Arxiv
1 Fevral 2011, 11:48 | MÜSAHİBƏ
Eldar Namazov: “Sosial partlayışı hər an gözləmək olar…” (Müsahibə)

“Ərəb ölkələrində başalayan  bu dalğanın arxasında başqa səbəblər durur” 

Prezident katibliyinin keçmiş rəhbəri, politoloq Eldar Namazov Modern.az saytına müsahibə verib. Politoloq son dövrlərdə Yaxın Şərqdə müşahidə olunan sosial qiyamlar və siyasi proseslər barədə maraqlı politoloji rəyini açıqlayıb

- “Vikiliks” saytının açıqlamaları ilə Şərq ölkələrində baş verən son qiyamları əlaqələndirənlər var. Sizcə, bunların bir-birinə bağlayan tellər varmı?

- Misirdə və Tunisdə baş verən hadisələrlə “Vikiliks” saytı arasında birbaşa əlaqəni görmürəm. Dolayısı əlaqə onunla bağlıdı ki,  “Vikiliks” saytının açıqladığı sənədlərdə diplomatlar müxtəlif ölkələrdə yaranmış duruma çox adekvat qiymət veriblər. Məxfi sənədlərdə diplomatlar öz rəhbərlərinə olduğu ölkələr barədə vəziyyəti olduğu kimi çatdırmalıdırlar. Adətən mətbuat  üçün diplomatların açıqlanmasında  ciddi problemlər əks olunmur. Məhşur bir kəlam var “diplomata dil ona görə verib ki, öz fikirlərini gizlətsin”. Bu mənada rəsmi açıqlamalarla məxfi yazışmalar arasında çox böyük  fərq var. Ona görə də bu açıqlamalar çox adamlar  üçün  gözlənilməz oldu. Amma dövlət işində çalışan adamlar üçün yox. Vaxtilə mən özüm də məxfi yazışmaların iştrakçısı olmuşam. Mən bilirdim ki, rəsmi və qeyri-rəsmi məxfi yazışmalarda ölkələrdə yaranmış duruma çox obyektiv qiymət verilir. Bu mənada bəziləri hadisələri “Vikiliks” saytında açıqlanan sənədlər, orda sərt ittihamlara bağlayırlar.
Ancaq burada birbaşa əlaqə yalnız məxfi sənədlərdə duruma çox obyektiv və dəqiq qiymət verilməsindədir. Əminəm ki, ərəb ölkələrində başalayan bu dalğanın arxasında başqa səbəblər durur. Üzun illərdir ki, bu ölkələrdə avtoritar, korrupsiyalaşmış rejimlər  qurulub, insan haqları pozulur, sosial durum çox ağırdı və sosial narazılıqlar on illiklərlə yığılır. Bununla bağlı gec-tez etrazların başlamasını təbii qarşılamaq lazımdır.

- Maraqlı budur ki, ilk baxışda Misir və Tunisdə başlanan etirazların spontan xarakteri diqqəti çəkir. Prosesi idarə edəcək hansısa nüfuzlu siyasi müxalifət qüvvəsi nəzərə çarpmır. Faktiki olaraq etiraz hərəkatı liderlərsiz başlıyıb. Bunu necə şərh edərsiniz?

- Sosial narazılıq yığılanda bu proses, məhz sosial partlayış adlanacaq bir şəkildə meydana gəlir. Uzağa getmək lazım deyil, Azərbaycanda ilk etiraz mitinqləri 1988-ci ildə başlanıb. O mitinqlər heç bir partiya tərəfindən təşkil olunmamışdı. İnsanlar kütləvi şəkildə öz etirazını bildirmək üçün meydana toplaşmışdılar. Xalq Cəbhəsi bir qurum kimi, mitinqlər başlıyandan bir xeyli  sonra yarandı. Çünki artıq o mitinqləri idarə etmək üçün bir quruma  ehtiyac var idi. Azərbaycanın özündə də vaxtilə bu  sosial partlayış  heç kim və heç bir partiya tərəfindən idarə olumurdu. Bu sadəcə, cəmiyyətin narazılığının son həddə çatması ilə bağlı idi.

- Bu proseslərdə idarə olunması ilə bağlı iddialara münasibətiniz necədi. ABŞ tərəfindən  bu hərəkətlərin dolayısı yolla himayə olunması ilə bağlı deyilənlərlə razısınızmı?

- Hesab eləmirəm ki, birbaşa himayəsi var. Bu etirazlar hansısa bir xarici qüvvə tərəfindən təşkil olunmamışdı. Hətta bəzi hallarda biz şahidi oluruq ki, etiraz aksiyaları keçirən insanların tələbləri daha radikaldı.  Ancaq  Qərb ölkələri bir az  ehtiyatlı mövqe tuturlar. Onlar Hüsnü Mübarəkdən  tələb edirlər islahatlar keçirilsin, eyni zamanda hiss olunur ki, qərbi  əsas maraqlandıran məsələ bu keçidin addım-addım,  təkamül yolu ilə həyata keçirilməsidir. Ancaq göründüyü kimi mitinqçilərin tələbləri daha radikal və sərtdir.

- Misir və Tunis Afrika dövlətləri içərisində daha təkmil, dünyəvi və inkşaf eləmiş ölkələrdir. Bu ölkələrin sosial göstəriciləri digər yoxsul Afrika dövlətlərindən kəskin şəkildə fərqlənir. Bu baxımdan bir az təzadlı şəkil yaranıb. Bu ölkələrdə tələb olunan siyasi, iqtisadi islahatları vacib edən hansı məqamlardır?

- Üsyanlar təkcə ən kasıb ölkələrdə olmur. Üsyanların başlanması üçün bir neçə şərt lazımdı. Düzdür sosial durumun ağır olması da vacibdir. Lakin eyni zamanda cəmiyyətin müəyyən bir inkşaf mərhələsinə çatması da əsasdır ki, bu zaman cəmiyyət öz hüquqları uğrunda mübarizə aparmağa hazır olsun. Mən razıyam ki, Misirdə,Tunisdə, Əlcəzairdə ola bilsin orta yaşayış səviyyəsi bir çox Afrika olkələrinə nisbətən daha çox yüksəkdir. Bu ölkələr Şimali Afrika ölkələri kimi çox kasıb ölkələr deyillər. Ancaq digər Afrika ölkələrindən fərqli olaraq, burada yaxşı təhsil almış gənclər daha çoxdur, burada internet çox geniş yayılıb. Adıçəkilən ölkələrdə insanların Avropa ilə ABŞ-la əlaqələri çox güclüdür, ali təhsil alan adamlar sayı çoxdur. Bu mənada sosial-iqtisadi durum Afrika qitəsindəki digər ölkələrdəki kimi çox ağır olmasa da, bu gün o cəmiyyətlərin özü bildirir ki, “biz bu şəraitdə yaşamaq istəmirik. Biz daha yaxşı şəraitin yaradılmasını istəyirik”.
Bütün sosial partlayışları yalnız iqtisadi ölçülərlə ölçmək mümkün  deyil. Eyni zamanda cəmiyyətə də baxmaq lazımdı. Cəmiyyət hansı pillədə yerləşir, bu  cəmiyyət öz hüquqlarını anlayırmı? Öz hüquqlarını müqayisə etməyə hazırdımı? Bu mənada bu iki məsələ- sosial iqtisadi durumla artıq yetişmiş  bir cəmiyyət -bu iki amil üst-üstə düşəndə onda sosial partlayış olur.

- Amma bu etirazlarda hələki Qərb standartları uğrunda mübarizə özünü bürüzə vermir. Tunisdə, Misirdə islamçılar fəal şəkildə proseslərə qatılıb və hətta etiraz aksiyalarında idarəetməni yönəldirlər. Yəni, hazırkı dünyəvi rejimlərə qarşı olan etiraz hərəkatında islamçı kəsimin rəhbərlik etmə təzahürləri nəyi göstərir?

