Arxiv
1 Oktyabr 2015, 13:22 | MÜSAHİBƏ
“Xaricdəki tələbəmiz” - “Maddi imkanın yaxşıdırsa, sənə heç yerdə problem yoxdur” - MÜSAHİBƏ

“Qardaşım qarşıma şərt qoydu: gedirsən və gəlib evlənirsən!”


Modern.az
saytı “Xaricdəki tələbəmiz” rubrikasını davam etdirir. Budəfəki müsahib Fransanın Nans şəhərindəki “Universitete de Lorraine” Universitetində master pilləsi üzrə təhsil alan tələbə Emin Qənbərovdur. Azərbaycan Dillər Universitetinin bakalavr və magistr pilləsini bitirmiş E.Qənbərov Fransada Avropaşünaslıq istiqamətində təhsil alır:

- Əvvəlcə özünü təqdim edərdin...

-Qənbərov Emin Çingiz oğlu. 1987 ilin 8 noyabrında Masallı rayonun Qızılavar kəndində anadan olmuşam . 

-Xaricdə təhsilə nə vaxt qərar verdiniz və buna hansı amillər təsir etdi?

-Hər bir gənc kimi mən də  elmi biliyimə rəngarənglik  qatmaq  istəyirdim. Əlbəttə, bunu təkcə Azərbaycanda yox,   xaricdə - Kanadada planlaşdırmışdım. Daha sonra müəyyən səbəblərdən Fransanı seçdim.  Ümumiyyətlə, bizim nəslimizdə elmə maraq böyükdür, məsələn, əmilərim,  qardaşlarım -  hamısı ali təhsillidirlər, eyni zamanda xaricdə təhsil alanların cərgəsində mənlə yanaşı, yaxın dostum, əmim oğlu Vüqar Qənbərzadə də var. O, Almaniyada cərrah bölümü üzrə təcrübəsini artırır.

-Xaricdə təhsil istəyin yaxınların, ailən tərəfindən necə qarşılandı?

-Yaxın dost-tanışlar müsbət qarşıladılar, anam icazə verdi, atam isə tərəddüd etdi. Mən dövlət hesabına deyil, öz hesabıma təhsil alıram. Maliyyə məsələsində mənə qardaşım dəstək oldu, çox sağ olsun. Amma öncə mənə şərt qoydu: gedirsən, qayıdıb evlənirsən! Çünki Avropa və “Firəngistan”ın adət-ənənələri, daha doğrusu oradakı həyat tərzi ona bəlliydi. Amma mən əhdimi pozmaq haqqında düşünürəm. (gülür).  

-Yəqin, ürəyindən xarici bir vətəndaşla evlilik xəyalı keçib... Ümumiyyətlə, əcnəbi qızla evliliyə necə baxırsan? Seçim qarşısında qalsaydın,  nə edərdin?

-Tərəddüdlü sualdı. Yox, hələ bu haqda düşünməmişəm. Əslində insan hər yerdə insandır, milliyətin çox da önəmi yoxdur.  Dinimizdə “insanları sevin, onlarla xoş davranın” deyilir,  konkret göstərilmir ki, bu millətin nümayəndəsi ilə ailə qurun, ya qurmayın. Hamımız Tanrının bəndələriyik. Seçimə gəlincə isə... azərbaycanlı.



-Fransadakı insanlar, müəllimlər və təhsil metodu haqqında nə deyə bilərsən?

- İnsanlar Avropada daha çox sərbəstdi, bu, özünü təhsildə də göstərir. Müəllimlər təkcə Fransa deyil, Amerika, Bolqarıstan, Afrika və s. ölkələrdəndi, ona görə arada sərt,  arada güzəştli müəllimlərlə rastlaşırsan. Təhsil sistemi bizə qəribə gələ bilər, amma öyrəşdikcə, adiləşir. Onu da qeyd edim ki, dünyanin üç böyük təhsil mərkəzindən biri Fransadır (Amerika, Şərqi Asiya, Qərbi Avropa). İnsanlar çox mülayim və gülərüzdülər. Əgər  nəyisə soruşsan, hər vəchlə başa salmağa çalışırlar. Məncə, məkanından, dinindən asılı olmayaraq, hər bir insanda xeyir və şər düşüncələr var. Bəzən ateist olan yoldaşından daha çox kömək görürsən, nəinki adı müsəlman olanlardan...

-Təhsilin ilk günlərdə yəqin ki, çox çətinliklər olub. Bu zaman kimlərdən dəstək görmüsən?

-Bəli! İstər dil, istərsə də sənəd və başqa sahələrdə çətinliklər oldu. Bu sahədə mənə ötənilki tələbələrdən olan Abbasov Fuad, Cəfərov Bəxtiyar, Səmədov İlkin kömək oldu, onlara təşəkkürümü bildirirəm.
Əgər evindən çıxırsansa, hər hansı bir yerə adaptasiya olunmağın əvvəlcə çox çətin olur. Amma sonradan öyrəşirsən. Özü də Avropa ola... Bir söz deyim,  indiki dövrdə əgər maddi cəhətdən imkanın varsa, səninçün heç yerdə heç bir problem yoxdur.

-Fransada Azərbaycanı necə tanıyırlar? Ölkəmiz haqqında nə kimi təsəvvürləri var?

-Əvvəllər bəziləri tanımırdı. Azərbaycanı ya Sovet İttifaqının bir tərkibi kimi, ya da Türkiyəyə yaxın bir məkan kimi tanıyırdılar. Amma illər keçəndən sonra ölkəni tam tanımaga başladılar. Deməli, xaricdə təhsili həm də Azərbaycanı tanıtdırmağın bir növü kimi qeyd edə bilərəm. Bizim diaspor müəyyən qədər fəaliyyət göstərsə də,  hələ ki, çatışmazlıqlar var. Bir adi tələbə, ya vətəndaş  beş-on avro qazanıb, onu da diaspor fəaliyyətinə xərcləyirsə, bunu maksimum iki,  üç dəfə edə bilər. Mütəmadi olaraq pul xərcləmək onun üçün çətindir. Buna görə də belə işlərə mütləq lazımı maliyyə yatırılmalıdır.



-Şəxsən sən özün Azərbaycanın təbliği üçün nə etmisən?

-Mən və 10-a yaxın həmyerlimiz milli bayramlarda, soyqırımı və başqa günlərdə bayrağa bürünüb, bunu əlimizdən gələn formada qeyd edib, ətrafımızdakı xariciləri məlumatlandırırıq.  Amma hər zaman amerikalıların bu sözünü xatırlamaq lazımdır: “Demə ki, ölkəm mənə nə verib, söylə ki, sən ölkən üçün nə etmisən?”.

-Xaricdə oxuyan oğlanların bəziləri müəyyən səbəblərdən hərbi xidməti yerinə yetirməyiblər.  Sən də bu cərgədəsən?

-Xeyr,  xidməti borcumu artıq yerinə yetirmişəm. Lazım gəlsə, yenidən yetirməyə hazıram. Torpaqlarımızın nankorların tapdağı altında olması bizim üçün acı bir dərddir, inşallah, ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində sülh yolu ilə torpaqlarımızı geri qaytaracağıq.



-Fransanın ermənipərəst mövqeyi, orada ermənilərin çoxluğu soydaşlarımız üçün  nə kimi maneələr  yaradır?

-Fransada xeyli erməninin məskunlaşması və müxtəlif sahələrdə vəzifələrdə olması istər-istəməz  onların bizə qarşı antisiyasət yeritmələrində də özünü göstərir. Amma tam səmimi deyirəm ki, beynəlxalq arenada Azərbaycan istər mədəni-iqtisadi, istərsə də bütün sahələrdə onları qabaqlayır. İnanırıq ki, bunun məntiqi nəticəsini işğal olunmuş torpaqlarımıza sahib olmaqla görəcəyik.

-Xaricdə təhsil sənə nə verdi?

-Çox şey! Mən birmənalı şəkildə  xaricdə təhsilin tərəfdarı və təbliğatçısıyam. Bu proqram daha da genişlənsə, yaxşı olar. Həyatda hər bir şeyin açarı yalnız elmlə əldə olunur. Hər hansı bir elmə yiyələnmək üçün məsafələrə, zamana və sədlərə fikir verilməməlidir. Yeterincə dərin savada malik olan gənclərimiz çoxdu, təəssüflər olsun ki, əksər  hallarda maliyyə problemi onların irəliləməsinin qarşısını  alır. Belə gənclərə yaxşı olardı ki, əlavə dəstək verilsin.
Dəqiq fənlər, tibb  elmləri, fizika,  kimya kimi sahələr xaricdə  daha kamil şəkildə tədris olunur.  Oradakı texniki imkanlar buna zəmin yaradır. Amma siyasi elmlər, dil və s. bu kimi humanitar sahələr yaxşı olar ki, elə ölkəmizdə davam etdirilsin. Məncə, hazırda  ölkəmizdə bir neçə aparıcı universitetlərdə  peşəkar  müəllimlər bu işi çox gözəl bacarır.



Elmin NURİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:42 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:06 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56 İlham Əliyev UNEC-in əməkdaşlarına fəxri adlar verdi - SİYAHI 24 Sentyabr 2020, 16:50 Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb 24 Sentyabr 2020, 16:44 Hərbi hissəyə silahlı basqın edən şəxs ömürlük azadlıqdan məhrum edildi 24 Sentyabr 2020, 16:38 Zelenski Belarusa səfərini ləğv etdi 24 Sentyabr 2020, 16:32 Baş Prokuror ictimai köməkçilərilə görüşdü - FOTO 24 Sentyabr 2020, 16:27 Məleykə Abbaszadə 500 bal toplayıb kənarda qalan abituriyentlərdən DANIŞDI 24 Sentyabr 2020, 16:22