Arxiv
1 İyun 2015, 11:22 | MÜSAHİBƏ
Deputat: “Bizim məmurlar qorxu hissini itiriblər” - MÜSAHİBƏ

Rasim Musabəyov: “Prezident İlham Əliyev azğınlaşmış məmurları yerlərində oturdacaq”


Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Modern.az saytına müsahibə verib.

- Siyasi fəaliyyətinizdə 90-cı illər mühüm rol oynayıb. SSRİ-nin dağılması ərəfəsində, daha doğrusu, 1990-1991-ci illərdə Bakı şəhər Partiya Komitəsində ideoloji şöbə müdiri olmusunuz. Siyasi baxışlarınızın müəyyənləşməsinə əhəmiyyətli bir hadisə olan o illər sizin yaddaşınızda hansı izlər qoyub?

- Bilmək istəyirsinizsə, o dövr əslində mənim üçün bağlanıb. Amma sualınızı da cavabsız qoymaq istəmirəm. O vaxt mən Moskvadan gəldim və Bakı şəhər Partiya Komitəsində şöbə müdiri oldum. O zaman düşünürdülər ki, Kommunist Partiyasını islah etmək mümkündür. Əslində mənə də Moskvanın ab-havası dəymişdi, müasir düşüncəli bir adam kimi o vəzifəyə qoymuşdular. Amma sonra məlum oldu ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi heç bir dəyişiklik istəmir.

“QKPÇ” hadisələrindən (1991-ci ilin avqust ayında -red.)  sonra və mənim də təsirimlə Bakı şəhər Partiya Komitəsində başa düşdülər ki, partiyanı saxlamağa ehtiyac yoxdur. Bununla da mənim Kommunist Partiyasındakı fəaliyyətim qurtardı. Açığı, o illəri heç yada da salmaq istəmirəm.

- 1991-ci ilin sentyabrında prezident seçilən Ayaz Mütəllibovla hansısa təmaslarınız olurdu?

- Onunla heç bir şəxsi əlaqəm olmayıb. Mən hələ  Moskvada çalışanda bir mütəxəssis kimi milli məsələlər üzrə elmi bölmənin rəhbəri idim. Qarabağ münaqişəsi ilə bağlı sözümə ehtiyac duyulurdu. Ayaz Mütəllibovun da ekspertlərə ehtiyacı var idi. Əlaqələrimiz işgüzar səviyyədə, rəhbər və məmur səviyyəsində idi.

- Ayaz Mütəllibovla şəxsi münasibətləriniz olmasa da, hər halda, işgüzar müstəvidə sizin rəylərinizə önəm verirdi...

- Təbii ki, Qarabağ probleminin həlli ilə bağlı fikirlərimi dinləməyə məcbur idi.

- Səhv etmirəmsə, sizin Tamerlan Qarayevlə şəxsi əlaqələriniz olub?..

- Onunla qohumluq əlaqələrim var. Vəssalam, başqa bir şey deməyə ehtiyac yoxdur.

- Rasim müəllim, görürəm ki,  o illərlə bağlı sualları, nədənsə ətraflı cavablandırmaq istəmirsiniz. Ona görə keçək müasir dövrün siyasi proseslərinə. Azərbaycan ictimai-siyasi həyatında baş verənlər artıq ənənəyə çevrilib. Hər yerindən duran QHT rəhbəri ABŞ və Qərb əleyhinə bəyanat verir. Politoloq kimi bu anti-Qərb əhval-ruhiyyəsinin mahiyyətini necə şərh edərdiniz?

- Hər yerindən duran adam Amerika əleyhinə danışırsa, çox səhv edir. Onlar, sadəcə olaraq Amerikanın dünyada rolunu, imkanlarını qavramırlar. Hətta o boş-boş danışan adamlar heç özlərinin kim olduğunu tam dərk etmirlər.

Azərbaycanın dövlət olaraq öz maraqları, baxışları var və biz ABŞ-ın hər dediyi ilə oturub-durmaq məcburiyyətində deyilik. Amma bu da o demək deyil ki, hər yerindən duran Amerikanı söyməli, təhqir etməlidir. Amerikaya sözlə müharibə elan etmək ən azından çox gülüncdür. İndi ağılsız adamlar çoxdur və onlar öz əhəmiyyətlərini, çəkilərini də anlamırlar. Kimisə ittiham edəndə düşünmürlər ki, onların açıqlamalarının heç bir əhəmiyyəti yoxdur. Azərbaycan dövlət olaraq öz maraqlarını kifayət qədər müdafiə edir. Ancaq neçənci dərəcəli adamların mənasız bəyanatlarına ehtiyac yoxdur.

Amerikanın müsbət və mənfi tərəfləri var, amma dünya siyasətindəki çəkisi çox böyükdür. Bunu başa düşmək lazımdır.

- Azərbaycanın xarici siyasətində böyük bir dilemma qarşısında qaldığını iddia edənlər də az deyil. Sizin fikriniz nədir, Qərb, yoxsa Rusiya?

- Ölkənin xarici siyasəti onun coğrafiyasına bağlıdır. Bu siyasət coğrafiya ilə ziddiyyət təşkil etməməlidir. Bəli, Amerika supergücdür, amma o Azərbaycandan çox uzaqdadır. Ancaq Azərbaycanın qonşuluğunda Rusiya, İran, Türkiyə kimi dövlətlər var. Biz bunu yaddan çıxarmamalıyıq. Amerikanın Azərbaycanı Rusiya, İran, Türkiyəyə qarşı istifadə etməyə çalışması təbii ki, bizim maraqlarımıza ziddir. Lakin o da məlumdur ki, Amerika olmasaydı, Azərbaycan qısa müddətdə regional güclərin müharibə poliqonuna çevriləcəkdi. Azərbaycan çalışır ki, çoxşaxəli xarici siyasət aparsın. Bu həm də coğrafiyadan irəli gələn bir zərurətdir. Münasibətlərin balansı əbədi deyil.

- Azərbaycanda iqtidar-müxalifət görüşləri keçirilir və gözlənilən odur ki, bu, siyasi həyatda müsbət inkişaf dinamikası yaradacaq. Lakin bəzi müxalif dairələr bu görüşü formal hesab edir və həmin görüşdə iştirak edən müxalifət partiyalarının nümayəndələrini “hakimiyyətin adamı” adlandırır. Ümumiyyətlə, Azərbaycanda radikal müxalifət bəzən hansısa hakimiyyət nümayəndəsinin xeyir-şərində iştirak etməyi də düzgün hesab etmir. Bu sahədə etimad mühiti aşağı səviyyədədir.  Azərbaycan siyasi sistemində düşmənçilik nə zaman rəqabətlə əvəzlənəcək?

- Azərbaycanda siyasət düşmənçilikdən rəqabət müstəvisinə keçməlidir. Azərbaycanın bəlası həm də ondadır ki, ortalıqda güclü, əməlli-başlı müxalifət qalmayıb. İqtidarla müxalifətin dialoquna hər bir zaman ehtiyac var. Bu dialoq aparılmalıdır ki, ölkənin siyasi mühitində müsbət tendensiyalar yaransın.

- Siz nədənsə, parlamentdə nadir hallarda çıxış edirsiniz. Şəxsən mən sizin sonuncu dəfə nə zaman çıxış etdiyinizi xatırlamıram. Deyəsən, “susmaq qızıldır” prinsipinə üstünlük verirsiniz?

- Sualınıza elə atalar sözü ilə cavab verəcəyəm. Belə bir deyim var: “Danışmağı öyrəndin, adam oldun, susmağı öyrəndin ağıllı oldun”. İnsan danışanda gərək onun sözünün nəticəsi olub-olmayacağını düşünsün. Yox, əgər çıxışı söz demək naminə edirlərsə və  jurnalistlər də bunu işıqlandırırsa, bu onların öz işidir. Ona qalsa, mənim fikirlərim televiziya, saytlar və qəzetlərdə mütəmadi işıqlandırılır. Haradasa bir hadisə baş verirsə, mən hələ parlamentin iclasından qabaq açıqlamalarımı verirəm. Lazım olanda yazı da yazıram. İndi Milli Məclisin iclasında düymə mübarizəsi aparmağa və söz deməyə lüzum görmürəm. Mənim sahəm beynəlxalq münasibətlər və Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Bu məsələlərlə əlaqədar onsuz da fikirlərimi media vasitəsi ilə çatdırıram. Deputatlar, adətən qanun layihələri ilə bağlı çıxış etməlidir. Mən isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüyəm. Biz orada qanun müzakirə etmirik. Əsasən müqavilələrə baxılır. Bu müqavilələr də dövlət başçıları tərəfindən imzalanandan sonra onu parlamentdə rədd edən tələblə çıxış etmək qeyri-mümkündür və heç düzgün də deyil. Mən həm də o yaşda deyiləm ki, boş-boş danışmağa vaxt sərf edim.

- Son zamanlar iş adamlarının kütləvi şəkildə saxlanılması hadisəsi baş verdi. Bununla paralel olaraq Binəqədidə bina yandı və heç şübhəsiz ki, bu faciəyə görə məsuliyyət daşıyan məmurlar az deyil. Ancaq məmurları tənqid edən deputatlar siyahısında Rasim Musabəyovun adına az rast gəlinir. Bu, nə ilə əlaqədardır?

- Sizinlə razı deyiləm. Yanğın hadisəsi olanda mən özümün Facebook səhifəmdə məmurları tənqid edən bir açıqlama ilə çıxış etdim. Qeyd etmişdim ki, bizim məmurlar qorxu hissini itiriblər. Düşünürəm ki, artıq məmurları möhkəm silkələmək vaxt çatıb. Bəzi adamların daxilində ədalət hissi var. Bu adama əslində qanun kifayətdir. Təəssüflər olsun ki, bəzi məmurlar işlədiyi sahə üzrə bacarıqlı olsa da, başının üzərində qorxu, məsuliyyət hiss etmir. Buna görə də onlar sərhədləri itirirlər. Sərhədləri keçən yaramaz məmurlara məsuliyyətlərini xatırlatmaq üçün onlar haqqında ciddi cəza tədbirləri görməyə ehtiyac var. Son hadisələr göstərdi ki, cənab prezident İlham Əliyev azğınlaşmış məmurları yerlərində oturdacaq.

İş adamlarının həbsinə gəlincə, mətbuat onları oliqarx kimi təqdim edir. Bu, düzgün deyil. Oliqarx çox böyük maliyyə, media imkanları ilə yanaşı, hakimiyyətdə də mövqeləri güclü olmalıdır. Hər varlı adam oliqarx deyil.

Həbs olunanlar kreditlərdən ata malı kimi istifadə edirdilər, buna görə onları cəzalandırmaq lazım idi. Amma güc strukturlarının vasitəsi ilə maliyyə nizam-intizamı yaratmaq maliyyə, bank sisteminə çox böyük zərbədir. Sabah hansısa varlı kredit götürmək istəsə, düşünəcək ki, risklər olduğuna görə onu “Bandotdel”ə aparacaqlar. Nəticə isə belə olacaq ki, bankların pulu olduğu təqdirdə, onu kreditə verməyə adam tapmayacaq. Bununla da dövriyyə öləcək. Düşünürəm ki, maliyyə sistemini təbii şəkildə sağlamlaşdırmaq daha məqsədəuyğundur. Maliyyə sektorunda çox inzibatçılıq və zordan istifadə etməyin müəyyən təhlükələri var.

Aqşin KƏRİMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56 Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00