- Hələlik proseslərə islamçıların rəhbərlik etdiyi barədə danışmaq tezdir. Əksinə Tunisdə, Misirdə ilk etiraz aksiyalarını daha çox sosial şəbəkələr təşkil elədilər. Digər tərəfdən Misirdə bütün etirazçıların vahid prezidentliyə namizədi Əl-Baradeyi islamçı deyil. “Müsəlman qardaşları” da onun namizədliyini qəbul edirlər. Tunisdə islamçıların lideri bu günlərdə  vətənə qayıtdı. Aeroportda onu 200-300 adam qarşıladı və böyük bir rezonansa səbəb olmadı.  İlk müsahibələrində də İslam partiyasının lideri dedi ki, prezident seçkilərində prezidentliyə namizədliyini irəli sürməyəcək. Başlanan bu dalğanın aparıcı qüvvəsi cəmiyyətin özüdür, gənclərdir, narazı sosial quruplardır. İslamçılar burda hələlik bir az kölgədə qalıblar, bunlar prosesə dəstək verirlər, sonradan qoşulurlar. Gələcəkdə bu ölkələrdə koalison hökümət formalaşnda yəqin ki, islamçıların da nümayəndəsi orda öz yerlərini tuta bilərlər. Gələcəkdə əgər cəhd etsələr, azad seçkilər keçirilsə, onlar parlamenti nəzarət almaq uğrunda, parlament seçkilərində qalib gəlmək üçün bu proseslərə qoşula bilərlər. Narazılıqlar daha çox sosial və siyasi xarakter daşıdı. Bir məsələ aydındır: Bir tərəfdə sosial narazılıq, digər tərəfdən bir ailənin bütün hakimiyyəti və korrupsiya cəmiyyətdə belə bir sosial partlayış baş verməsi üçün əsas səbəb oldu.

- Devirilən rejimlərin hər biri 80-ci illərdə SSRİ-ABŞ qütbləşməsi dövründə yaranmış rejimlərdi. Bu çevrilişlər yeni dünya düzəni üçün böyük beynəlxalq güclərin apardığı siyasət görüntüsü yaratmır?   

- Mən bu fikirlə razı deyiləm. Ona görə ki, bu rejimlər vaxtilə məhz  Qərbin dəstəyi ilə yaranmışdı. İndi artıq sovetlər birliyi yoxdur, Rusiyanın da həmin proseslərə təsir etmək imkanı çox zəifdir. Xüsüsilə də Amerika, Fransa və Avropa ilə müqayisədə daha aydın görünür. Onda belə çıxır ki, özləri yaratdığı rejimləri özləri də dağıdırlar?  Siz dediyiniz Amerika və SSRİ arasındakı qarşıdurma ilə bu rejimlərin başqa bir bağlılığı var. Bu da ondan ibarətdir ki, həmin o qarşıdurma zamanı SSRİ və ABŞ hərəsi öz düşərigəsinə daxil olan rejimləri çox güclü müdafiə edirdi. İçəridən onları devirmək istəyən siyasi qüvvə, ya da narazılıq olanda o narazılığı yatırmağa çox böyük kömək edirdilər. İndi SSRİ yoxdur, qarşıdurma da yoxdur. Ona görə də ABŞ-da, Avropada öz müttəfiqi olan  Misir, Tunis və digər ölkələrdə rejimlərin dəyişməsinə normal baxırlar. Əgər xalq narazıdırsa, dəyişiklik istəyirsə, onlar da o rejimin başında olan adamlara çağırış edirlər ki, xalqın mövqeyini nəzərə alın. Əgər 20 il bundan əvvəl belə bir hadisə baş versəydi, Qərb üsyanı yatırmaq üçün həmin ölkəyə çox böyük dəstək verərdi.
İndi isə Qərb başqa mövqedən çıxış edir: deyir xalqın rəyi nəzərə alınsın. Bu mənada həmin illərlə bağlılıq bu halda ola bilər.

- Son zamanlar gündəmdə Azərbaycanda da “Misir sindromu” ilə bağlı təhlükələrin ola biləcəyi barədə ekspert rəyləri və bir sıra müxalifətçilərin fikirləri eşidilir. Azərbaycan belə bir qiyamla, sosial partlayışın gətirdiyi etrazla üzləşə bilərmi?  Azərbaycanda belə bir zəmin varmı?

- Belə bir zəmin var. Bu haqda şəxsən mən özüm dəfələrlə mətbuata açıqlamalar da vermişəm və xəbərdarlıqlar da eləmişəm. Tunis hadisələri baş verməmişdən neçə il əvvəldən artıq bu xəbərdarlığı biz edirik. İndi sadəcə olaraq bu Misirdə,Tunisdə baş verən hadisələr bizim uzun illər dediklərimizi təsdiqləyir. Ölkədə sabitliyi yalnız polis gücü hesabına saxlamaq mümkün deyil. Ölkədə davamlı sabitliyi yalnız insanların yüksək rifahı, sosial ədalətli məhkəmə sistemi, azad seçkilərlə, insan haqlarına hörmətlə yaratmaq olar. Bizdə bahalaşma o dərəcəyə gəlib çatıb ki, Bakı Avropanın ən bahalı şəhərlərindən birinə çevrilib. Ancaq orta maaşa, orta pensiyaya baxanda biz Avropadan beş dəfə geridəyik, qiymətlərdə isə iki dəfə qabaqdayıq. Ona görədə belə bir şəraitdə, yalnız polisin hesabına, çevik alayın hesabına Azərbaycanda sabitliyi saxlamaq mümkün deyil, gec-tez bu çox pis nəticələr verəcək. Bu haqda biz hələ Tunis, Misir meydana gəlməmişdən neçə illər əvvələr xəbərdarlıq etmişik.
Heydər Əliyevin apardığı siyasətlə indiki aparılan siyasət arasında çox böyük fərq var. Formal olaraq hakimiyyət deyir ki, onlar Heydər Əliyevin siyasətini davam etdirirlər. Ancaq o dövrlə indiki dövrü müqaisə edəndə çox böyük fərq var. 90-cı illərdə daha ağır sosial durum var idi.  Elə günlər olurdu  ki,  Azərbaycanda un ehtiyatı 2-3 günlük olurdu və ölkəni çörəklə təmin etmək çox çətin olurdu. O vaxtın sosial problemləri daha ağır idi, nəinki indi. O vaxt camaat bir az dözümlü yanaşırdı. Ona görə ki görürdü ki, bu çətinliyin obyektiv səbəbləri var. Hələ o vaxtlarda neft müqavilələri işləmirdi, neft gəlirləri o dərəcədə yox idi. Büdcənin vəziyyəti hamıya bəlli idi və hamı görürdü ki, hökümət çalışır vəziyyəti düzəltsin. İndi isə pul başdan aşır. Sosial proseslərə  3-4 inhisarçı quruplar nəzarət edir. Bu qruplar  qiymətləri necə istəyirlərsə o cür də təyin edirlər. Xarici ticarət tam monapoliyadadı, heç kimin ixtiyarı yoxdu ki, ucuz qiymətə bir mal gətirsin və s.
Bunlar bu qədər varlı, imkanlı bir dövlətdə elə bir  vəziyyət yaradıblar ki, maaşlar, pensiyalar Avropadan beş dəfə aşağı, qiymətlər isə Avropadan iki dəfə yuxarıdı. Belə sosial bərabərsizlik yarananda təbii ki, sosial partlayışı hər an gözləmək olar.


Xaqani Səfəroğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 Naftalanda Vətən müharibəsi şəhidləri yad edildi - FOTO 4 Dekabr 2020, 14:50 Nəqliyyatçılar şəhidləri yad ediblər - VİDEO 4 Dekabr 2020, 14:45 Şuşa qalasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 14:40 Gəncədə şəhidlərin xatirəsi anılıb - FOTO 4 Dekabr 2020, 14:34 Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO 4 Dekabr 2020, 14:28 Trampın qızı prokurorluqda ifadə verdi 4 Dekabr 2020, 14:22 “Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55 Şəhidlərin ruhuna vəhdət namazı qılındı - FOTO 4 Dekabr 2020, 12:50 Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək... 4 Dekabr 2020, 12:44 Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ 4 Dekabr 2020, 12:38 Şəhid xanəndənin ailəsi üçün ev tikiləcək - VİDEO 4 Dekabr 2020, 12:32 Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 12:26 AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı 4 Dekabr 2020, 12:20 Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Niderland Krallığında yaşayan soydaşlarımız etiraz olaraq aksiya keçiriblər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?