Modern.az

Məktəb bufetləri yerinə restoran…

Məktəb bufetləri yerinə restoran…

26 Fevral 2010, 21:32

School Food Trust ingilis təşkilatı Böyük Britaniya orta məktəblərinin direktorlarına məktəb bufetlərinin pestoran üslubunda formalaşdırmağa çağırıb.  Modern.az xəbər verir ki, The Daily Telegraph qəzetinin yazdığına görə, tədqiqatçılar bu vasitə ilə uşaqları çips və digər ayaqüstü yeməklərdən çəkindirəcəyini düşünürlər.

İngilislərin müşahidələrinə görə, ingilis mərtəblilər restoransayağı bəzədilmiş, yaxşı qab-qacaq dəstində yemək verilən  məktəb bufetlərində böyük həvəslə otururlar.  İngiltərənin bir neçə məktəbində aparılmış eksperiment maraqlı nəticələri ortaya qoyub. Belə bufetərdə gələnlərin şagirdlərin sayı 40 faiz artıb.   School Food Trust nümayəndələri həmçinin işıqlandırma sisteminə, mətbəx mebelinin yerləşdirilməsinə də diqqət yetirməyi vacib sayırlar.  Belə ki, səs-küylü və dar büfetlər uşaqları cəlb etmir. 

Böyük Britaniya höküməti məktəbləri sağlam və keyfiyyətli qida ilə təmin etmək üçün dövlət proqramı qəbul edib və bunun üçün 500 milyin funt-sterlinq ayırıb. Buna nəzarət üçünsə hörümət  School Food Trust təşkilatını yaradıb. Bu qurumun apardığı tədqiqatlar zamanı bəlli olub ki, 400 min məktəbli məktəb bufetindən istifadə etmir.  Qurum vəziyyəti düzəltmək üçün  yuxarıda adıçəkilən səbəbləri müəyyənləşdirib.

Aydın olub ki, ibtidai siniflərdə oxuyan uşaqların 39,3 faiz, yuxarı siniflərin 35,1 faizi məktəb bufetlərində çörək yemir. Bu isə höküməti ciddi narahat edib. 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi