Modern.az

Atam mənə heç bir kömək olmadı - Şair Qabilin oğlu - VİDEO

“Atam mənə heç bir kömək olmadı” - Şair Qabilin oğlu - VİDEO

2 Dekabr 2021, 08:34

Dekabrın 4-də yazıçı, publisist, jurnalist və tərçüməçi Mahir Qabiloğlunun yubileyidir. Modern.az-ın məlumatına görə, onun 55 yaşı tamam olur.

Mahir Qabiloğlu yubileyi ərəfəsində MediaTürk TV-yə müsahibə verib. Müsahibə zamanı o, bir sıra maraqlı məqamlardan bəhs edib.

M.Qabiloğlu 4 dekabr  1966-cı ildə Bakıda anadan olub. 11 il AzTV-nin "Xəbərlər" redaksiyasında müxbir, redaktor vəzifələrində işləyib, daha sonra bir müddət “Space” televiziyasının “Hər gün” İnformasiya Proqramında redaktor, baş redaktorun müavini postunda çalışıb. Bundan başqa, bir neçə il Prezident Administrasiyasının kurasiyasında olan “Xalq qəzeti”ndə Redaksiya Heyətinin üzvü və İnformasiya şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.

M.Qabiloğlu ölkə Prezidentinin qızı Leyla Əliyevanın şeirlərinin Azərbaycan dilinə tərcüməsinin müəllifi kimi də tanınır.

Yazıçı, jurnalist, publisist kimi 12 kitabın müəllifi, şair Qabilin 7 cildlik "Əsərlər" külliyyatının tərtibçisi, redaktoru və naşiridir. Müxtəlif qəzet, jurnal və saytlarda bədii, publisistik yazıları və tərcümələri yayımlanır. 


Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinın üzvü, Prezident təqaüdçüsüdür. 

Onunla söhbəti təqdim edirik:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?