Modern.az

Klinton xəstəxanadan evə buraxıldı

Klinton xəstəxanadan evə buraxıldı

Dünya

17 Oktyabr 2021, 21:37

ABŞ-ın 42-ci prezidenti Bill Klinton bazar günü xəstəxanadan evə buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Klintonun mətbuat katibi Angel Urenya özünün sosial media hesabında məlumat yayıb.

 

O qeyd edib ki, hazırda keçmiş prezidentin səhhəti normaldır. Klinton müalicəsini Nyu-Yorkdakı evinə davam etdirəcək.

 

Xatırladaq ki, Klinton ABŞ-ın 1993-2001-ci illərdə 42-ci prezidenti olub. O, oktyabrın 12-də sidik yolu infeksiyasının səbəb olduğu güman edilən sepsis diaqnozu ilə Kaliforniya ştatında xəstəxanaya yerləşdirilib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi