Modern.az

Türkiyədə həbs olunan hərbçilərin sayı 48-ə çatdı

Türkiyədə həbs olunan hərbçilərin sayı 48-ə çatdı

22 Fevral 2010, 19:58

Bu gün Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində kütləvi həbslər başlayıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, hökumət əleyhinə qiyamın təşkilində şübhəli bilinən 48 hərbçi  həbs olunub.   Xəbər agentliklərinə görə, hazırda onların evlərində yoxlamalar keçirilir. Həbs olunanlar arasında Türkiyə Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Donanmasının keçmiş komandanı İbrahim Fırtına və istefada olan admiral Özdem Örnek, sabişq 1-ci ordu komandanı, istefada olan general Ergin Sayqun də var. Onlar həbsdən dərhal sonra İstanbul Terrorla Mücadilə Şöbə Müdirliyinə göndərilib.    Həbs olunanlar arasında 3 genaral,  10 polkovnik var. Həbslər “Balyoz”  işi çərçivəsində davam edən istintaqın tərkib hissəsidir. Hərbçilər hakim AKP –ni devirmək cəhdlərində ittiham  olunur. Bu günə  kimi istintaq ərzində 200-dən çox adama qarşı ittiham irəli sürülüb.

 

Baş nazir Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 40 –dan artıq hərbçi həbs olunub. Ərdoğan  “onların aqibəti necə olacaq” sualına məhkəmənin cavab verəcəyini deyib. O, həbslərlə bağlı “təhlükəsizlik qüvvələri öz işini görür” deyib.       

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir