Arxiv
27 mart 2014, 11:37 | MÜSAHİBƏ
Erməni qəzetində işləyən azərbaycanlı jurnalist: “Burda mehriban komanda var” - MÜSAHİBƏ

“İşim kiminsə xoşuna gəlmirsə, mən onu atmalıyam?”


Bir millətin torpaqlarını işğal edən, soydaşlarını yurd-yuvalarından didərgin salan düşmənlə eyni damın alında istəmədən üz-üzə, göz-gözə gəlmək ilk baxışdan mümkündürmü? Türkiyədə dərc olunan erməni qəzeti “Aqos”un azərbaycanlı müxbiri Arzu Qeybullayeva Modern.az saytına müsahibəsində elə bu və digər maraqlı suallara cavab verir.

İlk olaraq Türkiyəyə gedişinizdən danışaq. Sizi Türkiyəyə aparan səbəblər nə olub? Təhsil, ailə həyatı və ya başqa səbəblər? Özünüz barədə geniş məlumat verərdiniz.

– Türkiyəyə 2001-ci ildə təhsil almaq üçün getmişəm. Bakıda, Bakı Türk Anadolu Liseyində təhsil alırdım. O vaxtlar YOS və TCS kimi imtahanlar bizə seçim olaraq verilirdi. Mən də digər məktəb yoldaşlarım kimi hər ikisinə hazırlaşırdım. İmtahan vaxtı gəlib çatanda ilk olaraq TCS’yə, sonra YOS’ə girdik. Bizim imtahanlara girdiyimiz il, heç birimiz TCS-dən keçə bilmədik. Şoktaydıq. Sonra hamımız qərara gəldik ki, imtahan sadəcə olaraq çox çətin idi və əgər ən savadlımız belə daxil ola bilmədisə, o zaman üzülməyə dəyməz. Hələ qabaqda YOS var idi. YOS’dən bir neçəmiz keçdik. Beləcə, Türkiyə macəram başladı. Bilkent Universitetinin beynəlxalq əlaqələr fakültəsini qazandım. Əlaçı idim, Türkiyədə qırmızı diplom yoxdur, amma “Summa Cum Laude” deyilən bir dərəcə var, xaricdə istifadə olunur, universiteti onunla bitirmişəm.

Bilkentdən sonra Londonda təhsilimi davam etdirmişəm. “London School of Economics and Politial Science” Universitetidən Dövlət fakültəsində Qlobal Siyasət üzrə magistratura diplomuna nail oldum. Londonda hələ universiteti bitirmədən iş axtarışına başladım. İstanbulda yerləşən İngilis (danışmanlıq) məsləhətçi şirkəti tərəfindən işə qəbul olundum. Londondan İstanbula gəldim. Burada bir ilə yaxın araşdırmaçı olaraq çalışdım. Sonra “European Stability Initiative” adında bir “think tank”ə Azərbaycan üzrə analist olaraq işə başladım. Beləcə, işimlə əlaqədar, Azərbaycana sıx-sıx gəlməyə başladım. Hər ay ən azı iki və ya üç həftəni Azərbaycanda keçirirdim. Araşdırma aparırdım. Rayonlara gedirdim. Çox maraqlı idi. 2009-cu ildə Bakıya qayıtdım, Milli Demokratiya İnstitutundan təklif alaraq. 2010-cu ildə yenidən İstanbula geri qayıtdım. Bu dəfə ailə qurmaq səbəbi məni İstanbula qaytardı – evlenirdim. Və beləcə, 2010-cu ildən bu yana İstanbulda həyat yoldaşımla bir yerdə yaşayıram.

Dediniz Türkiyədə təhsil almısınız. Bəs, Türkiyə vətəndaşlığını qəbul etmisinizmi?

– Qeyd etdiyim kimi təhsilmi əvvəl Türkiyədə, sonra İngiltərədə almışam. Türkiyədən qabaq isə 1999-2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşam. Türkiyə vətəndaşlığını hələ qəbul etməmişəm.

– Sizin soyadınız çox tanışdır. Təsadüfən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri olmuş mərhum Qeybulla Qeybullayevin qızı deyilsiniz?

– Bəli.

– Bir müddət öncə Türkiyədə Azərbaycanlı jurnalist Mahir Zeynalov deportasiya olundu. Bir çoxları kimi siz də bu məsələyə Türkiyədə fəaliyyət göstərən jurnalistlərdən münasibət öyrəndiniz. Türkiyədə çalışan azərbaycanlı həmkarlarınızdan onların fəaliyyətinə hansı çətinliklər yaradıldığını soruşmuşdunuz. Maraqlıdır, sizin özünüzün fəaliyyətinizə hər hansı çətinlik törədilirmir ki?

– Mən Gəzi hadisələrinə qədər Türkiyə haqqında heç yazmırdım. Daha çox xarici mediada Azərbaycan ilə bağlı yazırdım. Gəzi hadisələrindən sonra Türkiyə haqqında yazmağa başladım. Amma daha çox şəkil göndərirdim. Yəni fotojurnalist kimi işləyirdim. Bu günə qədər fəaliyyətimdə bir çətinlik hiss etməmişəm, təbii ki, bundan sonrasını deyə bilmərəm.

Bildiyimizə görə, siz Türkiyədə fəaliyyət göstərən “Aqos” qəzetində çalışırsınız. Orada işə düzəlməyinizdən danışardınız? Neçə oldu ki, məhz “Aqos” qəzetini seçdiniz?

– Azərbaycan-Ermənistan üzrə apardığım işlərlə tanış idilər. Məni qəzetə dəvət etdilər. Bu barədə söhbət etdik. Sonra qəzet üçün yazmağı təklif etdilər. Mən də qəbul etdim. Beləcə, qəzetdə fəaliyyətə başladım.

Dediniz Azərbaycan-Ermənistan üzrə apardığım işlərlə tanış idilər. Bunlar hansı işlər idi? Bir az bu işlərdən danışardınız.

-2009-cu ildən iki ölkə arasında keçirilən kiçik miqyaslı proyektlərdə daha çox təlimçi kimi iştirak etmişəm. 2011-ci ildə isə “İmagine Center for Conflict Transformation” adında kiçik təşkilata qoşuldum. Bizim mərkəz 2007-ci ildə qurulub və münaqişələrin həlli üzərində çalışır. Biz eyni zamanda Türkiyə-Ermənistan, Gürcüstan-Abxaziya konfliktləri üzərində də işləmişik. Məqsəd insanları bir araya gətirib, onlara fikir mübadiləsi şansı yaratmaqdır.

Neçənci ildən "Aqos"da işləyirsiniz?

– Keçən ildən.

– Heç kimə sirr deyil ki, bir vaxtlar Xrant Dinkin redaktoru olduğu “Aqos” qəzeti Türkiyədə nəşr olunan erməni qəzetidir. Orada işləyən bir Azərbaycanlı kimi sizə qarşı münasibət necədir?

– Bildiyiniz kimi, “Aqos”da həm türk, həm də türk erməniləri çalışır. Qəzet həm türk, həm də erməni dilində həftədə bir dəfə nəşr olunur. Qəzetdə işə başladığımdan həmişə müsbət münasibət və enerji ilə qarşılaşmışam. Burada çox mehriban komanda var.

– Heç olubmu ki, Azərbaycanlı olduğunuza görə sizin hər hansı bir yazınıza “Aqos”da çap olunmasına qadağa qoyulsun?

– Xeyr.

Azərbaycanı Türkiyədə təmsil edən bir azərbaycanlı, həm də bir jurnalist kimi Azərbaycan-Ermənistanla bağlı mübahisələriniz düşürmü?

– Açığı, bu günə qədər belə bir şey ilə rastlaşmamışam.

Hər il dünyanın müxtəlif yerlərindən eləcə də qardaş Türkiyədə Xocalı, Mart soyqırımları, Sumqayıt hadisələri anılır. Ermənilərin, həmçinin “Aqos”çuların sizə münasibəti, baxışları necə olur? Sizə qarşı hər hansı bir aqressiya nümayiş olunurmu?

