Arxiv
17 İyul 2021, 10:58 | ANALİTİKA
Rusiya-Çin münasibətləri hərbi ittifaq səviyyəsində deyil - ŞƏRH

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsi ilə Çin arasında 20 il əvvəl imzalanan “dostluq və əməkdaşlıq barədə müqavilə” ilə bağlı məqalə yayımlayıb. Məqalə həm Rusiya, həm də Çin mətbuatında dərc olunub. Lavrovun sözlərinə görə, müqavilə iki ölkənin bir-birinə ərazi iddiası olmadığını təsdiq edib. Lavrov yazıda onu da iddia edib ki, Rusiya-Çin hərbi əməkdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib.

Modern.az xəbər verir ki, Rusiya-Çin mövzusunu şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, ümumiyyətlə Rusiyanın ekspert dairlərində ən çox müzakirə olunan mövzulardan biri Moskva-Pekin münasibətləridir.


Onun sözlərinə görə, son illər Çin Rusiyanın siyasi və iqtisadi tərəfdaşına çevrilib və bu istiqamətdə münasibətlər getdikcə inkişaf edir. Ancaq rusiyalı ekspertlər iki ölkəni hərbi müttəfiq adlandırmağın doğru olmadığını da söyləyirlər.

Bəs bunun səbəbi nədir?


“Rusiyalı ekspertlər 2020-ci ildə Rusiya ilə Çin arasında iki mühüm hadisənin baş verdiyini bildirirlər. Birinci hadisə budur ki, iki ölkə ballistik raketlərin uçuşları barədə bir-birlərini əvvəlcədən məlumatlandırmalıdırlar. İkinci hadisə isə budur ki, Rusiya və Çinin dəniz qüvvələri Asiya-Sakit okean bölgəsində birgə patrul xidməti həyata keçirirlər. İki ölkə arasında birgə hərbi yarışlar da reallaşıb.

Rusiya ilə Çini Qərbin, o cümlədən ABŞ-ın onlara qarşı siyasəti yaxınlaşdırır. Rusiya və Çin ABŞ-a qarşı birgə müqavimət strategiyasını həyata keçirirlər. Siyasi ekspertlərin fikrincə, 2015-2020-ci illər arasında Rusiya-Çin əməkdaşlığı sırf “anti-amerikan” xarakteri daşıyıb. Bu illərdə Rusiya ilə Çin arasında müxtəlif hərbi təlimlər keçirilib. Təlimlərdə hər iki tərəfdən yüz minlərlə hərbçi, 40 minə yaxın tank və 80 hərbi gəmi cəlb olunub. İki ölkədə beynəlxalq terrorçulara qarşı birgə mübarizə metodları ətrafında da müzakirələr aparıblar.

Buna baxmayaraq, Çin Rusiya ilə hərbi əməkdaşlıqda məsafə saxlamağa da üstünlük verir. Yəni Rusiya Çinin hərbi müttəfiqi deyil. Baxmayaraq ki, Çin ABŞ-la müxtəlif səviyyətlərdə mübarizə aparır, ancaq Pekinin xarici və təhlükəsizlik siyasətinin əsas qayəsini təkbaşına güc mərkəzinin formalaşdırılması təşkil edir. Yəni Çin heç bir dövlətlə müttəfiqlik əlaqələri qurmur. Bu Çinin siyasi fəlsəfəsinə ziddir”,-deyə E.Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, ABŞ dünyanın supergücü olsa da, NATO çərçivəsində müttəfiqləri var, Böyük Britaniya Vaşinqtonun əsas strateji müttəfiqidir.

