Arxiv
4 Oktyabr 2021, 09:06 | MÜSAHİBƏ
“Ermənilərin Almaniyada ortaya hansısa bir mövzu atmağını gözləmirik…” - MÜSAHİBƏ

“Almanlar ermənilərin son 200 ildə tarixi müttəfiqidir və Qafqazda erməni dövlətinin qurulmasında onların çox böyük dəstəyi olub”

 

Alman–Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmov Modern.az-a diaspor fəaliyyəti, görülən işlər barədə müsahibə verib:

 

- Uzun müddətdir ki, ölkəmizdən xaricdə yaşayırsınız. Almaniyada Azərbaycanı tanıtmaq üçün hansı işləri görürsünüz?

- Burada məhkəmə orqanlarında qeydiyyatdan keçmiş bir qeyri-hökumət təşkilatıyıq. Fəaliyyətimizin əsas istiqaməti Almaniyada könüllü və daimi yaşayan soydaşlarımızın öz tarixi vətənlərinə bağlı  qalmalarına yardımçı olmaq, onların assimilyasiya olmalarını önləməkdir. Bunun üçün mütəmadi işlər görürük. Burada Azərbaycanı tanıtmaq üçün də təbii ki, fəaliyyətimiz var. Qeyri-hökumət təşkilatları ilə birgə  fəaliyyət göstərmək, siyasi partiyaların fraksiyaları ilə münasibət saxlamaq və s. Bundan başqa, keçirdiyimiz tədbirləri almanlara əmanət edirik. Hər tədbirdə ən az iki-üç alman dostumuz olur və onlara Azərbaycan haqqında məlumat verməklə, Azərbaycana səfərlərini təşkil etməklə ölkəmizi tanıtmaqda yardımçı oluruq.

 

- Almaniyada azərbaycanlılar daha çox hansı sahədə çalışırlar?

- Buradakı azərbaycanlılar əsasən 3 hissəyə bölünür. Şimali Azərbaycandan gələnlər, güneylilər, bir də İğdır-Qars azərbaycanlıları. İkinci və üçüncü kateqoriyaya aid olan azərbaycanlılar burda uzun müddətdir ki, məskunlaşıblar.  Onlar demək olar ki, hər sahədə çalışırlar. Aralarında həkim, vəkil, müəyyən dövlət qurumlarında yüksək vəzifədə çalışanlar, universitetdə müəllim və professor olanlar var. Amma Şimali Azərbaycandan gələnlər son 20-30 ildir ki, burdadırlar. 90-cı illərdə gəlmiş azərbaycanlılar arasında həkim işləyənlər çoxdur. Ancaq indi yeni-yeni hüquqşünaslarımız, vəkillərimiz, mühəndislərimiz də özlərinə mövqe tutmağa  çalışırlar, amma dediyim kimi, əsas nəzərə çarpan həkimlərdir. Bu, say etibarilə güneylilərin arasında da çoxdur. İkinci sahədə biznes fəaliyyətidir. 

 

- Sizə yaradılan şəraitdən razısınızmı?

- Əslində şəraiti özümüz özümüzə yaradırıq. Amma çatışmazlığımız olanda Diaspor Komitəsi bizə dəstək olur. Biz öz növbəmizdə azərbaycanlılara mədəniyyət evi olaraq həmişə şərait yaratmağa çalışırıq. Bu mövzuda Alman dövləti ilə heç bir sıxıntı yaşamırıq. Alman dövləti kifayət qədər tolerantdır və fəaliyyətimiz ilə əlaqədar  azərbaycanlıların assimilyasiya olmalarını önləmə ilə bağlı bizə açıq təzyiq göstərilmir. Yaradılan şəraitlə bağlı komitənin də dəstəyindən razıyıq.

 

- Almaniyada Azərbaycan necə tanınır, müharibədən sonra münasibət necədir?

- Azərbaycan deyərdim ki, bu qədər az müddət ərzində kiçik bir respublika olmasına baxmayaraq, kifayət qədər yaxşı tanınır. 
Təbii ki, burdakı  icmaların da böyük  rolu var. İkinci bir səbəb 44 günlük müharibədən sonra daha çox tanınmağa başlamışıq və güclü ordusu olan məğrur bir xalq kimi tanınırıq, bununla da qürur duyuruq.  Müharibədən sonra  demək olar bizə qarşı münasibət müsbətdir.


- Müharibə bitsə də, postmüharibə dövründə hələ görəcəyimiz işlər çoxdur. Bununla əlaqədar erməni lobbisinə qarşı necə mübarizə aparılır?

 

- Erməni lobbisinə qarşı mübarizə təbii ki, bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Erməni yalanlarının ifşası, bizə atılan bu çamurun qarşısını almaq bizim üçün vacibdir. Bilirsiniz ki, Almaniyanın Köln şəhərində erməni kilsəsi var. Əslində fransızlar, belçikalılar və digər avropalılar erməniləri dəstəkləyən kimi görsənir. Amma belə baxanda almanlar ermənilərin ən azından son 200 ildə tarixi müttəfiqidir və Qafqazda erməni dövlətinin qurulmasında almanların çox böyük dəstəyi olub. Bunun üçün də Türkiyəyə çox böyük təzyiqlər olub, bu tarixi faktlardır. Tələt Paşanın qatili olan erməni də alman məhkəməsindən qatil olması sübut olunmasına rəğmən məhkəmə zalından   azadlığa buraxılmış bir adamdır. Yəni Almaniya ilə Ermənistan arasındakı həm dövlət, həm də icmalar arası maraqlar cəhətdən münasibətlər çox yüksək səviyyədədir və qonşuluğumuzda da Fransa kimi dövlət var. Hansı ki, əhalisinin ciddi bir hissəsi ermənidir. Köln şəhərinində də erməni icması var, amma bunlar əsasən çoxdan məskunlaşanlar deyil, bizim kimi sonradan gəlmələrdir. Bunların fəaliyyətinin əsas istiqaməti yalandır. Biz də əvvəl müdafiə taktikasındaydıq, onların yalanlarını ifşa etməyə çalışırdıq. Son illərdə əsasən müharibə dövründə, müharibədən sonra hücum  taktikasına keçmişik. Özümüzün alman siyasi partiyalarında əlaqələrimizi genişləndirməyə çalışırıq. Məsələn,  müharibə dövründə sentyabrın 27- də müharibə başladı, 29-da artıq Almaniyada Qafqazşünas Barbar Hendrixs açıqlama verdi və azad edilən ərazilərin Azərbaycan torpağı olduğunu, ermənilərin  bir an oranı tərk etməli olduğunu, həmçinin beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu söylədi. Bu, bizim uzun müddətli əməyimizin nəticəsidir.

 

- Ciddi problemlərdən biri də Oxçuçayın çirkləndirilməsi idi, bununla bağlı hansı nəticələr əldə edildi?

- Biz mütəmadi olaraq hər baş verən hadisə ilə bağlı reaksiya verməyə çalışırıq. Son dövrlər Oxçuçayın çirkləndirilməsinə reaksiya toplamağa çalışırıq. Hadisənin səbəbkarı olan firma Ermənistana separatçı şəkildə dəstək verir. Orada keçmiş prezident Sarkisyanın kürəkəni ilə ortaq uzun müddət Zəngəzurda mədən sənayesində istifadə olunan bir  kimyəvi maddənin istehsalı ilə məşğul olublar. Bütün kimyəvi istehsal vaxtı yaranan tullantılar çaya axıdılıb, çay da Araza tökülür. Bu, 21-ci əsr üçün böyük bir problemdir və yolverilməzdir. Buna görə də alman qurumlarına, istehsalçı şirkətə öz iradlarımızı bildirdik və cavab aldıq. Şirkət bildirdi ki, artıq bir ildir ki, orda fəaliyyət göstərmir.  Bu mövzuda fəaliyyətimiz hələ də davam edir.
Hazırda fəaliyyət istiqamətimiz hücum taktikasıdır. Onların ortaya hansısa bir mövzu atmağını gözləmirik. Mövzunu özümüz deyirik, dövlətimizin gizli, strateji xəritəsinə əməl edirik.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cənubi Koreyada ABŞ hərbçilərinin sayı dəyişməyəcək 2 Dekabr 2021, 22:28 İctimai Şuradan Tofiq Yaqublu ilə bağlı Nazirliyə müraciət 2 Dekabr 2021, 22:12 Misir XİN-dən başsağlığı 2 Dekabr 2021, 21:56 Birliyimiz əbədi olmalıdır 2 Dekabr 2021, 21:51 Tofiq Yaqublu prokurorluğa çağırıldı 2 Dekabr 2021, 21:47 Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı 2 Dekabr 2021, 21:40 Sabah bu ərazidə qaz kəsiləcək 2 Dekabr 2021, 21:25 45 milyon insan aclıqla üzləşə BİLƏR 2 Dekabr 2021, 21:11 Ceyhun Bayramov ATƏT-in iclasında iştirak etdi 2 Dekabr 2021, 20:55 Balakəndə karantini pozanlar cərimələndi 2 Dekabr 2021, 20:45 Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI 2 Dekabr 2021, 20:30 Şirvan sakinlərində narkotik AŞKARLANDI 2 Dekabr 2021, 20:22 "Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var" 2 Dekabr 2021, 20:09 “Brent” nefti ucuzlaşdı 2 Dekabr 2021, 20:07 Suriyada terakt - 10 neftçi öldü 2 Dekabr 2021, 19:55 Mədəniyyətlərarası dialoq forumu gələn il Bakıda keçiriləcək 2 Dekabr 2021, 19:49 "Münaqişə başa çatıb" - Ceyhun Bayramov 2 Dekabr 2021, 19:45 Azərbaycanda sosial müdafiə xərcləri artırılıb 2 Dekabr 2021, 19:42 Britaniya səfiri nazir müavini ilə görüşdü 2 Dekabr 2021, 19:27 Azərbaycandan neft hasilatının artırılmasına RAZILIQ 2 Dekabr 2021, 19:21 Ermənistan 22 muzeyi dağıdıb - Hesabat 2 Dekabr 2021, 19:09 Prezident Mark Şnayeri QƏBUL ETDİ 2 Dekabr 2021, 19:04 Zaur Əliyev bu mərkəzin yeni tərkibini TƏSDİQLƏDİ 2 Dekabr 2021, 19:00 Ermənilərin Qarabağda dağıtdığı ABİDƏLƏR 2 Dekabr 2021, 18:54 Deputat Avronest PA-nın Büro iclasında 2 Dekabr 2021, 18:48 Çavuşoğlu ilə Lavrov GÖRÜŞÜB 2 Dekabr 2021, 18:42 Manatın məzənnəsi sabit qaldı 2 Dekabr 2021, 18:36 Orduda hərbi cinayətlərin sayı azalıb - Rəsmi 2 Dekabr 2021, 18:30 İlham Əliyev Nobel mükafatçısı Aziz Sancarı qəbul edib 2 Dekabr 2021, 18:24 Azay Quliyev Büroda Soçi Bəyanatının mahiyyətini açıqladı 2 Dekabr 2021, 18:18 GUAM-a üzv dövlətlər protokol İMZALADI 2 Dekabr 2021, 18:12 Bakıda 27 narkotacir saxlanıldı - VİDEO 2 Dekabr 2021, 18:06 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə sərhədi MÜZAKİRƏ ETDİ 2 Dekabr 2021, 17:55 BMU-da görüş 2 Dekabr 2021, 17:50 İlin 10 ən yaxşı futbolçusu - SİYAHI 2 Dekabr 2021, 17:45
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?