Arxiv
16 İyul 2021, 10:50 | REPORTAJ
ReAl və Müsavat partiyaları qırğına çıxdı - QALMAQAL

ReAl və Müsavat partiyalarının funsionerləri arasında ciddi mübahisə başlayıb. Modern.az-ın məlumatına görə, mübahisəyə səbəb ReAl partiyasının üzvü olan deputat Erkin Qədirlinin YAP-çı həmkarlarI ilə birlikdə Heydər Əliyevin Türkiyədəkiı heykəlinin qarşısında şəkil çəkdirməsidir.

Həmin şəklə reaksiya verən Müsavat partiyasının başqanı Arif Hacılı Facebook-da “Asim Mollazadə bura qədər uzun bir yol keçmişdi, Erkin Qədirli isə çox tez çatdı”,- deyə şərh yazıb.


Arif Hacılının baxışına görə, bir müxalifətçinin Heydər Əliyevə belə bir simpatiya nümayiş etdirməsi ondan xəbər verir ki, həmin müxalifətçi artıq “satılıb”.

Mübahisəyə partiya üzvləri də qoşulub və sosial şəbəkədə hər iki tərəfdən olanlar bir-birlərinə qarşı kəskin ittihamlar irəli sürüblər.

ReAl partiyasının icraçı katibi Natiq Cəfərli bildirib ki, deputat Erkin Qədirli səfər protokoluna uyğun hərəkət edib. O, Erkin Qədirlinin hərəkətini xırda səhv adlandırıb, əvəzində Müsavat başqanı İsa Qəmbəri 1993-cü ildə hakimiyyəti Heydər Əliyevə təhvil verməkdə ittiham edib.

N.Cəfərli İsa Qəmbərin buna görə hələ də xalqdan üzr istəmədiyini vurğulayıb.


Müsavatçılar isə ReAl partiyasının sədri İlqar Məmmədovdan üzr istəməyi tələb ediblər. Onlar bildiriblər ki, İlqar Məmmədov vaxtilə Milli İstiqlal Partiyasında olarkən təşkilat sədri Etibar Məmmədov Elçibəy hakimiyyətinin devrilməsində yaxından iştirak edib.

“Mənim Etibarla nə əlaqəm, nə qələt edib, özü bilər. Sədrimiz də 2003-dən AMİP-dən istefa verib” deyə N.Cəfərli müsavatçılara cavab verib.

O, Müsavat Partiyasını ReAl-a qurultay keçirmək üçün yer verməyə qorxmaqda qınayıb.

Arif Hacılı isə Natiq Cəfərliyə bildirib ki, Müsavat REAL-a qurultay üçün yer verməyə hazır olduğunu o vaxt bəyan edib və bu barədə mətbuatda yazılar var: “Təşkilatınız qaçıb dağılmışdı. Sizin qurultay keçirməyə, hətta 10-15 nəfəri bir yerə toplamağa halınız var idi?
O zaman Müsavat Divanında bu məsələnin çılpaqlığı ilə açıqlanmasının, sizin rəzil durumunuzun, bizim yer verməyimizə baxmayaraq sizin belə imkanlarınızın olmaması üzündən guya yer tapa bilməməyiniz barədə bəhanə etdiyinizi ictimailəşdirilməsinin də tərəfdarları var idi. Mən bunu etmədim. Niyə etmədim? Çünki, o zaman düşünürdüm ki, hakimiyyət də bunda maraqlıdır. O zaman sədriniz hələ həbsdə idi.
Həm də, bizə dəfələrlə deyilən bu vəziyyətdən abırlı çıxmağımıza şərait yaradın, xahişinizi nəzərə aldım. Belə çıxır ki, o zaman xahişlərinizi nəzərə alaraq sizə sifətinizi qorumağa şərait yaratmaqla səhv etmişəm”.

Arif Hacılı Erkin Qədirlinin saxta mandat daşıdığını da vurğulayıb.

Natiq Cəfərli isə “o mandatdan 5-6-sı da sizdə olub” deməklə A.Hacılıya cavab verib.

Məsələ ilə bağlı ReAl partiyasının sədri İlqar Məmmədov da açıqlama verib. Bildirib ki, Dövlət xətti ilə Türkiyəyə səfəri çərçivəsində Erkin Qədirli bir sıra faydalı görüşlərdə iştirak edib. Ənənəvi olaraq, səfərin proqramına mərhum prezident Heydər Əliyevin Ankaradakı heykəlinin ziyarəti də daxil olub.

“Səfər zamanı sözügedən ziyarətdə iştirak partiyanın deyil, Erkin Qədirlinin şəxsi mövqeyini əks elətdirir”.

A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əməkhaqları və pensiyaların artırılması ilə bağlı işlərə başlanılıb - Nazirlik 16 Oktyabr 2021, 18:33 "Azəriqaz" rəhbərindən qazın qiyməti ilə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 18:21 “Azəriqaz” rəhbəri canlı yayımda sualları cavablandırır 16 Oktyabr 2021, 17:55 Azərbaycan bu strateji yüksəkliyə nəzarəti ƏLƏ ALACAQ 16 Oktyabr 2021, 17:49 İranda güclü zəlzələ olub 16 Oktyabr 2021, 17:13 Koronavirus əleyhinə peyvənd olunanların SAYI 16 Oktyabr 2021, 16:51 Prezidentin sərəncamı 1,8 milyon vətəndaşı əhatə edəcək 16 Oktyabr 2021, 16:41 Yoluxma artdı: 12 nəfər öldü 16 Oktyabr 2021, 16:38 "Azərişıq"dan yeni tariflə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 16:31 Milli Məclisdə ukraynalı deputatlarla görüş - FOTO 16 Oktyabr 2021, 16:15 Dünyada qaz qiymətləri ötən illə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR 16 Oktyabr 2021, 16:10 İcra başçısı və deputat şəhidin məzarını ziyarət etdi - FOTO 16 Oktyabr 2021, 15:57 Prezident Şəmistan Əlizamanlını TƏLTİF ETDİ 16 Oktyabr 2021, 15:44 Hökumət Prezidentin sərəncamının icrasına BAŞLADI 16 Oktyabr 2021, 15:43 İranda daha 181 nəfər koronavirusdan öldü 16 Oktyabr 2021, 15:38 Maaşlar, pensiyalar və təqaüdlər ARTIRILIR 16 Oktyabr 2021, 15:21 Prezident Bəhram Bağırzadəni MÜKAFATLANDIRDI 16 Oktyabr 2021, 15:12 Elton Hüseynəliyevlə Xəyyam Nisanova fəxri ad verildi 16 Oktyabr 2021, 15:06 Azərbaycanda qaz və işıq tarifləri DƏYİŞDİRİLDİ 16 Oktyabr 2021, 14:44 Qarabağın işğaldan azad olunması su probleminin həllinə dəstək oldu 16 Oktyabr 2021, 14:31 Putinin “pis sülh və “yaxşı müharibəifadəsi: Bizə hansı məqbuldur? 16 Oktyabr 2021, 14:30 Bu direktorlar vəzifəsindən azad edilib  16 Oktyabr 2021, 14:22 Prezident fəxri adlar verdi - SİYAHI 16 Oktyabr 2021, 14:15 Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM 16 Oktyabr 2021, 14:06 Merkelin Türkiyə səfəri – Ərdoğanla görüşdü 16 Oktyabr 2021, 13:53 Futbol matçından sonra atışma olub, yaralılar var 16 Oktyabr 2021, 13:32 Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır – RƏSMİ 16 Oktyabr 2021, 13:19 İşğal dövründə Qarabağda 100 min hektar ərazi yanıb 16 Oktyabr 2021, 13:17 Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası - FOTO 16 Oktyabr 2021, 13:04 Fransa Qarabağın minalardan təmizlənməsinə yardım edəcək 16 Oktyabr 2021, 13:01 Azərbaycan Ordusu “OSA” zenit-raket komplekslərini İŞƏ SALDI - VİDEO 16 Oktyabr 2021, 12:52 Rusiyada 1 gündə mindən çox insan koronavirusdan öldü 16 Oktyabr 2021, 12:40 Vətəndaşın 4 min manatını mənimsəyən “falçı” saxlanıldı 16 Oktyabr 2021, 12:30 Bazar günü hava necə olacaq? 16 Oktyabr 2021, 12:20 Füzuli Hava Limanı ilə bağlı ŞAD XƏBƏR 16 Oktyabr 2021, 12:16