Arxiv
30 Sentyabr 2009, 17:03 | MƏDƏNİYYƏT
Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına salınıb

Azərbaycanın qeyri-maddi irs nümunələrinin beynəlxalq səviyyədə təbliği məqsədilə atılan daha bir addım öz nəticəsini verib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili xanım Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi Azərbaycanın Azərbaycan aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi istiqamətində işlər aparılırdı. Nazirlikdən bildirilib ki, Azərbaycan aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi istiqamətində görülmüş işlər Heydər Əliyev Fondunun rəhbərliyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilib. Bu məqsədlə “Azərbaycan aşıq sənəti” faylı hazırlanıb və YUNESKO-ya təqdim edilib. Müvafiq fayl hazırlanıb Hökumətlərarası komitənin iclasında müzakirə olunmaq üçün YUNESKO-ya təqdim olunduqdan sonra bu yolda atılmış növbəti addım Aşıq sənətinin təbliği və inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tədbirlər Planının hazırlanması olub. Bu plan çərçivəsində aşıqların qurultayının keçirilməsi, aşıqların iştirakı ilə xarici ölkələrdə konsert proqramlarının təşkil olunması, Aşıqlar Birliyinin yaradılması, fəxri adların verilməsi, aşıqların yubileylərinin qeyd olunması, kitabların və notların çap edilməsi, orta və ali musiqi məktəblərində aşıq sənətinin tədris olunması istiqamətində geniş miqyaslı işlər görülüb. Bununla yanaşı, Azərbaycan dövləti və Fransanın Maison des cultures du Monde şirkətinin birgə əməkdaşlığı nəticəsində Azərbaycanda və Fransada CD disklər buraxılıb, Fransanın Paris (Luvr muzeyində) və Strasburq şəhərlərində Azərbaycan aşıqları konsert proqramları ilə çıxış edib, həmçinin ölkə xarici və daxilində keçirilib, bu istiqamətdə nazirlik tərəfindən təşviqat işləri və lobbiçilik fəaliyyətləri həyata keçirilib.

Nəticədə 28 sentyabr - 02 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın Aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Balakəndə naməlum xəstəlik aşkarlanıb? - Səhiyyə Nazirliyindən AÇIQLAMA 17 Sentyabr 2019, 10:33 Müsavat partiyası ÇALXALANIR - Partiya üzvü Arif Hacılını başqanlıqdan getməyə ÇAĞIRDI 17 Sentyabr 2019, 10:27 1-ci sinfə şagird qəbulunun vaxtı uzadıldı 17 Sentyabr 2019, 10:21 Gənc Tamaşaçılar Teatrının tavanı çöküb 17 Sentyabr 2019, 10:17 Ötən gün yol qəzalarında 3 nəfər ölüb 17 Sentyabr 2019, 10:13 Bu şəkil müəllimləri qınağa TUŞ ETDİ 17 Sentyabr 2019, 10:05 Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verdi 17 Sentyabr 2019, 09:58 Metrodakı sərnişin sıxlığının səbəbi AÇIQLANDI - YENİLƏNİB 17 Sentyabr 2019, 09:41 Ermənilər atəşkəsi 22 dəfə pozdular 17 Sentyabr 2019, 09:35 Mənəvi dəyərlər, qanunun aliliyi, ədəb-ərkan... - Doğum gününü qeyd edən KOMİTƏ SƏDRİ 17 Sentyabr 2019, 09:31 Telejurnalist Aytəkin Alxaslı təltif olundu - FOTO 17 Sentyabr 2019, 08:19 Müsavat başqanlığına yeni NAMİZƏD: “Partiyanın idarə olunması qənaətbəxş deyil” 17 Sentyabr 2019, 08:14 Bu günün məzənnəsi necə olacaq? 17 Sentyabr 2019, 08:06 Yük qatarı relsdən çıxdı 17 Sentyabr 2019, 00:48 Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA 17 Sentyabr 2019, 00:33 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü 17 Sentyabr 2019, 00:15 Qaxda ağır qəza: yaralılar var 16 Sentyabr 2019, 23:57 İlham Əliyev Mehriban Əliyeva ilə birgə dünya çempionatının açılışına qatıldı - FOTOLAR, YENİLƏNİB   16 Sentyabr 2019, 23:44 Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi 16 Sentyabr 2019, 23:31 Neftin qiyməti kəskin bahalaşdı 16 Sentyabr 2019, 23:14 UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul köçürdü 16 Sentyabr 2019, 23:01 Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək 16 Sentyabr 2019, 22:46 Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı 16 Sentyabr 2019, 22:33 Tramp yenidən İranı hədəf aldı 16 Sentyabr 2019, 22:16 Qobuda daş karxanasında fəhlə öldü 16 Sentyabr 2019, 21:54 Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı 16 Sentyabr 2019, 21:42 Paşinyan Sərkisyanın kürəkənini geri qayıtmağa çağırdı 16 Sentyabr 2019, 21:28 Bakıda xəstə kişi binadan yıxılıb öldü 16 Sentyabr 2019, 21:13 Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü 16 Sentyabr 2019, 20:42 Xəzərdə zəlzələ oldu 16 Sentyabr 2019, 20:29 Ərdoğan, Ruhani, Putin bir arada 16 Sentyabr 2019, 20:16 Tofiq Yaqublu Müsavat başqanı ola bilər 16 Sentyabr 2019, 20:01 Mingəçevirdə uşaq evindən oğurluq edildi   16 Sentyabr 2019, 19:57 Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək 16 Sentyabr 2019, 19:50 Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçildi - FOTOLAR 16 Sentyabr 2019, 19:42