Arxiv
10 Noyabr 2009, 20:02 | MÜSAHİBƏ
“Xorvatiyada Azərbaycanla əməkdaşlığa xüsusi önəm verilir”

Bu günlərdə Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Xorvatiyadan qayıdıb. Millət vəkili, Şuranın sədri Azay Quliyev səfərlı bağlı Modern.az saytına müsahibə verib

- Azay müəllim, Xorvatıyada QHT-lərin fəaliyyəti sizi qane etdimi?
- Xorvatıya gələn il Avropa Birliyinə üzv olmağa hazırlaşır. Bunun üçün orada vətandaş cəmiyyətinin inkişafı əsas hədəf götürülüb. Diqqət edin, Xorvatıyanın əhalisi 4,5 milyona yaxındır. Bu ölkədə 38600  QHT, 155 fond var. QHT-lərə 2007-ci ildə 174, 2008-ci ildə isə 245 milyon avro ayrılıb. Hesab edirəm ki, Xorvatıyada  QHT-lər Avropada ən qabaqcıl qurumlardır.
- Xorvatiyaya səfərinizin əsas məqsədi nə idi?
- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Xorvatiya Respublikası Hökumətinin QHT-lərlə Əməkdaşlıq üzrə Dövlət İdarəsinin dəvəti ilə 01-06 noyabr 2009-cu il tarixdə Xorvatiya Respublikasında işgüzar səfərdə oldu. Səfərin məqsədi vətəndaş cəmiyyətinin inkişafı sahəsində Avropada  yaxşı nümunə kimi tanınan Xorvatiyanın qazandığı təcrübə ilə yaxından tanış olmaq və qarşılıqlı əməkdaşlıq əlaqələri qurmaqdan ibarət idi.
- Keçirdiyiniz görüşlərdən hası qənaətlə geri döndünüz?
- Səfər çərçivəsində Xorvatiya Respublikasının dövlət və hökumət strukturları, donor təsisatları və fondları, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə səmərəli görüşlər keçirdik. Xorvatiya hökumətinin QHT-lərlə Əməkdaşlıq üzrə Dövlət İdarəsinin rəhbəri İqor Vidaçak vətəndaş cəmiyyətinin inkişafını dəstəkləyən Milli Strategiyanın icrası, dövlət büdcəsindən vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş proqramlara vəsaitlərin ayrılması üzrə standartlar və prosedurlar, qeyri-hökumət təşkilatları ilə müxtəlif nazirliklərin və dövlət idarələrinin əməkdaşlığı barədə nümayəndə heyətinə geniş məlumat verilib. Səfər proqramına uyğun olaraq, növbəti görüş Xorvatiya Respublikasının İctimai İdarəetmə Nazirliyində keçirildi. Nazirliyin dövlət katibi Davor Lyubanoviç Xorvatiya Respublikasının ictimai idarəetmə üzrə islahatları, QHT-lər üçün təlim mərkəzlərinin fəaliyyəti və QHT-lərin qeydiyyatdan keçmə prosesi ilə nümayəndə heyətini tanış etdi. Xorvatiya Respublikasının Avropa İttifaqına inteqrasiyası sahəsində gördüyü işləri xüsusi qeyd etmək istərdim. Xorvatiya Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin Mərkəzi və Şərqi Avropa, həmçinin Şimali Amerika ilə Əlaqələr üzrə Baş Departamentinin rəhbəri Filip Vuçak Avropaya inteqrasiya sahəsində görülən işlər, ölkələrimiz arasında qarşılıqlı əlaqələr,  Azərbaycanın dövlət, hökumət və parlament nümayəndələri ilə keçirdiyi görüşlər haqqında  danışaraq, Xorvatiyanın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd etdi.
Xorvatiyanın Avropa İttifaqının Siyasi və İqtisadi Məsələlər üzrə Nümayəndəliyinin Vətəndaş Cəmiyyəti Proqramları üzrə direktoru cənab Erol Akdağla keçirilən görüşdə Avropa İttifaqının Xorvatiya hökuməti ilə vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş birgə layihələri ətrafında fikir mübadiləsi aparıldı.
Şura üzvləri üçün xüsusi maraq doğuran görüşlərdən biri də Vətəndaş Cəmiyyətinin İnkişafı üzrə Milli  Fondda keçirildi. Dövlət təsisatı olan Fondun direktoru xanım Svyetana Plavşa-Matiç nümayəndə heyətinə fondun qrant siyasəti, daxili qaydaları, vətəndaş fəallığı, sosial xidmətlər və QHT-lərin institusional inkişafı sahəsində gördüyü işlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, 2003-cü ildə yaradılmış fondun büdcəsi hər il lotereya və bəxt oyunlarından əldə olunan mənfəətinin 14 %-i hesabına formalaşır.
Səmərəli görüşlərdən biri də İqtisadiyyat, Əmək və Sahibkarlığın İnkişafı Nazirliyində keçirildi. Nazirliyin Əmək və Sosial Müdafiə Sahəsində Avropa İttifaqı və Xorvatiya Hökumətinin Layihələrinin İdarəetmə Departamentinin rəisi xanım Katarina İvankoviç-Knejeviç qurumun QHT-lərlə əməkdaşlığı, qadın və gənclərin məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirdiyi layihələr barədə nümayəndə heyətini məlumatlandırdı.
- QHT nümayəndələri ilə də görüşmüsünüz?
- Dövlət qurumları ilə yanaşı, nümayəndə heyəti səfər proqramı çərçivəsində Xorvatiyanın tanınmış QHT-lərinin - seçki məsələləri üzrə ixtisaslaşmış Qanunun Aliliyi və Demokratiyanın İnkişafı Mərkəzinin (GONG) və Vətəndaş Cəmiyyətinin İnkişafı Assosiasiyasının (SMART) fəaliyyəti ilə də yaxından tanış oldu.
Xorvatiyada keçirilən bütün görüşlərdə Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, Avropa Qonşuluq Siyasəti Proqramı sahəsində görülən işlər və ölkəmiz haqda geniş məlumatlar verildi.
Səfər proqramının sonunda səfərin nəticələri Xorvatiya Hökumətinin QHT-lərlə Əməkdaşlıq üzrə Dövlət İdarəsində müzakirə edildi. Bu müzakirədə, həmçinin Xarici İşlər Nazirliyində keçirilən görüşdə bildirildi ki, Xorvatiya Respublikasının Xarici İşlər Nazirliyi Xorvatiya ilə Azərbaycan  arasında əməkdaşlığa dair sənədin layihəsini hazırlayaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edib. Görüşdə həmin layihəyə vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığa dair bəndin də əlavə olunması tövsiyə edildi.
- Əməkdaşlığın qurulması üçün təkliflər oldumu?
- Təbii, Xorvatiya Respublikasının İctimai İdarəetmə Nazirliyinin təcrübəsindən istifadə edərək  Azərbaycanın dövlət qurumları üçün QHT-lərlə əməkdaşlıq sahəsində mütəxəssislərin hazırlanması, QHT-lərin fəaliyyətinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində əməkdaşlığın qurulması, Avropa Komissiyası ilə əməkdaşlıq istiqamətində  geniş  imkanların yaradılması üçün Avropaya inteqrasiya istiqamətində birgə layihələrin həyata keçirilməsi kimi təkliflər irəli sürüldü. Hesab edirəm ki, təklif olunan  əməkdaşlıq istiqamətləri  dövlətlərarası münasibətlərin inkişafına, həmçinin ölkəmizdə Avropaya inteqrasiya sahəsində görülən işlərə və bu sahədə vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşlığına müəyyən fayda verə bilər. Vətəndaş cəmiyyəti quruculuğu və dövlət - QHT əməkdaşlığı baxımından Avropanın  qabaqcıl ölkələrindən biri kimi təqdim olunan Xorvatiya Respublikası ilə  tanışlıq  Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu sahəsində görülən işlərin Avropa standartlarına uyğun aparıldığını və ölkəmizin təcrübəsinin digər dövlətlərə nümunə  ola biləcəyini söyləməyə əsas verir. Ölkəmizin bu sahədə qazandığı uğurlarda, cənab Prezidentin son dövrlərdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində imzaladığı fərman və sərəncamların müstəsna  əhəmiyyəti var.
- Azərbaycandakı QHT-lərlə Xorvatiya QHT-lərini necə müqayisə edərdiniz?
Bizdə də bu sahədə böyük inkişaf var. Bunu yalnız daxildə deyil, xaricdə də təsdiqləyirlər. Bu sahəyə dövlət qayğısı yaxın zamanlarda bizim QHT-lərin də Avropa səviyyəsinə çaxacağına bizdə tam əminlik yaradır.


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hər məntəqədə azı bir dağıdılmış ev, vurulmuş hərbi texnika olduğu kimi saxlanılsın - JURNALİSTLƏRDƏN TƏKLİF 23 Oktyabr 2020, 09:46 Bakıda iki nəfər köməksiz qaldı 23 Oktyabr 2020, 09:40 Azərbaycanın meşə sahəsinin 25 faizi işğal olunmuş ərazilərdə yerləşir 23 Oktyabr 2020, 09:34 “Brent” yenidən ucuzlaşdı 23 Oktyabr 2020, 09:28 Dolların bu günə olan məzənnəsi 23 Oktyabr 2020, 09:25 Qarabağda ilk mobil rabitə! 23 Oktyabr 2020, 09:23 Novruz Aslanov növbəti onlayn qəbul keçirib   23 Oktyabr 2020, 09:19 Azərbaycan Ordusu Şanlı tarix yazır 23 Oktyabr 2020, 09:16 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı 23 Oktyabr 2020, 09:11 Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 23 Oktyabr 2020, 09:06 “İnstaqram”ın işində nasazlıqlar yaranıb 23 Oktyabr 2020, 09:00 ABŞ işlənmiş F-16-larını bu ölkəyə bağışlayacaq 23 Oktyabr 2020, 08:54 Düşmən əsgərləri fərarilik edərək mövqelərdən qaçır - MÜDAFİƏ NAZİRLİYİ 23 Oktyabr 2020, 08:30 Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ 23 Oktyabr 2020, 08:22 Dünyada koronavirusa yoluxanların sayında YENİ REKORD 23 Oktyabr 2020, 08:16 Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü 23 Oktyabr 2020, 08:10 Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı 23 Oktyabr 2020, 08:05 1 milyon dollarlıq İncil ələ keçirildi 23 Oktyabr 2020, 08:00 İsrail raket atəşinə tutuldu 23 Oktyabr 2020, 02:28 Bakıda komendant rejimini pozan sürücü qəza törətdi - FOTO 23 Oktyabr 2020, 02:25 Avropa Liqasında bütün NƏTİCƏLƏR 23 Oktyabr 2020, 01:03 “Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2020, 00:55 Dünyada sutkalıq koronavirusa yoluxma rekord həddə çatdı 23 Oktyabr 2020, 00:52 Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı 23 Oktyabr 2020, 00:40 Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH 23 Oktyabr 2020, 00:33 “Rusiya qoşunlarının Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - Dövlət Duması 23 Oktyabr 2020, 00:32 Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu... 23 Oktyabr 2020, 00:25 Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ 23 Oktyabr 2020, 00:19 Polşada ermənilər azərbaycanlılara atəş açdı - FOTO 23 Oktyabr 2020, 00:02 Azərbaycan millisinin DÇ-2022-dəki rəqibləri bu tarixdə müəyyənləşəcək 22 Oktyabr 2020, 23:39 ““İki dövlət, bir millət” sadəcə bir şüar deyil” - Mustafa Şentop 22 Oktyabr 2020, 23:25 Bakıda iki bacını maşın vurdu 22 Oktyabr 2020, 23:18 Düşmən növbəti itkilərini açıqladı 22 Oktyabr 2020, 23:11 “Qarabağdakı münaqişənin həllində Rusiya kimi heç kim maraqlı deyil” 22 Oktyabr 2020, 23:03 “Türkiyə və Rusiya arasında Cənubi Qafqaz məsələsində fikir ayrılığı mövcuddur” - Putin 22 Oktyabr 2020, 22:53