Arxiv
10 İyun 2013, 17:29 | MÜSAHİBƏ
“Daha hər yerindən duran YAP-ın adından danışa bilməyəcək” - MÜSAHİBƏ

“Milli Şuranın tərkibi elan olunanda məni gülmək tutdu”

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyanuş Novruzov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyasının iyunun 7-də keçirilən V qurultayında qəbul edilən bəzi qərarlar siyasi gündəmi dəyişdi. Belə ki, partiyaya yeni sədr müavinlərinin seçilməsindən tutmuş İdarə Heyəti və Siyasi Şurada edilən dəyişikliyə qədər bir çox məsələlər ciddi rezonans doğurdu. Azərbaycanın birinci xanımı da daxil olmaqla digər tanınmış YAP-çıların sədr müavini seçiləcəyi əvvəlcədən bəlli idimi? Bu dəyişiklik nə ilə bağlıdır: partiyanın nüfuzunu gücləndirmək üçün, yoxsa başqa siyasi məqsədlər var?

- Qeyd  edim ki, qurultayda struktur dəyişikliyi olmadı. YAP-ın strukturu necə idi, elə də qaldı. Sadəcə olaraq seçkili orqanlarda bəzi dəyişikliklər edildi. Bu da Siyasi Şuranın, İdarə Heyətinin və sədr müavinlərinin seçilməsindən ibarətdir. Qurultayın əvvəlcədən də qeyd etdiyimiz kimi, əsas qərarı prezidentliyə namizədin irəli sürülməsi idi.

Bilirsiniz ki, sədr müavinləri əvvəldən də var idi. Keçmiş qurultayımızda da sədr müavinləri seçilmişdi. Sadəcə sonradan diplomatik fəaliyyətlə bağlı, eləcə də başqa səbəblərdən 3 sədr müavini yeri boşalmışdı. O baxımdan onların yerinə yeni 3 sədr müavini seçildi. Burada başqa məqsəd yoxdur.

- Artıq YAP-da 4 sədr müavini var. Onlar arasında hər hansı bölgü aparılıbmı?

- Partiyanın qərarlarının qəbul olunmasında təbii ki, sədr müavinlərinin mühüm rolu var. Yenə də icra mexanizmi ilə icra katibliyi məşğuldur. Burada da bölgü aparılıb artıq. Bir sözlə, hərə öz üzərinə düşən işi icra edəcək.

- Diqqət çəkən məqamlardan biri də Misir Mərdanov, Şahlar Əsgərov kimi qocaman partiya funksionerlərinin rəhbərlikdən uzaqlaşırılması idi. YAP-ın quruculuğundan xidmətləri olan həmin insanların İdarə Heydərindən  kənarlaşdırılması nə ilə bağlıdır?

- Onlar indi Siyasi Şuranın üzvüdürlər. Sadəcə olaraq İdarə Heyətindən kənarlaşdırılıblar. İdarə Heyətində də lazımı dəyişikliklər edildi. Onların yerinə yeni insanlar cəlb olundular.

Yeni Azərbaycan Partiyası daim partiya strukturlarında yerdəyişmələr edir. Burada qeyri-adi bir şey yoxdur. Hər qurultayda bizdə bu cür hallar olub. Bu da bilavasitə sədrin səlahiyyətinə aid olan məsələdir. Yəqin ki, partiya üçün belə daha xeyrli olacaq.

- İcra katibinin müavinlərinin sayı nə üçün 3-dən 2-yə endirildi...

- İcra katibinin müavinləri çoxdan 2 nəfər idi. Çünki Bahar Muradova parlamentə sədr müavini seçildikdən sonra İcra Katibliyindəki fəaliyyətinə xitam verilmişdi. İcra Katibliyi daimi ştatlıdır. İki yerdə fəaliyyət göstərmək mümkün deyil. Bu baxımdan qurultayda bu məsələyə baxıldı və icra katibinin müavinlərinin sayı 2-yə endirildi.

- Bir məsələ də maraqlıdır, Yeni Azərbaycan Partiyası adından kimlərə danışmaq ixtiyarı verilib. Hər partiya üzvü YAP adından danışa bilərmi? Bu istiqamətdə prezident qurultayda hansı tapşırıqlar verdi?

- Təbii ki, kimin partiya adından danışacğı bəllidir. Qeyd edim ki, partiya adından partiyanın sədri, sədr müavinləri, icra katibi və onun müavinləri danışmaq hüququna malikdirlər. Qalan strukturlar da qərarverici orqandır. Tutaq ki, YAP üzvü olan deputatlar partiya üzvü kimi partiyanın siyasətini müdafiə etməlidir, amma partiya adından danışmaq iqtidarında deyillər. Konkret partiyanın həyatı ilə bağlı partiya adından bəyanatı sədr, sədr müavinləri və icra katibliyi verə bilər. Qalanları öz fikrini bildirə bilərlər, amma rəsmi partiya mövqeyindən çıxış etmək səlahiyyətində deyillər.

- Artıq qurultayınızı da keçirdiniz, partiya olaraq namizədiniz də bəllidir. Bundan sonra qarşıda hansıı planlarınız var. YAP-ın seçki strategiyasında dəyişiklik olacaqmı?

- Planlarımız bəllidir. Partiya sədri qurultayda çıxışında qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar  qoydu. Bu il seçki ilidir. Seçkilərə hazırlaşırıq. Seçki proqramımız hazırdır. Bu istiqamətdə işlər gedir. Rayonlarda görüşlərimizi davam etdirəcəyik. Bununla bağlı qrafiklərimiz də hazırdır. Bu səpkidə seçkilər elan olunana qədər davam ediləcək. Seçki elan olunduqdan sonra partiyanın bütün strukturları hazır vəziyyətə gətiriləcək.

- YAP-ın qurultay keçirdiyi gün Milli Şura da ilk iclasını keçirdi. Siz həmin gün namizədinizi elan etdiniz, onlar da özlərinə sədr seçdilər. Nə üçün iki əsas rəqib düşərgənin mühüm tədbiri eyni günə salınmışdı?

- Biz əvvəlcədən elan elədik ki, iyunun 7-si qurultayımızı keçirəcəyik. Onlar da bizə baxıb iclaslarını ayın 7-nə saldılar. Müxalifət özünü bizə oxşatmaq istədi. Guya ki, Milli Şura Yeni Azərbaycan Partiyasına alternativ qurum olacaq. Bu insanların yaratdığı şura YAP-ın ən kiçik təşkilatına belə,  alternativ ola bilməz.

- Yəqin ki, Milli Şuranın siyahısı ilə tanışsınız...

- Mən Milli Şuranın siyahısına baxanda gördüm ki, bunlar nə vəziyyətdədirlər. Hər partiyadan 6-7 nəfər, köşə yazarı, işdən qovulmuş vəkil və başqa nə qədər əhəmiyətsiz adamlar var yığıblar ora. Milli Şuranın tərkibi elan olunanda məni gülmək tutdu. Gör bunlar nə gündədirlər, nə vəziyyətdədirlər. Orda yığılan adamlara heç öz partiyalarında da hörmət qoyulmur. Bunlar gör nə gündədirlər ki, ordan-burdan yığılmış bir dəstədən kömək gözləyirlər. Heç özlərinə gün ağlaya bilmirlər, cəmiyyətə necə kömək olacaqlar?

- Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizədi olması istiqamətində ciddi müzakirələr də gedir.  Sizcə, YAP-ın əsas rəqibi Rüstəm İbrahimbəyov ola bilər?

- Rüstəm İbrahimbəyovun namizədliyi qəbul olunmayacaq. İstər Əli Kərimli olsun, istərsə də İsa Qəmbər olsun, onlar heç vaxt bir-birlərini qəbul etməyiblər. Onlar vahid namizəd məsələsində də bir qərara gələ bilməyəcəklər. Bu insanlar öz maraqlarından başqa, heç nəyi düşünmürlər. Hətta öz partiyalarında hörməti itiriblər. Seçkiyə başlamağa iki ay müddət qalır, hələ bunlar namizəd müəyyənləşdirə bilməyiblər.

- Uzun illərdir siyasətlə məşğul olan müxalifət liderlərinin indi Rüstəm ibrahimbəyov kimi mədəniyyət xadiminin ətrafında birləşməsi, onu özlərinə sədr seçməsi nədən xəbər verir? Sizcə, İbrahimbəyovun ətrafında birləşməyin görünməyən tərəfləri nədir?

- Bu sadəcə olaraq şoudur. Onlar gözləyirlər ki, Rüstəm İbrahimbəyov ordan-burdan bir az pul tapıb gətirsin. Yenə deyirəm, bu insanlar guya, Milli Şurada birləşiblər. Halbuki, ora yığışanların hamısının  məqsədi şəxsi maraqlarını güdmək və Rüstəm İbrahimbəyovdan pul qoparmaqdır. Dövlətin, millətin maraqları onların vecinə deyil. Bəziləri hətta lazım gəlsə, 5 qəpiyə Vətəni də satarlar.

Anar RÜSTƏMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mənzildən qadın meyiti tapıldı 30 Sentyabr 2020, 00:54 Polad Bülbüloğlu Rusiya XİN-ə çağırıldı 30 Sentyabr 2020, 00:43 UEFA Ermənistandakı Avropa Liqası matçının yerini dəyişdirdi 30 Sentyabr 2020, 00:29 Gəncədə ağır qəza: 1 ölü, 4 yaralı 30 Sentyabr 2020, 00:12 Gürcüstanda koronavirusdan daha 2 nəfər ölüb 29 Sentyabr 2020, 23:59 Baş nazirdən 2021-ci il dövlət büdcəsi ilə bağlı QƏRAR 29 Sentyabr 2020, 23:46 Gürcüstan ermənilərindən TƏXRİBAT - Türkiyə ilə sərhədi bağladılar 29 Sentyabr 2020, 23:42 Niderland cəbhədəki vəziyyətlə bağlı məlumatlandırılıb 29 Sentyabr 2020, 23:38 Ermənilər ciddi itkilər verib: “Ölü sayı sabah açıqlanacaq” 29 Sentyabr 2020, 23:26 Prezidentdən suriyalı muzdlularla bağlı iddialara CAVAB 29 Sentyabr 2020, 23:22 “Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan” - İlham Əliyev 29 Sentyabr 2020, 23:21 Ermənistan ordusunun mövqeləri darmadağın EDİLDİ 29 Sentyabr 2020, 23:13 Ölkəmizdəki xarici hərbi attaşelər əməliyyat şəraiti barədə məlumatlandırılıb 29 Sentyabr 2020, 23:09 Erməni hərbçi belə yalvardı  - VİDEO 29 Sentyabr 2020, 22:59 Qətərin Əmiri İlham Əliyevə telefonla zəng edib 29 Sentyabr 2020, 22:26 “Röyters” ermənilərin yalanını ifşa etdi 29 Sentyabr 2020, 22:24 İlham Əliyev: “Təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin” 29 Sentyabr 2020, 22:19 Xocalıda qətliam törədən “Arabo” batalyonunun komandiri Qarabağa GƏLİR 29 Sentyabr 2020, 22:17 Müdafiə Nazirliyindən Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı PAYLAŞIM 29 Sentyabr 2020, 22:05 Litva Dağlıq Qarabağdakı gərginlikdən narahatdır 29 Sentyabr 2020, 21:51 Ermənilər Zobucuq qəsəbəsindəki xəstəxananı atəşə tutdu 29 Sentyabr 2020, 21:40 Baş Prokurorluqdan Rusiyaya müraciət: 20 minədək erməninin Qarabağa göndərilməsi... 29 Sentyabr 2020, 21:32 BMT Təhlükəsizlik Şurası 27 il sonra Qarabağ üçün TOPLAŞIR – 15 ÜZV ÖLKƏ 29 Sentyabr 2020, 21:21 Ədliyyə işçiləri Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 600 min manat köçürdü 29 Sentyabr 2020, 21:13 Fuad Oktay Əli Əsədova zəng etdi 29 Sentyabr 2020, 21:07 Teledərslərin sentyabrın 30-u üçün cədvəli müəyyənləşib - FOTO 29 Sentyabr 2020, 20:57 Putin Paşinyanla DANIŞDI: “Qarabağda döyüşlərin davam etməsindən narahatıq” 29 Sentyabr 2020, 20:56 “Sülhdən danışmaq hələ çox tezdir” - Metyu Brayza 29 Sentyabr 2020, 20:53 Bakıda növbəti polis reydi keçirilib 29 Sentyabr 2020, 20:41 “Türkiyə sona qədər Azərbaycanın yanındadır” - Ömər Çelik 29 Sentyabr 2020, 20:30 Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! - Mehriban Əliyeva 29 Sentyabr 2020, 20:23 Gürcüstandan hərbi yüklərin tranzitinə qadağa qoyulub 29 Sentyabr 2020, 20:13 Ermənilərin atdığı mərmi Goranboyda yaşayış evlərinə düşüb 29 Sentyabr 2020, 20:00 İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu 29 Sentyabr 2020, 19:50 Müdafiə Nazirliyi Ermənistanın məhv edilən yüksək rütbəli zabitlərin adlarını AÇIQLADI 29 Sentyabr 2020, 19:30