– Yox, belə bir şey olmur.

– Azərbaycana son dəfə nə zaman gəlmisiniz?

– Son gəlişim keçən il olub. Əlimdən gəlincə Azərbaycana gəlməyə çalışıram. Bu il atamın ikinci ildönümünə gələ bilmədim. Amma ümid edirəm yaxın zamanlarda gələcəyəm.

– Azərbaycanda hər hansı yaxınlarınız varmı və onlardan kiminləsə əlaqə saxlayırsınızmı?

– Bəli, var. Qardaşım Azərbaycanda yaşayır. Qardaşımla bərabər bir neçə qohum-əqrəbam da Azərbaycandadır. Onlarla tez-tez əlaqə saxlayıram. Xalam və xalam uşaqları ilə əlimdən gəldikcə əlaqə saxlayıram.

– Sizi “Aqos”da işləməyinizə görə qınayanlar olmayıb ki?

– 2009-cu ildən bu yana xalq diplomatiyası olaraq adlandırdığımız təşəbbüslərində ya yer almışam, ya da özüm işləmişəm, ya da trener və ya məruzəçi kimi danışmağa dəvət edilmişəm. Təbii ki, bəzən qınayanlar olur. Amma bu o, demək deyil ki, mən işimə görə qınanıramsa və mənim işim sırf kiminsə xoşuna gəlmirsə və ya uyğun deyilsə mən işimi atmalıyam. Bu həyatda hamımız nə isə etməyə çalışırıq. Kimimiz müsbət, kimimiz mənfi. Mənim şəxsi həyat fəlsəfəmə görə, insanlar gərək elə şeylər etsinlər ki, bu həyatdan gedəndə ən azından arxaya dönüb baxanda maraqlı, dolu-dolu, zəngin və produktiv şeylər qalsın. Qınayanlar, pisləyənlər, hətta söyənlər belə, həmişə olub, olacaq. Biz isə buna baxmadan, nə olursa-olsun işimizə davam etməliyik.

Gültəkin ƏLƏSGƏR

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dilə, dil quruculuğuna qarşı diplomatiya... - II YAZI 18 İyun 2019, 08:51 Dövlət Komitəsi: “Məhkəmələrdə ən çox baxılan iş aliment məsələsidir” - MÜSAHİBƏ 18 İyun 2019, 08:46 Manat və dolların məzənnəsi  dəyişmədi 18 İyun 2019, 08:35 Bu gün AvroLiqanın püşkü atılacaq 18 İyun 2019, 08:27 Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər 18 İyun 2019, 08:21 Gürcüstan daha bir axtarışda olanı Azərbaycana təhvil verir 18 İyun 2019, 00:41 Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı 18 İyun 2019, 00:18 Sumqayıtda toyda kütləvi dava 17 İyun 2019, 23:59 Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılmasını izlədi - FOTO 17 İyun 2019, 23:43 Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı 17 İyun 2019, 23:27 Leyla Əliyeva ÜTT ilə Anlaşma Memorandumu imzaladı - FOTO 17 İyun 2019, 23:10 Binəli Yıldırım qəzaya düşənə belə yardım etdi - VİDEO 17 İyun 2019, 22:54 Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı 17 İyun 2019, 22:41 Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB 17 İyun 2019, 22:20 “Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla Abdullayeva 17 İyun 2019, 22:08 Goranboyda Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu - FOTO 17 İyun 2019, 21:43 Elçibəyin ailəsi adından Mehriban Əliyevaya təşəkkür 17 İyun 2019, 21:22 “Mercedes” beton maneəyə çırpıldı: 1 ölü 17 İyun 2019, 21:13 “Qarabağ” ikinci qrupda yer aldı 17 İyun 2019, 20:56 TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Deputat yazır 17 İyun 2019, 20:37 “Zeko” kanalizasiyadan oğurluq etdi 17 İyun 2019, 20:18 Sabiq prezident məhkəmə zalında öldü 17 İyun 2019, 20:02 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19