Modern.az

Konfrans Liqası: “Qarabağ” “Aberdin”lə qarşılaşacaq

Konfrans Liqası: “Qarabağ” “Aberdin”lə qarşılaşacaq

Təhsil

26 Avqust 2021, 00:45

“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

 

Modern.az xəbər verir ki, ilk dəfə keçirilən Konfrans Liqasında mübarizə aparan Ağdam klubu Şotlandiyada “Aberdin”lə görüşəcək.

 

Pley-off mərhələsinin cavab oyunu qrupa vəsiqənin taleyinə aydınlıq gətirəcək. Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri üstünlüyünü qorumağa çalışacaq.

 

Son 7 ildə bir dəfə Çempionlar Liqası, altı dəfə Avropa Liqasının qrupunda oynayan “Qarabağ” uğurlu seriyasını davam etdirməyə köklənib. Təmsilçimiz 3-cü dərəcəli klub turnirində də buna nail olsa, hər üç yarışda qrupa düşən ilk komandalar sırasında olacaq.

 

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!