DANIŞDI 23 İyun 2021, 19:08 Ölkə başçısı Fazil Ağalarova general-leytenant rütbəsi verdi 23 İyun 2021, 19:01 Prezident Rafiq Ramazanova general-mayor rütbəsi verdi 23 İyun 2021, 18:54 Masallıda 18 yaşlı oğlan boğularaq öldü 23 İyun 2021, 18:46
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?