Arxiv
23 Noyabr 2021, 15:30 | ANALİTİKA
Putinin Paşinyana zəngi İrəvana xəbərdarlıq ola bilər - TƏHLİL

Ermənistan baş nazirinin müavini, üçtərəfli İşçi Qrupunun üzvü Mqer Qriqoryanın açıqlamaları iki sualı gündəmə gətirdi.

 

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesi başlanıb?

 

Qriqoryan deyir ki, “delimitasiya və demarkasiya prosesi ilə bağlı heç bir səfərin, görüşün əhəmiyyəti yoxdur, istənilən halda bu, həyata keçirilməlidir və görüşün olub-olmaması ona birbaşa təsir göstərmir”.

 

Paşinyanın müavininin sözlərindən belə nəticə çıxır ki, Moskvanın keçirmək istədiyi üçtərəfli görüş prosesin başlanmasına aid deyil. Bu, prosesin başladığına dair ehtimalı gücləndirir.

 

Nikol Paşinyan son sərhəd döyüşündən sonra bildirdi ki, Rusiya Müdafiə Nazirliyinin üç təklifini qəbul ediblər və sərhədin müəyyənləşməsi üzrə komissiyanın yaradılmasına razıdırlar. Ardınca İrəvan razılığını yazılı olaraq Moskvaya göndərdi.

 

Rusiya Müdafiə Nazirliyinin təkliflərinin konkret nədən ibarət olduğu bilinməsədə, əsas məğzinin sərhədin hansı xəritəyə uyğun müəyyən ediləcəyindən ibarət olduğu şübhəsizdir. Mümkündür ki, eyni xəritələr İrəvana və Bakıya təqdim edilib və Moskvanın vasitəçiliyi ilə delimitasiyaya – sərhəd xətlərinin xəritə üzərində müəyyənləşdirilməsi – start verilib, yaxud ən azı danışıqlar artıq bu mərhələdədir. Və bu, Putinin keçirmək istədiyi üçtərəfli görüşlə bağlı müəyyən gözləntiləri də önə çıxarır.

 

  • Görüşə qədər delimitasiya müqaviləsi hazırlanır;
  •  

  • Görüşdə bununla bağlı imzalar atılır;
  •  

  • Və demarkasiyanı aparacaq komissiya formalaşdırılır.
  •  

     

    - Kommunikasiyanın açılması ilə bağlı yekun razılaşma əldə olunub?

     

    Qriqoryan bildirir ki, “ortaq məxrəcə gəlinib, lakin texniki məsələlərlə bağlı bir neçə variant var, hansı variantın işləyəcəyi ilə bağlı yekun razılaşma yoxdur”.

     


    Bu o deməkdir ki, kommunikasiyanın açılmasında ən vacib detal olan qrafik artıq hazırlanıb, indi məsələnin texniki tərəfləri müzakirə edilir. Qrafikin hazırlanması Zəngəzur dəhlizinin Ermənistan hissəsində inşa işlərinin nə vaxt başlanmasını da müəyyənləşdirəcək.

     

    Qriqoryanın açıqlamalarından çıxan nəticə üçtərəfli görüşün tezliklə - Brüssel görüşünə qədər keçirilməsinə dair şübhələr yaradır. Çünki delimitasiya – xəritələr üzərində işin yekunlaşması və kommunikasiyanın açılmasında texniki məsələlərin razılaşdırılması üçün zaman lazımdır. Bu kontekstdə Putinin Paşinyana zəngi İrəvana Avropa masasında Moskvanın razılaşmalarından kənara çıxmamaq haqda xəbərdarlığı kimi qiymətləndirilə bilər.

     
    Asif Nərimanlı

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq 29 Noyabr 2021, 08:31 Bu günün hava PROQNOZU 29 Noyabr 2021, 08:24 “Brent” neft BAHALAŞDI 29 Noyabr 2021, 08:12 İsrail sərhədləri bağlayır 29 Noyabr 2021, 08:07 “Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50
    SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?