Modern.az

Şuşa türməsindən ən yeni FOTOLAR

Şuşa türməsindən ən yeni FOTOLAR

Reportaj

15 Aprel 2015, 16:14

Azərbaycanın işğal altında olan Şuşa şəhərində yerləşən məşhur Şuşa həbsxanasının son fotoları yayımlanıb. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, işğal altındakı torpaqlarda fəaliyyət göstərən “Vətəndaş Təşəbbüsləri Mərkəzi” monitorinq məqsədilə Şuşa həbsxanasına baş çəkib.

1848-c ildə Çar Rusiyası dövründə inşa olunan Şuşa həbsxanası Rusiya İmperiyası və sovet hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunurdu. Şəhər işğal edildikdən sonra həbsxana 1995-ci ildən separatçı “Qarabağ rejimi”də cinayət törədən şəxslərin saxlanıldığı islah-əmək düşərgəsinə çevrilib.

Hazırda həbsxana 3 rejimdə - qapalı, yarımqapalı və açıq fəaliyyət göstərir.
Qapalı rejimdə cəza çəkənlərin sayı hazırda 33 nəfərdir. Yarımqapalı rejimdə 41, açıq rejmidə isə daha 58 nəfər cəza çəkir. Ümumlikdə, həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub.
Bəzi məlumatlara görə, həbsxanadakı gizli hücrələrdə azərbaycanlı əsir və girovlar da saxlanılır.

Modern.az
həbsxanada “monitorinqi” aparmış Vardan Voskanyanın çəkdiyi fotoları təqdim edir.     































Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub