Modern.az

Putin 500 jurnalist üçün mətbuat konfransı KEÇİRƏCƏK

Putin 500 jurnalist üçün mətbuat konfransı KEÇİRƏCƏK

1 Dekabr 2021, 16:33

Rusiya prezidenti Vladimir Putin dekabrın 23-də ənənəvi illik geniş mətbuat konfransı keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Prezident jurnalistlərin yanına gələcək, KİV nümayəndələri həmişə olduğu kimi sərbəst şəkildə dövlət başçısına suallar verəcəklər", - Kreml sözçüsü bildirib.

 

Peskov deyib ki, koronavirusla bağlı tədbirlərlə əlaqədar jurnalistlərin sayı 500 nəfərlə məhdudlaşdırılacaq, karantinin bütün tələblərinə əməl ediləcək.

 

O əlavə edib ki, bu səbəbdən mətbuat konfransı Dünya Ticarət Mərkəzində deyil, Manejdə təşkil olunacaq. İştirakçıların sayı məhdudlaşdırıldığından tədbirə sərbəst akkreditasiya olmayacaq.

 

D.Peskov əlavə edib ki, mətbuat konfransında iştirak üçün üç PCR testi aparılmalıdır. Akkreditasiya xidməti dekabrın 1-dən redaksiyalarla təmaslara başlayacaq.

 

Prezident Vladimir Putinin böyük mətbuat konfransı 2001-ci ildən etibarən hər ilin dekabrında keçirilir. Bir qayda olaraq, dövlət başçısı ilk növbədə əsas iqtisadi və sosial göstəriciləri açıqlayır. Daha sonra jurnalistlərə sual vermək imkanı yaradılır.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir