Arxiv
23 İyul 2014, 13:36 | MÜSAHİBƏ
Fransada adına beynəlxalq müsabiqə keçirilən azərbaycanlı pianoçu ilə MÜSAHİBƏ

Adilə Əliyeva: Xaricdə musiqi ifaçılığı həm də diaspor işidir 



Dünya şöhrətli pianoçu Adilə Əliyevanı yəqin ki, Azərbaycanda  çoxları tanmır. Artıq dünya musiqi aləmində özünü təsdiqləyən Adilə xanım 25 ilə yaxındır ki, Fransada yaşayır. O, 50-dən çox ölkənin konsert salonlarında çıxış edib. Dünyanın məşhur səsyazma studiyalarında  30-dan artıq kompakt-diski yazılıb, eləcə də 200-dən çox müxtəlif radio və TV-lərdə haqqında mütəmadi xəbərlər, xüsusi verilişlər çəkilib. Diaspor Jurnalistləri Birliyi Adilə xanımdan aldığı müsahibəni Modern.az saytına təqdim edib. Onu diqqətinizə çatdırırıq.

- Adilə xanım, mümkünsə soydaşlarınıza özünüzü tanıdın... 

- Hələ 6 yaşım olanda radioda ilk dəfə ifam yazılıb. Simfonik orkestrlə isə ilk çıxışım 7 yaşımda Leo Qinzburqun dirijorluğu altında keçib. Bir də həmin ərəfələrdə “Dostluq melodiyaları” adlı sənədli kinofilmdə mən Niyazinin idarəsi ilə D. Şostakoviçin İkinci konsertini ifa etmişəm. Bül-Bül adına orta ixtisas musiqi məktəbini bitirəndən sonra  P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasına daxil oldum, oranı qırmızı diplomla bitirdim və aspiranturaya da qəbul oldum. Konservatoriyadan sonra sayını itirdiyim ölkələrdə unudulmaz konsertlər, müsabiqələr başlandı. Hətta 1980-86-cı illərdə Bakının o zaman kı Oktyabr, indiki Yasamal rayonunun deputatı da olmuşam.

- Nə vaxtdan Fransada yaşayırsız?

- Həyat yoldaşım Sergey Bespali ilə İsveçrəyə qastrola getmişdik. Yeri gəlmişkən, o da musiqiçidir- vokalçı və dirijordur. Səfərimiz elə vaxta təsadüf etmişdi ki, hər tərəfdə gərginlik hökm sürürdü. 90-cı il idi. Çıxışımız yüksək qarşılandığından bizə orda qalıb işləmək təklifi etdilər. Beləliklə, əvvəlcə İsveçrəyə, sonra isə Fransaya köçdük.

-Azərbaycanın məşhur bəstəkarlarından hansılarının əsərlərini ifa edirsiz?

- Qürbətdə yaşasaq da bir an olsa belə özümüzü Azərbaycandan kənarda hiss etmirik. Demək olar, hər konsertimdə Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirəm. Azərbaycanlı bəstəkarlardan Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Oqtay Rəcəbov, Vaqif Mustafazadə, Arif Məlikov və başqalarının əsərlərini ifa edirəm. Mənim Vaqif Mustafazadə ilə dost münasibətim var idi. Biz onunla qonşu idik. Bir çox bəstələrinin ilk dinləyicisi olmuşam...

-Siz eyni zamanda musiqi tədris edirsizmi?

-Əlbəttə. Mən Fransa Beynəlxalq  Musiqi Akademiyasının direktoruyam, eyni zamanda orada pianinodan dərs deyirəm. Burada 100-ə yaxın tələbə dərs alır. 
Bizə Fransada, ümumiyyətlə, Avropada böyük hörmət var. 1996-cı ildən Fransada hər iki ildən bir mənim adıma beynəlxalq müsabiqə keçirilir. Müsabiqə belə adlanır: “Adilə Əliyeva adına pianoçuların beynəlxalq müsabiqəsi”. Hər dəfə 255 nəfərə yaxın musiqiçi bu müsabiqədə iştirak edir. Qaliblərin ümumi mükafat fondu 26 min avrodur. Bunun bütün xərcini Fransa dövləti ödəyir.

   -Azərbaycan musiqisinin dünyada tanınması istiqamətində hansı işlər görürsüz?

- Bütün Avropa və Amerika ölkələrində konsertlərim olur. Hətta mən Vatikanda konsert vermişəm. Orada Luçano Pavarottinin də konsert olmuşdu. Çox böyük konsert idi. Azərbaycanın İtaliyadakı səfiri də konsertdə iştirak edirdi. Konsertdə kardinalla yanaşı, eyni zamanda 40 yepiskop var idi.

- Fransadakı diasporumuzla əlaqələriniz necədir?

- Mənim işim həm də diaspor fəaliyyətidir. Xaricdə musiqi ifaçılığı həm də diaspor işidir.  Mən özümü diaspor nümayəndəsi hesab edirəm. BMT-nin Cenevrədəki ofisində mənim konsertim olub. Orada 300-dən çox diplomat var idi. Hamısı məni ayaq üstə alqışlayırdı.

 Bu çox böyük bir uğur idi. Mənim diasporla çox gözəl əlaqələrim var. Hər bir tədbirlərinə dəvət alıram.

- Sizcə, məşhur musiqiçi olmaq üçün insandan əsas nə tələb olunur?

- Çox gözəl sualdır. Tanınmış musiqiçi olmaq üçün insandan istedad və bacarıq tələb olunur. Budan başqa isə çalışmaq lazımdır. Bir də güclü məktəb keçmək lazımdır. Amma şans, qismət də olmalıdır... 

-Bəs, siz məşhur olmağınıza görə kimə borclusuz?

- Birinci Allaha. Daha sonra isə valideynlərimə. 

- Olurmu ki, Azərbaycan üçün darıxasınız?

- Əlbəttə, olur.

-Belə vaxtlarda ürəyinizdən hansı musiqini ifa etmək keçir?

- Belə zamanlarda Fikrət Əmirovun “Gözəlim sənsən” musiqisini ifa edirəm. Bundan sonra da ağlayıb sakitləşirəm.

- Perspektivdə hansı layihələriniz var?

- Azərbaycan, Fransa və İsveçrə musiqiçilərindən ibarət bir müsabiqə keçirmək istəyirəm. Mənim haqqımda “Musiqidə yaşamaq” adlı bir sənədli film çəkilib. Bu film dünyanın 3 min telekanalında göstəriləcək. Çalışırıq ki, bunun üçün sponsor tapaq.   

Fuad Hüseynzadə

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47 Gələn il yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır 20 Avqust 2019, 16:33 5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq 20 Avqust 2019, 16:27 Bakıda 19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb 20 Avqust 2019, 16:22 Azərbaycana 7 ayda gələn turist sayı... 20 Avqust 2019, 16:14 Azərbaycanda Avrasiya Xalqları Günləri keçiriləcək 20 Avqust 2019, 15:56 Şuranın dəstəyi ilə grant.az saytı yaradılacaq 20 Avqust 2019, 15:53 Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin axtarışına qoşulanlara təşəkkür etdi 20 Avqust 2019, 15:36 Prezident ölkədə oliqarxların olmaması ilə fəxr etdi 20 Avqust 2019, 15:28 Bu il Azərbaycan əhalisinin gəlirləri 32 milyard manatı ötüb 20 Avqust 2019, 15:15 Nursultan Nazarbayev klip çəkdirdi - VİDEO 20 Avqust 2019, 14:51 Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: “Heç bir əxlaqa sığmır” 20 Avqust 2019, 14:34 Abituriyentlər elektron arayış əldə edə biləcəklər DİM-dən YENİLİK 20 Avqust 2019, 14:24 Hirkan qoruğunda yanğın oldu 20 Avqust 2019, 14:21 Azərbaycanda yeni yaranan partiyalar niyə oturuşa bilmir?.. 20 Avqust 2019, 14:08 Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi 20 Avqust 2019, 13:56 Deputatın seçicilərlə görüşü davam edir 20 Avqust 2019, 13:42 “Maşın” yenidən başlayır 20 Avqust 2019, 13:39 Putindən Fransanın “birinci ledisi”nə qəribə kompliment 20 Avqust 2019, 13:33 Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu” 20 Avqust 2019, 13:13 Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ 20 Avqust 2019, 12:46 Obama, Zukerberq və Geyts Ermənistana gedir 20 Avqust 2019, 12:35 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI 20 Avqust 2019, 12:31 Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxundu   20 Avqust 2019, 12:09 Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib 20 Avqust 2019, 12:04 Ağstafada piyadanı vurub qaçan sürücü həbs olundu 20 Avqust 2019, 11:57 672 bal toplayan abituriyent Dillər Universitetini seçdi 20 Avqust 2019, 11:55 “Bu qədər pul hardandır?!” - Deputat HİDDƏTLƏNDİ: “Əsgərlikdə olmayan məmur övladları xaricdə kef çəkirlər” 20 Avqust 2019, 11:53