Modern.az

NATO sammiti, Putin və Ərdoğanla görüş: Baydenin Avropa turnesindən əsas ŞTRİXLƏR

NATO sammiti, Putin və Ərdoğanla görüş: Baydenin Avropa turnesindən əsas ŞTRİXLƏR

14 İyun 2021, 11:19

ABŞ prezidenti Co Bayden bu gündən Avropa turnesinə çıxıb. Səfər sırasında müxtəlif ölkələrin başçıları ilə görüşəcək. Demək olar bütün dünyanın diqqət mərkəzidə bu görüşlər olacaq. Dünyanın birinci güc sahibi olaraq bilinən Amerikanın dünya üçün hansı mesajları verəcəyi maraqla gözlənilir. Co Baydenin ilk səfəri Böyük Britaniyaya edib.

 

İyunun 11-13-ü tarixlərində Böyük Britaniyanın Karbis-Bey şəhərində G7 sammitində iştirak edən Bayden hazırda NATO sammiti üçün Brüsselə gəlib. O bu gün Brüsseldə NATO sammitində, növbəti gün isə ABŞ-Avropa Birliyi sammitində iştirak edəcək. NATO sammiti çərçivəsində Türkiyə prezidenti Ərdoğanla görüşəcək. Nəhayət, iyunun 16-da İsveçrənin Cenevrə şəhərində Rusiya lideri Putinlə təkbərək görüş keçirəcək. Hazırda isə Amerika müxtəlif məsələlərdə nə Rusiyaya, nə Türkiyəyə, nə də başqa ölkələrə güzəşt etmək niyyətindədir.

Mövzu ilə bağlı siyasi ekspert Elmar Vəliyev Modern.az-a danışıb.

 

Baydenin İngiltərəyə səfəri və ordan veriləcək mesajlar:

“Bayden planladığı səfər nəhayətki başlayır. İlk İngiltərəyə gələn Bayden iyunun 11-16 arası görüşlər planına ilk addım atdı. G7 görüşündə əlaqələrin genişlənməsindən, Covid-19 pandemiyası kimi qlobal problemlərdən , dövlətlərin ərazi bütövlüyünün qorunmasından (burda Ukraynanı nəzərdə tuta bilərlər) danışıla bilər. Burda ikinci önəmli məsələ Çin ola bilər. G7 sammitinə Çin daxil olmasa da, müzakirə olunan əsas ölkə Çindir. Çinin Şərqi Türküstandakı Uyğur türklərinə qarşı etdikləri barədə Bayden bir neçə dəfə Çini qınayıb. Əlbəttə ki, Bayden bunu məqsədli şəkildə edir. Əsas hədəf Uyğur türkləri deyil, Çinin imicini zəiflətməkdir. Çin və yüksəlişinin yaratdığı ideoloji problemlər, G7 liderlərinin aktual problemidir. Co Baydenin Amerika Birləşmiş Ştatları prezidenti kimi ilk xarici səfərində, Sincan, Honq Konq və Cənubi Çin dənizindəki hərəkətləri səbəbiylə Pekinə qarşı daha sərt mövqe tutmaqda müttəfiqlərini Vaşinqtona qoşulmağa çalışması və inandırması gözlənilir. Pekin keçən ay Baydenin çağırışına sərt reaksiya verərək Vaşinqtonu “günahı başqa yerə atmaq üçün siyasi manipulyasiya” etməkdə günahlandırdı. Əlavə olaraq, zirvəyə qoşulmağa bir neçə qonaq ölkə də dəvət edilib, bunların arasında Avstraliya da var. Avstraliya Çin ilə artan ticarət mübahisələrində dəstək axtaracaq. Yaranan ittifaq təbii ki, Pekini daha da ziddiyyətə salacaq. G7 ölkələrinin Pekinə qarşı birləşib-birləşməməyi, Çinin buna cavabının nə olacağı növbəti günlərdə məlum olacaq.

 

NATO sammiti:

Burda əsas plan Ərdoğanla görüşdür. G7 görüşündən sonra NATO ölkələrinin görüşü olacaq. Görüşün başlanğıcında Fransa prezidenti Emmanuel Makron ilə Türkiyə prezidenti Ərdoğan arasında danışıqlar olacaq.

 

Fransa Türkiyə ilə münasibətləri yumşaltmağa çalışır. Ümumiyyətlə, planlanmış bu görüşlərdə Türkiyə tərəfi ilə görüşənlər şirin dil ilə danışacaqlar. Türkiyə bu böyük güclərə sərf edən dövlətdir. Fransanın Qarabağdan təcrid olunması, Suriyada mövqelərin dağıdılması, Aralıq dənizində əl-qolunun qısaldılması böyük maneədir. Fransa kompromisə getməyə səy göstərəcək.

 

 Bayden Ərdoğan görüşü:

“Hər iki tərəf əməkdaşlıq etmək niyyətində ola bilər. Yəni Bayden daha əvvəl Ərdoğana qarşı propaqandalı fikirlər səsləndirsə də, bu görüşdə müəyyən qədər buzlar əridilə bilər. İki tərəf arasında əsas müzakirə mövzuları S-400, Qarabağ, Suriya, Aralıq dənizi məsələlər ola bilər. Bayden Ərdoğana ya S-400-lərdən imtina etməsini, ya da birgə nəzarət altında hərəkət etməyi təklif edə bilər. Çünki S-400-ü Türkiyə Rusiyadan alır. Bu baş verərsə, Rusiya NATO sisteminə nəzarəti öz əlinə götürə bilər. Başqa yol isə Türkiyənin Patriot almasına təhrik etməkdir. Çünki daha əvvəl Amerika Türkiyənin bir NATO dövlətinə uyğun hərəkət etmədiyini, Rusiyadan S-400-lər əvəzinə Amerikadan “Patriot”lar almasını deyirdi. Amma Türkiyə tərəfi Rusiyadan bu silahların alınmasından imtina etməyəcək”.

 

 Qarabağ məsələsi:

Amerika tərəfi Qarabağdan təcrid olunmaq istəmir. Rusiyanın burda olması Amerikanı, həmçinin Fransanı da narahat edir. Bunların hər ikisi Ərdoğanla görüşəndə birgə hərəkət edə biləcəklərini, Qarabağdan pay ala bilməklərini də dilə gətirə bilərlər. Rusiya da vəziyyəti başa düşür. Məhz buna görə Xarici İşlər Naziri Sergey Lavrov “nə şiş yansın, nə kəbab” tipli çıxış etdi.

 Əgər Rusiya desə ki, Ermənistanla-Azərbaycan arasındakı proseslərə yalnız Rusiya töhfə verə bilər, bu doğru addım olmazdı. Ona görə Türkiyənin də, ATƏT-in də bu konfliktə töhfə verə bilənlər kimi adını çəkdi. Bayden-Putin görüşündə kompromis görə bilərik, amma ziddiyyətlər daha çox olacaq.

 

 

Bayden-Ərdoğan görüşündə kritik məqam:

 Ərdoğan Baydenlə görüşəndə bir neçə işə razılıq alacaq. Aralıq dənizində və Suriyada Türkiyə müəyyən üstünlüklər qazanmağa çalışmaq istəyə bilər. Amerika bölgədə öz maraqlarını Türkiyə vasitəsilə həyata keçirə biləcəyini fikirləşir. Yəni Türkiyə bir NATO dövləti olaraq bəzən deyilənləri yerinə yetirməlidir. Bayden Ərdoğanla Rusiyandan da danışa bilər. Rusiyanın bölgədə güclənməməsi üçün nəsə etməyi planlaşdıra bilər. Türkiyə üçün yaxşı bir fürsət ola bilər. Amma buna baxmayaraq Amerika Türkiyənin də bölgədə güclənməsini istəmir. Bir yandan Türkiyə ilə münasibətləri yumşaltmağa çalışır, digər yandan isə Yunanıstana dəstək olur və davam edəcəyini də düşünmək olar. Hətta Yunanıstana F-35-lərin verilə biləcəyini də istisna etmirəm. Yəni Amerika ehtiyyatını əldən vermir. Türkiyə Amerikanın təhrikinə gedib, Rusiya ilə münasibətləri korlasa, bu ona fayda verməz. Belə addım atmayacaq. Bayden-Putin görüşü Cenevrədə görüşməsi planlaşdırılan ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin bir-birlərini çox yaxşı tanıya bilər. Onlar ilk dəfə 2011-ci ildə Bayden Amerikanın vitse-prezidenti və Putin Baş nazir olanda görüşüblər. Daha sonra 2014-cü ildə Bayden Ukraynaya dəstək göstərdiyi zaman toqquşublar. Növbəti illərdə Putinin köməkçiləri Baydenin oğlu Hunter haqqında yalnış məlumatlar ötürdülər və Trampın minionları həvəslə bunu qəbul etdi. Aralarının bu qədər darmadağın olduğu iki liderin yenidən görüşü maraq doğurur. Bayden inaqurasiyadan sonra Putinlə didişməyə başladı. Yəni Rusiya ilə vəziyyət gərgindir. Uzun müddətdir, Rusiyanın caynaqları altında olan dövlətləri dəstəkləyərək Rusiyanın təsirindən çıxmalarına çalışırdı. Ukraynaya dəstəyi, daha doğrusu təhriki onu Rusiya ilə müharibə vəziyyətinə gətirib çıxara bilərdi. Amma baxdı ki, istədiyini ala bilməyəcək geri addım atdı.

Rusiya nə Amerika gəmilərinin Qara dənizindən keçməsinə, nə də Ukraynaya hərbi yardım etməsinə icazə verdi. Bayden geri addım atdıqdan sonra sabiq prezident Trampın maneə törətməyə cəhd etdiyi Rusiyanın həyata keçirməyə çalışdığı “Şimal axını 2” layihəsinə şərait yaratdı. Bayden əvvəlcə Ərdoğanla görüşəcək sonra Putinlə. İlk olaraq Ərdoğanın niyyətini, fikirlərini və Baydenin təkliflərinə münasibətini öyrənəcək. Sonra vəziyyətə uyğun rəftar edəcək və Putinlə danışacaq. Rusiya da vəziyyəti başa düşür.

 

Aysel Məhərrəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi