Arxiv
17 Dekabr 2012, 13:09 | MÜSAHİBƏ
Azərbaycanın yəhudi deputatı: “Almaniyanın yəhudilərə verdiyi kompensasiya içimizdəki yaraları sağalda bilməz” - MÜSAHİBƏ

Ermənilərin Azərbaycan xalqının başına gətirdiyi Xocalı soyqırımının dünya çapında tanıdılması istiqamətində görülən işlər davam edir. 20 ilə yaxındır xalqın unutmadığı bu aci tarixi gec də olsa Meksika, Kolumbiya kimi Latın Amerikası ölkələrinə rəsmən tanıtdıra bildik. 1992-ci il fevralın 26-də Xocalıda yaşananların soyqırımı olduğunu daha bir neçə ölkə parlamenti tanımağa hazırlaşır.

Milli Məclisin yəhudi əsilli deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində görülən işlər, tarixən almanların yəhudi millətinə qarşı törətdiyi qətliam və düşmən millətlərin indiki münasibətləri barədə Modern.az-ın suallarını cavablandırıb.

- Yevda müəllim, bəzən insanlar milli, dini, etnik göstəricilərinə görə fərqlənsələr də, onları birləşdirən ümumi cəhətlər olur. Məsələn, yəhudi və Azərbaycan xalqlarını üzləşdikləri soyqırımı və bu qətliamın hələ də unudulmayan acı xatirələri birləşdirir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün ciddi işlər görülür. Siz soyqırıma məruz qalan bir millətin nümayəndəsi kimi, görülən işləri necə qiymətləndirirsiniz?

- Belə işlər gedirsə, mən çox sevinərəm, bu, çox lazımdır. Biz özümüz də cəhd göstəririk ki, dünya parlamentlərində, olduğumuz ölkələrdə bu məsələ qanunvericilik orqanlarında baxılsın. Hökumət tərəfindən buna cəhd göstərilirsə, bu çox layiqli addımdır. Hətta gecikmiş addımdır.

- Tarixən yəhudilər də belə bir soyqırım ilə üzləşib. Yəhudilər soyqırımını dünyaya sübut edə bildi. Hətta Almaniya indiyədək yəhudilərə kompensasiya ödəyir. Necə düşünürsünüz,  Xocalı soyqırımının tanıdılmasında bu təcrübədən istifadə etmək olarmı?

 - Bir soyqırımı o biri soyqırımına president ola bilməz. Amma əlbəttə ki, bundan istifadə etmək olar. Mən bununla bağlı bizim ölkənin media mənsublarına da demişəm ki, belə bir aksiyanı keçirmək, bunu dünyaya qəbul etdirmək üçün beynəlxalq məhkəmə olmalıdır. Xocalı soyqırımını törədən insanlar beynəlxalq tribunala çıxarılmalıdırlar. Məhkəmə qərar verməlidir. Dünya ölkələrinin qanunvericilik orqanları bunu tanımalıdır. Yadınızdadır, Nürenberq məhkəməsi 6 milyondan  çox yəhudinin qırılması faktını alman- faşist işğalçılarının üzərinə qoydu. Bütün dünya bunu tanıdı.

- Doğrudur, amma bir faktı da nəzərə almaq lazımdır ki, illər, əsrlər keçsə də insanların  ürəyindəki nifrət və düşmənçilik unudulmaz olaraq qalır.

- Bəli, qəlbimizdəki yaralar həmişə qalacaq. Yəhudilərin qohum-qardaşı dünyasını dəyişib, onların nəvələri, nəticələri tarixdən bunu oxuyub bilirlər. Bu, millətin yarasıdır, bir ailənin yarası deyil. Bir millətin Yer üzündən silinməsi siyasəti gerçəkləşdirilib.  Əsirlər keçsə də, ürəyimizdəki ürəyimizdə qalacaq. Amma mən bir şeyi deyim ki, həqiqi tarix yazılır. Millətin tarixini saxtalaşdırmaq, millətin özünü saxtalaşdırmaqdır.

- Təbii ki, siz almanlarla barışmısınız. Hazırda xalqlarınız arasında müəyyən əlaqələr də var. Bu sizlərin almanlarla dost olduğunuz anlamını daşıyırmı?

- Biz ola bilər ki, barışsaq da, gələcək nəsillər süfrə arxasında otursalar da, bizim 90-cı illər tariximiz düzgün yazılacaq. Amma, əlbəttə, içimizdəki nifrəti silmək olmaz. Onu görənlərin, bu hadisələrin şahidi olanların nifrəti daha çox olacaq. Amma bu danılmazdır ki, həmin faktları yalnız tarix kitablarından oxuyanların nifrəti bir qədər zəif olacaq.
Diqqət edin, indi nə qədər yəhudi Almaniyaya köç edir. İçimizdəki nifrət bugünkü alman xalqına deyil axı. Bu, faşistlərə qarşıdır. Sabah Azərbaycan xalqı tarixdən oxuyacaq ki, soyqırımını törədən bütün Ermənistan xalqı deyil axı, bu vəhşilik Köçəryan, Sərkisyan kimi cinayətkarlara məxsusdır.
Təbii ki, onlar da erməni millətinin nümayəndələridir. Emossional hisslərimizi gizlədə bilməsək də, hər halda soyqırımının törədildiyi sübuta yetirilsə, bu xalq bizdən üzr istəyəcək. Lazım gələrsə, kompensasiya da verəcəklər. Bu gün də Almaniya yəhudilərə kompenasasiya verir.

- Yevda müəllim, siz qeyd etdiniz ki, almanlar sizə kompensasiya ödəyirlər.  Bu, tökülən qanları unutdura bilibmi?

- Almaniya yəhudilərə kompensasiya verir. Amma bu, içimizdəki yaraları sağalda bilməz. Bütün dünya istər yəhudi xalqına qarşı, istərsə də xocalılara qarşı törədilən soyqırımı bilir. Bir fakta diqqət edin ki, biz bir qonşu ilə əbədi yaşamağa məhkumuq. Nə qədər müstəqil də olsaq, nə qədər gələcək nəsildə nifrət olarsa, nə onlar burdan qaçıb Aya, Marsa qaçıb gedəcəklər, nə də biz. Biz əbədi olaraq qonşu yaşamağa məhkumuq. Mən bir daha deyirəm ki, gələcək nəslin ibrət dərsi alması üçün tarix düzgün yazılmalıdır. Baxmayaraq ki, bu  bir millət üçün başucalığı gətirməsə belə, sabah xalq bilməlidir ki, biz Qarabağ müharibəsinin birinci mərhələsində niyə uduzduq.

Anar Rüstəmov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Məclisin yeni deputatı: “Azərbaycanı bugünkü gənclər idarə edəcək” - MÜSAHİBƏ 1 İyun 2020, 08:47 Ali məktəblərə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə - sənəd qəbulu başladı 1 İyun 2020, 08:46 Milli Məclis növbədənkənar iclas ÇAĞIRDI 1 İyun 2020, 08:22 Güləş Federasiyasının prezidenti vəfat etdi 1 İyun 2020, 00:57 16 yaşlı velosipedçi yol qəzasının qurbanı oldu 1 İyun 2020, 00:49 Deputatdan hökumətə ünvanlı sosial yardım çağırışı - VİDEO 1 İyun 2020, 00:40 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu başlanılır 1 İyun 2020, 00:34 Mehriban Əliyeva uşaqları belə təbrik etdi - FOTO 1 İyun 2020, 00:23 Uşaqların Beynəlxalq Müdafiəsi günüdür 1 İyun 2020, 00:14 Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır 1 İyun 2020, 00:04 Bakıda naməlum şəxslər ər-arvadı döydülər 31 May 2020, 23:54 Rusiyadan ABŞ-a etiraz 31 May 2020, 23:46 Komendant saatının vaxtı uzadıldı 31 May 2020, 23:35 Tovuzda 25 yaşlı gənc intihar etdi 31 May 2020, 23:21 Bu şirkət 774 min avtomobili geri çağırır 31 May 2020, 23:03 Tramp G7 sammiti iştirakçılarının sayını artırır 31 May 2020, 22:47 Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından keçib 31 May 2020, 22:33 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 31 May 2020, 22:16 Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb 31 May 2020, 21:59 Ağstafada ağır qəza: 2 yaralı var 31 May 2020, 21:45 Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü 31 May 2020, 21:36 Avropada rəqəmsal avro sınaqdan keçirildi 31 May 2020, 21:24 OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38 Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi 31 May 2020, 20:34 Çin orbitə iki peyk buraxdı 31 May 2020, 20:28 Vaxtı keçmiş kreditlərin məbləği açıqlandı 31 May 2020, 20:25 Göygöldə “KamAZ”  qoyun sürüsünə çırpıldı 31 May 2020, 20:19 Misir ordusu Şimali Sinayda daha 19 terrorçunu məhv etdi 31 May 2020, 20:18 Xorvatiya 10 ölkənin vətəndaşları üçün sərhədlərini açdı   31 May 2020, 20:18 Səudiyyə Ərəbistanında 90 min məscid ibadətə açıldı 31 May 2020, 20:14 "Honda" 774 min avtomobili nasazlığa görə geri çağırır   31 May 2020, 20:05 Rusiyalı məşqçi koronavirusdan öldü 31 May 2020, 20:02