Bu gün səhər saatlarından Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti iflic olub, yenə uzun tıxac yaranıb.

 

Modern.az-ın məlumatına görə, Sumqayıtdan paytaxta doğru yolda avtomobillər hərəkət edə bilmir.

 

Qeyri-sabit hava şəraiti yolda avtomobillərin hərəkətini daha da çətinləşdirib.

 

Tıxac Abşeron rayonu ərazisindən başlayaraq, "20 Yanvar" metrostansiyasının ərazisinə qədər uzanır.