“Çin isə belə müttəfiqlik münasibətləri heç kimlə qurmur. Misal üçün Çin Rusiyanın istəyi ilə Krım, Abxaziya və Cənubi Osetiya məsələlərində Moskvanın yanında yer almayıb. Çünki torpaq bütövlüyü məsələsi Çin üçün əsas prinsipdir. Rusiya isə illərdir “parçala və hökm sür” siyasətinə üstünlük verir. Buna görə də rusiyalı ekspertlər Rusiya-Çin tərəfdaşlığını hərbi müttəfiqlik hesab etmirlər. Bu nə nəzəriyyədə, nə də praktikada belədir. Pekin hesab edir ki, hərbi alyanslar Çinə gərəksiz problemlər yarada bilər. Görünür, belə bir ittifaq heç Rusiyaya da lazım deyil. Misal üçün Çinlə Hindistan arasında gərginlik yarananda Moskva vasitəçi kimi çıxış edir. Çünki Rusiyanın Çinlə yanaşı Hindistanla da sıx münasibətləri var və bu ölkəyə də hərbi texnika satır. Əgər Rusiya Çinin hərbi müttəfiqi olsaydı, Dehli Moskvanın vasitəçiliyini qəbul etməyəcək və ABŞ-a daha çox yaxınlaşacaqdı. Hindistan-ABŞ ittifaqı Rusiyanın maraqlarına ziddir. Eyni ilə əgər Çin Rusiyanın hərbi müttəfiqi olsaydı, Ukrayna və ya Avropa İttifaqı dövlətləri ilə münasibətlərində əlavə problemlər olacaqdı. Bu da Çinə lazım deyil. Təsadüfi deyil ki, Çin Şanxay Əməkdaşlıq Təşkilatının sırf iqtisadi zəmində fəaliyyət göstərməsini istəyir. Halbuki, Rusiya Şanxay Əməkdaşlıq Təşkilatını siyasi bir quruma çevrilməsini istəyir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:41 Tənəffüs zamanı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30 İcra başçısı və deputat Şəhidlərin məzarlarını ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 13:26 Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin” 16 Sentyabr 2021, 13:26 İran sürücüləri Azərbaycana rüsum ödəməmək üçün alternativ yol axtarır 16 Sentyabr 2021, 13:23 Rəsmi Bakı fransalı meri “qara siyahı”ya salır 16 Sentyabr 2021, 13:18 Prezidentin köməkçisi yenidən İran səfiri ilə görüşdü 16 Sentyabr 2021, 13:12 Valideynlər məktəbə buraxılmayacaq 16 Sentyabr 2021, 13:06 Bakıda yağış, rayonlara dolu yağacaq 16 Sentyabr 2021, 13:00 “Niderland parlamentində azərbaycanlıları da görə biləcəyik” - MÜSAHİBƏ 16 Sentyabr 2021, 12:54 Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldıldı 16 Sentyabr 2021, 12:48 Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF 16 Sentyabr 2021, 12:42 Sabiq icra başçısı ürəyindən əməliyyat olundu 16 Sentyabr 2021, 12:36 Çində vaksin vurduranların sayı 1 milyardı ötdü 16 Sentyabr 2021, 12:30 DSX dənizdə taktiki təlimlər keçirdi - FOTOLAR 16 Sentyabr 2021, 12:24 Putin Ermənistana səfər edəcək 16 Sentyabr 2021, 12:22 Məktəblərdə imtahanların sayı azaldılır - Kurikulum sadələşdirilir 16 Sentyabr 2021, 12:20 Türkiyəyə getmək istəyən jurnalistlər üçün fürsət 16 Sentyabr 2021, 12:15 Nazirlik Səyavuş Aslanın küçədə gecələyən oğlunu axtarır 16 Sentyabr 2021, 12:12 Müharibə iştirakçılarına 10 mindən çox psixoloji xidmət göstərilib   16 Sentyabr 2021, 12:10 Əməkdar jurnalist xəstəxanaya yerləşdirildi 16 Sentyabr 2021, 12:09 266 nəfərlə bağlı Baş Prokurorluğa müraciət edilib - SƏBƏB 16 Sentyabr 2021, 12:06 Tvinninq layihənin rəhbər komitəsinin növbəti iclası keçirildi - FOTOLAR 16 Sentyabr 2021, 12:04 Rüfət Aslanlı özünə yeni şirkət yaratdı 16 Sentyabr 2021, 12:01 Bakıda 29 yaşlı gənc qətlə yetirildi 16 Sentyabr 2021, 11:57 Şerimin vəzninə bənzər Xəzərin dalğaları... 16 Sentyabr 2021, 11:55 Agentlik sədri: “193 min şəxsin əlillik müddəti bitib” 16 Sentyabr 2021, 11:54 29 qazi üçün xaricdən protez gətiriləcək 16 Sentyabr 2021, 11:54 İbtidai siniflərdə dərsliklər yenilənəcək 16 Sentyabr 2021, 11:52 Quba polisi narkotacirləri yaxaladı - FOTOLAR 16 Sentyabr 2021, 11:46 Protezlə təmin olunan qazilərin sayı AÇIQLANDI 16 Sentyabr 2021, 11:46 Yaddan çıxmış sənətkarlar: 80-dək filmə çəkildi, heç bir fəxri ad almadı - 10 uşaq atası olan məşhur AKTYOR 16 Sentyabr 2021, 11:43 Nazirlik hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 16 Sentyabr 2021, 11:43
SORĞU Hansı vaksinə etibar edirsiniz?