Modern.az

Rusiyada Ukrayna ilə müharibə mədəniyyətə də sirayət edir

Rusiyada Ukrayna ilə müharibə mədəniyyətə də sirayət edir

23 İyul 2024, 12:06

Rusiyada yazıçılar və rejissorlardan Ukrayna müharibəsini işlərinin əsas mövzusuna çevirmək istənilir.

 

Modern.az SOTA-ya istinadən xəbər verir ki, bununla bağlı Kremlin mədəniyyət kuratoru Sergey Novikovun proqram sənədi yayılıb.

 

Proqramda yaxın illər üçün təsvir edilən mədəni inkişaf strategiyası əks olunub. Belə ki:

 

- Maliyyə alan işlərin ən azı yarısı indi “ənənəvi dəyərləri” təbliğ etməli və xüsusi hərbi əməliyyatı (Rusiyada Ukrayna ilə müharibə rəsmi olaraq belə adlandırılır - red.) dəstəkləməlidir.

 

- Qrantları indi yalnız mənfi xarakterin faciəsini və xeyirin qələbəsini (rəsmi anlayışda) göstərən layihələr ala bilər.

 

- Yazıçılar cəbhə xəttində “ədəbi desantlara” göndəriləcək. İşğal olunmuş Ukrayna ərazilərinə işgüzar səfərlər dinc həyatın bərqərar olması, şəhərlərin “azad edilməsi” və “əfsanəvi döyüş hissələrinin” həyatı haqqında kitabların yaranmasına kömək edəcək.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri